Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur! Ərəstun Mahmudov: Səmamızın şahini

Erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə, dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələr törətmişlər. 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar. 28 il işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsi zamanı böyük zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə   Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni qazanan  hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir.  Onların qəhrəmanlığı gələcək nəsillərə örnək  olur. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İsfəndi oğlu Mahmudov belə oğul , belə hərbçi olub, belə qəhrəman olub.O,səmamızın şahini qoruyucu mələyi xilaskarı olub. Vətənimizin başını  qara bulud alan zaman bir göz qıpımında Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə dinc əhalinin köçürülməsində, ərzaq və müəyyən ləvazimatlar çatdırıb.Mahmudov Ərəstun İsfəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirmişdir. 1975- ci ildə Leninqrad vilayətinin Vıborq şəhəri Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN2 təyyarəsində əmək fəaliyyətinə başlamışdır. O, idmanın ağır atletika növü ilə məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də bir sıra xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçmiş, Mİ-2 vertolyotunun bortmexaniki olmuşdur.

Ərəstun Mahmudov özünü işgüzar və aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və 1990-cı ildə Ukraynanın Kremençuq şəhərində növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir.Daha sonra o, Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirən ekipajın tərkibinə daxil edilmişdir. Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak etmişdir. 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov qəhrəmancasına həlak olur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İsfəndi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.Qəhrəmanlar ölümü gözə alaraq vuruşur, Şəhidlik məqamına ucalırlar.Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir.

 

                                                                 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri, 

                                                                 polkovnik  Cəlil Xəlilov

2025-01-06 17:20:59
2668 baxış

Digər xəbərlər

İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur

ABŞ-la İran arasında baş verən və hələlik iki həftəlik atəşkəs dövrünü yaşayan müharibə bütün dünyanın əsas diqqət mərkəzində qalmaqda davam edir.  İran müharibəsi öz unikallığı, proqnozlaşdırılması mümkün olmayan gedişatı, habelə, bir neçə ölkənin ərazisini əhatə etməsi ilə sadəcə günümüzün deyil, yaxın keçmişimizin nadir qarşıdurmalarından biri hesab olunur. İran müharibəsinin ən xarakterik xüsusiyyətlərindən biri də bu müharibədə dünyanın bir nömrəli super gücü olan ABŞ-ın bilavasitə iştirak etməsidir. Lakin İran müharibəsi üçün ən səciyyəvi cəhət heç şübhəsiz, iqtisadi faktorun müharibənin gedişatına və bəşəriyyətin yaşamına bugünəqədərki bütün savaşlardan daha çox təsir göstərməsidir. Müharibə zamanı İranın Hörmüz boğazına keçidlə bağlı məhdudiyyətlər tətbiq etməsi, müəyyən məqamlarda isə boğazı bağlaması başda ABŞ olmaqla bütün ölkələrin iqtisadiyyatını ciddi şəkildə “silkələdi” ki, bu da dünyamızda bugünə qədər yaşanmayan yeni bir hadisə idi. Hörmüz boğazı ilə bağlı İranın yürütdüyü siyasət ABŞ-ı məcbur etdi ki, sahib olduğu üstün hərbi gücə rəğmən müharibə ssenarisində ciddi redaktələr etsin, sülh variantını nəzərdən keçirsin. Bir sözlə, İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv, daha səmərəli olur. Bu baxımdan İran müharibəsinin gələcək qarşıdurmalarda presedent kimi nəzərə alınacağı, iqtisadi faktorun savaşların taleyinə daha çox təsir göstərəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, gələcək müharibələrin qalibi öz hərbi gücündən daha çox iqtisadi təzyiq imkanlarını düzgün idarə edən, iqtisadi müstəvidə söz sahibi olan dövlətlər olacaq. Seymur ƏLİYEV

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Şükür Məstəliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, Yardımlı rayonundan olan 1926-cı il təvəllüdlü Məstəliyev Şükür Fətulla oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Şükür Məstəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir. Məlumat üçün qeyd edək ki, Şükür Məstəliyev 1944-1945-ci illərdə 402-ci Azərbaycan atıcı diviziysının 64-cü alayının tərkibində faşist ordusuna qarşı döyüşlərdə fəal iştirak edib, hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara görə komandanlıq tərəfindən dəfələrlə təltif olunub.    

Hamısını oxu
Avropa İttifaqının ali nümayəndəsinin qərəzli fikirləri ikili standart nümunəsidir

Hamısını oxu
SH-nin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birgə tədbir həyata keçirib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji Mərkəzi Respublika Veteranlar Təşkilatı ilə birlikdə veteranların sağlamlığının bərpası məqsədilə maarifləndirici tədbir həyata keçirib. Tədbirlə bağlı görüntüləri oxuculara təqdim edirik:

Hamısını oxu