Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Ali Baş Komandan İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmənizdən 17 il ötür.

Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu.  Cənab Prezident İlham Əliyev on yeddi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olaraq onun uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan dinamik inkişaf yolunda durmada irəliləməkdədir. Ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. İşğal altında olan tarixi Azərbaycan torpaqları düşmən tapdağından azad edilir. Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevə Azərbaycan xalqına yaşatdığı Qələbə sevincləri üçün minnətdarıq. Ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.

2020-10-15 00:00:00
3365 baxış

Digər xəbərlər

Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

Hamısını oxu
Özbəkistanın QHT təmsilçiləri Respublika Veteranlar Təşkilatının qonağı olub

 Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Görüşdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktorunun müavini Emil Çaparlı da iştirak edib.   Özbəkistanlı qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Təşkilatın sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov xalqlarımızın faşizmə qarşı birgə mübarizə apardığını, bu mübarizədə tarixi həmrəylik sərgilədiyini qeyd edib. Sədr müavini bildirib ki, eyni kök və mədəniyyətə malik olan Azərbaycanla Özbəkistan arasındakı əlaqələrin son illər daha da genişlənməsi müşahidə olunur ki, bu da olduqca sevindiricidir. Cəlil Xəlilov həmçinin söyləyib ki, Füzulidə inşa edilən və Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına  orta məktəb iki qardaş xalqın əbədi dostluğunun təcəssümüdür və xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dünyanın bir çox ölklərində fəaliyyət göstərən veteran təşkilatları ilə geniş əlaqələrə malik olduğunu bildirən polkovnik Cəlil Xəlilov, Özbəkistandakı qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını vuğulayıb.Cəlil Xəlilov bu əməkdaşlığın xalqlarımızın maraq və mənafeyinə uyğun olduğunu, gələcək baxımından da böyük perspektiv kəsb etdiyini bildirib.   Səmimi görüşə görə polkovnik Cəlil Xəlilova təşəkkür edən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının  sədri Kamoliddin İşanxojayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə tanışlıqdan məmnunluq duyduqlarını, ikitərəfli əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyiblər.   Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı səmərəli müzakirələr, maraqlı fikir mübadiləsi aparılıb.   Seymur ƏLİYEV

Hamısını oxu
Cəlilabad rayon Veteranlar Təşkilatı faşizm üzərində Qələbə Gününü qeyd edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 9 May - alman faşistləri üzərində qələbə günü münasibəti ilə İkinci Dünya müharibəsində həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış “Ana” abidəsi önünə gülqoyma mərasimi keçirib, onların xatirəsi böyük ehtiramla yad edilib. Tədbirdə rayon Veteranlar Təşkilatının üzvləri ilə yanaşı, vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov, iş adamı, xeyriyyəçi Rafiq Abışov, bələdiyyə sədrləri, əmək və müharibə veteranları iştirak ediblər. Tədbirdən sonra Veteranlar Təşkilatının üzvləri rayonun Astanlı kəndinə gedib İkinci Dünya Müharibəsi veteranı Əbiş Zamanovla evində görüşərək onu 9 May Qələbə günü münasibətilə təbrik ediblər. 100 yaşlı müharibə veteranı Əbiş Zamanov şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığını bildirib. Qeyd edək ki, Zamanov Əbiş İbiş oğlu İkinci Dünya Müharibəsinin Cəlilabadda sağ qalan yeganə veteranıdır.  

Hamısını oxu
Laçında müharibə veteranlarının bizneslərinə mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Trend-in Qarabağ bürosu xəbər verir ki, mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini yaxından tanış etmək olub. Tədbir zamanı media nümayəndələrinə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslə təmin olunub, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Mediatur çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi iştirakçısı Şahin İsgəndərov üçün yaradılmış arıçılıq təsərrüfatına və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün qurulmuş avtotəmizləmə xidməti sahəsinə baş çəkiblər. Daha sonra media nümayəndələri müharibə veteranı ailə üzvü Ramin Həsənov üçün yaradılmış dönərxananın və Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyəti ilə tanış olublar. Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.  

Hamısını oxu