Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yeni dərs ili ilə əlaqədar olaraq şəhid övladlarına planşetlər hədiyyə olunub

Veteran.gov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.

 

Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.

 

Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib.

 

“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq birinci sinifə qədəm qoyan bütün şəhid öladlarını təbrik edir, uğurlar arzulayırıq.

 

2021-09-21 10:11:00
805 baxış

Digər xəbərlər

Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan konfrans keçirilib

5 may 2026-cı il tarixdə “Quba Place” otelində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatınin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Dövlətçilik ənənələrinin möhkəmlənməsində Heydər Əliyev rolu” mövzusunda konfrans keçirilib. Konfransdan əvvəl Quba şəhərində Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.  Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, YAP İdarə Heyətinin üzvü, partiyanın veteranlar şurasının sədri Arif Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca müstəqilliyimizin qorunması yolunda ömrünü xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilibdir. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Konfrans çərçivəsində çıxışlar dinlənilıb, Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP İdarə Heyətinin üzvü və partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Sadiq Qurbanov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Orxan Bayramov və YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış edərək Ümummilli Liderin dövlətçilik tariximizdəki müstəsna rolundan bəhs ediblər. Konfransın yekununda 10 nəfərə Fəxri Fərman, 10 nəfərə isə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.  

Hamısını oxu
Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.   Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.   Allah rəhmət eləsin!”.

Hamısını oxu
“Natiq Qasımovla bağlı film hərb tariximizin və qəhrəmanlarımızın təbliği baxımından mühüm hadisədir”

Məlum olduğu kimi, iyunun 4-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı keçirilib. Mövzu ilə əlaqədar Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bu cür filmlərin hərb tariximizin təbliği baxımından son dərəcə önəmli olduğunu vurğulayıb: “Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr edilmiş filmin hazırlanması istər qəhrəmanlarımızın gənc nəslə tanıdılması, istərsə də hərb tariximizin təbliği baxımında xüsusi əhəmiyyət daşıyan bir hadisədir. Dünya təcrübəsi sübut edir ki, tarixin təblğində heç bir bədii-elmi əsər, yaxud digər vasitələr film qədər effektiv olmur. Bu baxımdan Birinci Qarabağ müharibəsində erməni faşizminə qarşı qəhrəmanlıqla mübarizə aparan, öz cəsarəti, əzmkarlığı ilə düşməni dəhşətə gətirən, əbədiyyətə dünyanı heyrətləndirən mərdliklə qucaq açan Natiq Qasımovla bağlı belə bir filmin ərsəyə gətirilməsi hər mənada təqdirəlayiqdir. Bu film Natiq Qasımovun həyat və döyüş yolunun daha dərindən öyrənilməsi və təbliğinə dəstək verəcək, gənclərdə Birinci Qarabağ müharibəsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında daha dolğun təəssürat formalaşdıracaq. Mən süni intellekt tenologiyaları vasitəsilə “Düşmənə qarşı tək”filmini ərsəyə gətirdiyinə görə "SOY" Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyevaya, filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseynə, filmin hazırlanmasında əməyi olan hər bir şəxsə, o cümlədən, filmin ərsəyə gəlməsinə dəstək verən Bakı Media Mərkəzinin rəhbəri hörmətli Arzu xanım Əliyevaya bütün veteranlar adından öz minnətdarlığımı bildirirəm. İnanıram ki, yaxın gələcəkdə digər qəhrəmanlarımızla bağlı da bu cür filmlərin hazırlanmasına şahid olacaq, bu filmlərdən hərb tariximizin öyrənilməsində, qəhrəmanlarımızın təbliğində geniş şəkildə istifadə edəcəyik”. Seymur ƏLİYEV

Hamısını oxu
Ədliyyə polkovniki İmran Əhmədov Ağsuda veteranlarla görüşüb

Şakir Nadirov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin sədri seçilib 30 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ədliyyə polkovniki İmran Əhmədov Ağsuda veteranlarla görüşüb. Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan tədbirdə rayon icra başçısının I müavini Füzuli Kərimli, rayon ziyalıları, müxtəlif kateqoriyadan olan veteranlar iştirak edib.  Tədbirdə çıxış edən polkovnik İmran Əhmədov gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyinə toxunub, bu məsələdə veteranların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən sədr müavini, dövlətin şəhid ailələri və veteranlara olan qayğısına diqqət çəkib, veteranların hər zaman olduğu kimi bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməkdə davam edəcəyinə əminliyini ifadə edib. Tədbirdə Nadirov Şakir Bəxtiyar oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağsu Rayon Şöbəsinin sədri seçilib. Polkovnik İmran Əhmədov Şakir Nadirovu Rayon Veteranlar Təşkilatının sədri seçilməsi münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. Seymur ƏLİYEV

Hamısını oxu