Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Milli musiqi xəzinəmizdən” layihəsinin təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının dördüncü günü musiqi ifaçılığı sahəsi üzrə yeni nəşrlərə həsr edilmiş tədbirlə başladı. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında  “Milli musiqi xəzinəmizdən” adlı layihə çərçivəsində çap olunmuş yeni nəşrlərin  (cəmi 40 məcmuə)   təqdimatı baş tutdu.  Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilçiliyi ilə həyata keçirilib.   

 

Bir neçə il öncə başlanmış bu layihəyə Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Elmira Nəzirova, Oqtay Rəcəbov və digər bəstəkarların fortepiano musiqi əsərlərinin not nəşrləri  daxildir.  Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin fortepiano üçün asanlaşdırılmış köçürməsi, Fikrət Əmirovun “12 miniatür”, “Romantik sonata”, “Variasiyalar”, “İki prelüd”,  “İki pyes” kimi miniatür əsərləri, Elmira Nəzirovanın “Azərbaycan xalq melodiyalarının fortepiano üçün işləmələri”, Tofiq Quliyevin “Cəmilənin albomu”, Zakir Bağırovun “Fortepiano üçün əsərləri”, Əşrəf Abbasovun, Vasif Adıgözəlovun, Asya Sultanova, Azər Rzayev, Sərdar Fərəcov və başqalarının seçmə əsərləri işıq üzü gördü.

 

Azərbaycan Milli Kitabxanasında baş tutan təqdimatda ölkəmizin  tanınmış musiqi xadimləri, təhsil müəssisələrinin rəhbər şəxsləri  -  Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, musiqişünas və professorlar  Zemfira Qafarova və Cəmilə Həsənova, Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva,  Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Asəf Zeynallı adına Musiqi Kollecinin rektoru, professor Nazim Kazımov, xalq artisti Sərdar Fərəcov və başqaları iştirak edib, rəy və təkliflərini, bölüşdülər.   

 

2021-09-22 07:54:00
990 baxış

Digər xəbərlər

II Dünya Müharibəsi veteranı 103 yaşında vəfat edib

II Dünya Müharibəsi iştirakçısı, veteran, hərbi hava qüvvələri podpolkovniki  Timçenko İvan İvanoviç 10 oktyabr tarixində vəfat edib. O, 15 yanvar 1918-ci ildə Rusiya Federasiyasının Primorsk vilayətində anadan olub. İ.Timçenko SSRİ Silahlı Qüvvələrində uzun müddət xidmət edib, hərbi pilot kimi Krım uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və orden, medallara layiq görülüb. İvan İvanoviç Timçenkonun vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.    Ветеран Второй мировой войны скончался в возрасте 103 лет Участник Второй мировой войны, ветеран Военно-воздушных сил подполковник Тимченко Иван Иванович скончался 10 октября. Он родился 15 января 1918 года в Приморской области Российской Федерации. И.Тимченко долгое время служил в Вооруженных Силах СССР, в качестве военного летчика героически сражался в боях за Крым, был награжден орденами и медалями. В связи с кончиной  Тимченко Ивана Ивановича члены Президиума Организации Ветеранов Войны, Труда и Вооруженных Сил выражают глубокие соболезнования семье и близким.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Şükür Məstəliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, Yardımlı rayonundan olan 1926-cı il təvəllüdlü Məstəliyev Şükür Fətulla oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Şükür Məstəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir. Məlumat üçün qeyd edək ki, Şükür Məstəliyev 1944-1945-ci illərdə 402-ci Azərbaycan atıcı diviziysının 64-cü alayının tərkibində faşist ordusuna qarşı döyüşlərdə fəal iştirak edib, hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara görə komandanlıq tərəfindən dəfələrlə təltif olunub.    

Hamısını oxu
“8 noyabr Zəfər Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin İş Planına uyğun olaraq şöbə   müdiri e/o polkovnik Adil Haqverdiyev,baş mütəxəssis Nəbi Hacıyev 6 noyabr 2023-cü il tarixində  8 noyabr qələbə günü  ilə əlaqədar tədbir təşkil ediblər. Tədbir Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində baş tutub. 8 noyabr qələbə günü ilə əlaqədar “8 noyabr Zəfər Günüdür”  adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, Heydər Əliyev mərkəzinin elmi işçisi Azər Zeynalzadə, gənc rəssamlar, Yasamal rayonunda yerləşən 308 saylı tam orta mətəbin müəlliməsi Zəminə Yusubova, şagirdlərlə iştirak etdilər. Tədbir öncəsi gənc rəssamların Zəfər Gününə həsir etdikləri  əsərlərindən ibarət sərgiyə baxıldı. Daha sonra tədbir öz işinə başlayıb. Tədbiri Azər Zeynalzadə açıb. Öncə Dövlət Himni səsləndi. Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün sözü e/o polkovnik Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri Fatma xanım Səttarovanın və müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı.O,çıxış edərək bildirdi ki, BMT-nın çıxardığı qətnamələr uzun illər  yerinə yetirilmədi, lakin   Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdi: “Uca Tanrıya şükürlər olsun ki, bu gün Xankəndində üçrəngli bayrağımız dalğalanır. Biz hər zaman ayıq-sayıq olmalıyıq düşmənimizin kimliyini,onun havadarlarını unutmamalıyıq.Onların  çirkin əməllərinin qarşısını almağa hazır olmalıyıq.Ali Baş Komandan İlham Əliyev ətrafında  bir ymruq kimi sıx birləşib söyləməliyik: “QARABAĞ AZƏRBAYCANDIR!” . Daha sonra 308 saylı tam orta məktəbin şagirdləri qələbəyə həsr edilmiş şerlər söylədilər. Tədbirin sonunda fəal rəssamlara, onların müəllimlərinə Adil Haqverdiyev,Vaqif Məmmədav Fəxri Fərman təqdim etdilər, sonda xatirə şəkilləri çəkdirildi.

Hamısını oxu
BŞTİ müdiri "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib

Veteran.gov.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" adlı təlimdə çıxış edib.   Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri (KİV) üçün təşkil etdiyi təlimdə çıxış edən Mehriban Vəliyeva "Paytaxt məktəblərində yeni tədris ilinə hazırlıq"  mövzusunda təqdimatla çıxış edib. M.Vəliyeva mövcud şəraitdə təhsil müəssisələrində tədrisin təşkili, məktəb idarəetməsi, pandemiya şəraitində tədris prosesinin effektiv təşkili, ümumi təhsil müəssisələrində keyfiyyətin artırılması, istedadlı şagirdlərlə iş, təhsildə innovativ layihələrin idarəolunması, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, təhsil işçilərinin vaksinasiyası, məktəblərdə dezinfeksiya işləri, infrastruktur, elektron xidmətlər və digər mövzular ətrafında məlumat verib.   Daha sonra İdarə müdiri KİV nümayəndələri tərəfindən ünvanlanan suallara cavab verib, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.  

Hamısını oxu