Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İrəli İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb.

 

Ağdam rayonunda bir həftə müddətində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş ümumilikdə 100-dən çox gənc iştirak edib.

 

Layihənin açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.

 

Layihə boyunca gənclərin açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarışı təşkil olunub.

Həmçinin, peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib.

 

Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silah söküb-yığma, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda “Axtar Tap”, maneəli qaçış, ipdartma və s. oyunları oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.

 

Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, həmçinin, keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırıblar.

 

2021-09-17 12:08:00
1063 baxış

Digər xəbərlər

“Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”

Nurəddin Mehdixanlı: “Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstəriblər” “Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, 44 günlük Vətən müharibəsində Dövlət Sərhəd Xidməti (DSX) əsl fədakarlıq sərgiləyib, düşmənə qarşı mübarizədə çoxsaylı qəhrəmanlıqlar göstərib: “2020-ci ilin 44 günlük Vətən müharibəsi milli tariximizin, hərb tariximizin ən şanlı səhifəsi, qəhrəmanlıq salnaməsidir. Bu müharibədə Azərbaycan xalqı öz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənə sarsıdıcı zərbə endirdi, uzun müddətdir ki, işğal altıdna qalan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya əsl peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərdi. 44 günlük Vətən müharibəsində sərhədçilərimiz də əzmlə döyüşərək Vətən torpağının erməni faşizmindən azad edilməsinə böyük töhfələr verdi. Sərhədçilərimiz bu müharibədə müasir hərbi texnilogiyanın ən son yeniliklərini uğurla tətbiq etdi. Dronlarla düşmənin  hərbi tenxikasına, hava hücumundan müdafiə sistemlərinə, eyni zamanda canlı qüvvəsinə dağıdıcı zərbələr endirildi. Sərhədçilərimiz Arazboyu ərazilərimizdə sürətli hücum əməliyyatları həyata keçirməklə düşməni çaş-baş qoydu və erməni faşizmini özünə gəlməyə imkan vermədən darmadağın etdi. Sərhədçilərimiz Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsinə də böyük töhfələr verdi. Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstərdilər. Bu baxımdan, hesab edirəm ki, sərhədçilərimizin qəhrəmanlığı təbliğ edilməli, gələcək nəsillərin bu barədə dolğun şəkildə məlumatlanması, öz tarixinə, milli-mənəvi dəyərlər sisteminə bağlı şəkildə yetişməsi təmin edilməlidir. Bunun üçün isə bütün təbliğati vasitələrdən, o cümlədən, mədəniyyət və incəsənətin imkanlarından istifadə edilməlidir”. Seymur ƏLİYEV      

Hamısını oxu
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi “Yaşıl dünyaya yaşıl rəng qataq” adlı ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daima öz töhfəsini verir. Birlik sədri Yasəmən Qəyyumlu çıxış edərək bildirib ki, Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi buna bariz nümunədir. "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin idarə heyəti bu həmrəyliyə qoşularaq "Yaşıl dünyaya yaşıl rəng qataq" adlı ağac əkmək aksiyasını həyata keçirməyi qərara aldı. Ağaclarım Suraxanı rayon sakini olan şəhid Sərdar İsmayılovun adına inşa olunmuş Suraxanı rayon Yeni Suraxanı qəsəbəsində fəaliyyət göstərən "Zəfər" idman klubunun həyətində əkilməsi məqsədə uyğun hesab edilib. Aksiyanın həyata keçirilməsi üçün Suraxanı rayon icra hakimiyyəti xüsusi şərait yaradıb. Aksiyada şəhid ailələri, vətən müharibəsinin qaziləri, veteranlar, birliyin idarə heyəti və media nümayəndələri iştirak ediblər. Aksiyanın təşkilində təşkilatın Türkiyə Respublikası üzrə nümayəndəsi Natavan Şadlinskinin xüsusi əməyi olub. Bir sözlə təşkilatın əsas məqsədi mütəmadi olaraq dövlət proqramlarını dəstəkləmək və təşkilat adından bu cür önəmli proqramlara töhvə verməkdir. Aksiya bitdikdən sonra "Zəfər"idman klubunun əsas binasında faydalı gün münasibətilə şəhid ailələrinə, vətən müharibəsinin veteranlarına və hər zaman şəhid ailələrinin yanında olan Şəxslərə "Zəfər Diplomu" və " Fəxri diplom"lar təqdim olunub.

Hamısını oxu
"Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclüdür"

"44 günlük Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisəedilməz dərəcədə güclüdür” Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında  Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz fikrinə münasibət bildirərkən deyib.  O söyləyib ki, müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, döyüş hazırlığı, maddi-texniki bazası daha da gücləndi: "Prezident İlham Əliyev öz müsahibə və açıqlamalarında dəfələrlə qeyd edib ki, Azərbaycan Ordusu Vətən müahribəsindəki ordu deyil. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsi dönəmindəki ordudan daha güclü, daha qüdrətlidir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla Ermənistan ordusu arasında onsuz da böyük olan güc balansı zamanla daha da artır və Ermənistanın bu balansı hansısa formada tənzimləməsi mümkün deyil. Məhz bu prizmadan çıxış edən Nikol Paşinyan Ermənistan ordusunun heç vaxt Azərbaycan Ordusunu üstələyə bilməyəcəyini bəyan edir və bu məsələdə haqlıdır”. Ekspert qeyd edib ki, Paşinyanın məlum açıqlaması iki dövlət arasındakı hərbi reallıqlara diqqət çəkməklə yanaşı, siyasi baxımdan da ciddi önəm kəsb edir: "Ehtimal ki, Paşinyan bu açıqlama ilə həm daxili, həm də xarici auditoriyanın diqqətinə çatdırmaq istəyir ki, İrəvanın Azərbaycanla nə zamansa yenidən hərbi müstəvidə qarşılaşmış niyyəti və potensialı yoxdur. Bu mənada Paşinyanın məlum açıqlama ilə Ermənistandakı revanşist qüvvələrə də konkret mesaj verdiyini düşünmək olar. Çox güman ki, İrəvan bütün revanşist qüvvələrə başa salmağa çalışır ki, onların arzuları ilə reallıq arasında fərq böyükdür və bu məkirli niyyətlər heç vaxt reallaşmayacaq. İstənilən halda Paşinyanın sözügedən açıqlaması regional sülh və təhlükəsizlik baxımından anlaşılandır və özündə mövcud reallıqları əks etdirir”. Şahanə Ziyad Azxeber.com  

Hamısını oxu
“Vətən uğrunda ölərəm”

Oturub düşünsən bir az dərindən Bu torpaqda ulu hər yan, hər yerdi. Bu qədər dəyərsiz idisə Vətən, Mübariz nə üçün canını verdi?! Bu misraları yazanda əsgər Əlikram Xanışovun heç 20 yaşı yox idi. Qonşu rayondan olan əfsanəvi Milli Qəhrəman Mübariz İbrahimov haqqında düşüncələ­rini qələmə almağa çalışmışdı. Elə bu duyğularla da onun yolunu davam etdir­mək üçün müddətli hərbi xidmətdən cəmi 20 gün sonra müqavilə əsasında işləyən kiçik komandir heyətinə qəbul olunmuş­du.  Bir neçə ay keçməmiş Vətən mühari­bəsi başlananda həyatını hərb işinə həsr edən Əlikram sevinmişdi ki, nəhayət, iş­ğalçılardan qisas almaq üçün fürsət yara­nıb. Buna görə də ön cəbhədə mərdliklə döyüşür, azacıq sakitlik yaranan kimi isə qeyd dəftərçəsinə Vətənlə bağlı poetik duyğularını yazırdı:  İnsan deyərəm mən sənə, haqqına can ver, Gəl, saxlama öz haqqını pünhan ürəyində. Bəli, Vətən uğrunda şərəflə vuruşa­raq ölmək onun amalı idi. Odur ki, döyüş­lər başlanandan bir həftə sonra şəhadətə ucalması ilə sanki arzusuna qovuşdu Əlikram. “Əgər ölsəm, eləyin cismimə bayrağı kəfən”, – deyən şəhid, arzuladı­ğı kimi, üçrəngli Azərbaycan bayrağına bükülərək doğma Göytəpə şəhərinə gə­tirildi...  Əlikram Xanışov ölümündən sonra Prezident sərəncamları ilə “Cəsur dö­yüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Cəlilabad Rayon Veteranlar Təşkilatının təşəbbüsü ilə çap olunan şe­irlər kitabına isə onun müqəddəs məslə­kinə uyğun ad qoyulub: “Vətən uğrunda ölərəm”.  Cəlilabad şəhərindəki 3 nömrəli tam orta məktəbin geniş akt zalında şəhid şairin kitabının təqdimat mərasiminə top­laşanlar – hərbçi dostları, qazilər, əmək və müharibə veteranları, ictimaiyyət nü­mayəndələri, müəllim və şagirdlər öncə onun ölməz xatirəsinə baş əyiblər. Ra­yon Veteranlar Təşkilatının sədri – kita­bın redaktoru və ön sözünün müəllifi, şair Ədalət Salman Vətən müharibəsi şəhidi Əlikramın həyat və döyüş yolu haqqın­da danışıb, onun fitri istedad sahibi kimi erkən yaşlarından yaradıcılıqla məşğul oldugunu bildirib. Qeyd edib ki, kitabdakı şeirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda yazılan nümunələrdir.  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, tanın­mış mədəniyyət işçisi Xeyrulla Şahba­zov, hərbçi mayor Elşən Abbasov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Rəşidov, şəhidin döyüş yoldaşı Mirnatiq Cabbarlı, AYB üzvləri Əfrahim Abbas, İman Abdulla, Sakit İsayev, xeyriyyəçi sahibkar Rafiq Abışov və başqaları çıxış edərək torpaq­larımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu, şəhid ailələrinə və qa­zilərə dövlətimizin daim diqqət və qayğı göstərdiyi xüsusi vurğulayıblar. Şəhid Əlikram Xanışovun məktəblilərin ifasın­da səslənən şeirləri tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Şəhidin anası Xoşqədəm Xanışova kitabın nəşrini və təqdimatını təşkil etdi­yinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhid Əlikram Xanışovun "Vətən uğrunda ölərəm" adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.  “Xalq” qəzeti Ə.ƏLİYEV  

Hamısını oxu