Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib

Konfrans Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub

 

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib. Tədbirdə Daxili İşlər Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.

 

Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan məktəbin direktoru Faiq Qurbanov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.

 

Tədbirdə qonaq qismində çıxış edən Yunan-Roma güləşçisi, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev, Uşu-sanda üzrə dəfələrlə dünya və Avropa çempionu Emil Hacıyev də idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar. Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.

 

 

2021-11-03 12:49:00
868 baxış

Digər xəbərlər

“Hərbi təlimlərin miqyas və keyfiyyəti ordumuzun qüdrətindən, onun yüksək döyüş hazırlığından xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır”   Azərbaycan ordusu mayın 16-dan etibarən hərbi təlimlərə start verib. Saytımıza açıqlamasında sözügedən təlimlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Azərbaycan ordusunun start verdiyi və mayın 20-nə qədər davam edəcək təlimlər  hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi bu təlimlərdə ən müasir hərbi texnika nümunələrinin döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordunun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.   Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir:   “44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə, qısa müddət ərzində düşmən ordusu darmdağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi odluqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqət yetirilir”.   Cəlil Xəlilov Azərbaycan ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacib olduğunu qeyd edib:   “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Lakin bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır.   2020-ci ilin 10 noyabr bəyanatından sonra  Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxrbatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənisatnda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmağa çalışmalıdır. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında forlaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri kibertəhlükəsizlik mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, 4 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ADA tələbələri - Hacı Zeynalabdin Tağıyev müsabiqəsi çərçivəsində iştirak edən CyberEye komandası (https://www.instagram.com/cybereye.hzt?igsh=ZHhiN2UzZTljNmFk ) kibertəhlükəsizlik mövzusunda tədbir keçirib. Maarifləndirmə xarakterli tədbirdə Nuray Cəfərova, Fərid Xəlilov, Rza Ağarzazadə, İlkin Bayramlı, Hafiz Bəylərli çıxış edərək kibertəhlükəsizlik mövzusunda aktual problemlərə toxunublar. Tədbirdə gənclər, veteranlar, media nümayəndələri iştirak ediblər. Seymur ƏLİYEV

Hamısını oxu
“Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərimizin aqibətini aydınlatmaq istiqamətində atdığı addımlar cəmiyyətdə böyük təqdir və minnətdarlıq hissi ilə qarşılanmaqdadır.  Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Xalq artisti Nurəddin Mehdixanlı, itkin-şəhidlərimizin qalıqlarının tapılaraq dəfn edilməsinin milli-mənəvi baxımdan mühüm önəm kəsb etdiyini bildirib: “Məşhur bir söz var: “Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”. Bu konteksdən yanaşsaq deyə bilərik ki, Qarabağ müharibəsinin başlanmasından bugünə qədər nə qədər itkin düşən vətəndaşımız var, onların sonuncu nəfəri tapılıb taleyinə aydınlıq gətirilməyənə qədər, son itkin-şəhidimizin nəşi dəfn eidlməyənə qədər savaş bitməyib. Düşünürəm ki, bu, çox ciddi bir məsələdir. İtkin-şəhidlərimizin taleyinə aydınlıq gətirmək bu vətən, bu torpaq üçün savaşaraq şəhid olanlar, erməni işğalı səbəbilə yurdundan qovularkən meşlərdə, dağlarda itən, taleyi bəlli olmayan insanlarımız qarşısında bizim borcumuzdur. Biz onların taleyinə aydınlıq gətirməli, hər birinə son borcumuzu ödəməliyik. Bu, həm insani, həm də milli bir borcdur. Bu istiqamətdə aparılan işlər, atılan addımlar olduqca vacibdir. Bir çox itkin-şəhidimizin taleyinə aydınlıq gətirilib. Onların bir qisminin qalıqları tapılıb, milli adət-ənənəmizə uyğun şəkildə torpağa tapşırılıblar. Onların ailələrinin gözü yollardan çəkilib. İnanıram ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası digər itkin-şəhidlərimizin də aqibətinə aydınlıq gətirəcək, bununla da gözü yollarda qalan bütün ailələrin intizarına son qoyulacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
İranın bitməyən Azərbaycan qərəzi

Hamısını oxu