Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DGK əməkdaşları Zəfər Günü öncəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev və “Könüllü gömrükçü”lər Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik  Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Zəfər Günü ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovaya ünvanlanan təbrik məktubunu oxuyan gömrük xidməti polkovniki Vüqar Əliyev, bu tarixi günlə bağlı bütün veteranları təbrik edib.

 

Dövlət Gömrük Komitəsinin rəhbərliyinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, bu zəfərin Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, ordumuzun və xalqımızın fədakarlığı sayəsində əldə edildiyini bildirib. “Könüllü gömrükçülər”ə öz tövsiyələrini verən Fatma Səttarova, onları hər zaman vətəni sevməyə, milli maraqlarımızı qətiyyətlə müdafiə etməyə, ölkə başçısının siyasətini dəstəkləməyə səsləyib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov da veteranlara gödstərdiyi diqqətə görə Dövlət Gömrük Komitəsinə öz minnətdarlığını bildirib, veteranların bundan sonra da dövlətimizin güclənməsində əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

Daha sonra “Könüllü gömrüçkülər” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti ilə tanış olub, təşkilat daxilindəki muzeyi, Milli Qəhrəmanların fotoları olan guşəni ziyarət edib, təşkilatın fəaliyyətini özündə əks etdirən stendlərə tamaşa edib.

 

Tədbirin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına Dövlət Gömrük Komitəsi adından bayram sovqatları təqdim edilib, xatirə şəkli çəkilib.

 

2021-11-06 16:41:00
1202 baxış

Digər xəbərlər

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”

“Xarici diplomatların işğaldan azad edilən torpaqlara səfəri Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği baxımından önəmlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfərdə iştirak edən diplomatların sayı da səfərin miqyas və əhəmiyyətindən xəbər verir: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici   siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri olduqca mühüm hadisədir. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir ki, bu da onun miqyas və əhəmiyyətindən xəbər verir. Səfər zamanı diplomatlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq prosesi, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti ilə tanış olacaqlar. Əcnəbi dipomatlar Azərbaycanın post-müharibə dönəmində hər iki müstəvidə gördüyü nəhəng işlər, apardığı bərpa və yenidənqurma prosesinə şahidlik edəcək, bununla bağlı məlumat və təəssüratlarını daha da zənginləşdirəcəklər”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu cür səfərlər Azərbayacn xalqının qurmaq, yaratmaq əzminin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən torpaqların dirçəldilməsi prosesinə başladı. Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı altında həyata keçirilən bu proses qısa zaman ərzində silsilə uğurlarla nəticələndi. Bütün infrastrukturun yenidən qurulması, dağıdılan, yaşayış üçün tamamilə yararasız hala salınan yüzlərlə yaşayış məntəqəsinin yerində müasir, beynəlxalq tələblərə cavab verən modern kənd və şəhərlrin salınması, bu prosesdə ən son texnoloji yenilikləriin tətbiqi bütün dünyada böyük heyranlıqla qarşılandı. Qürurvericidir ki, 6 il bundan öncə başlayan abadlıq-quruculuq prosesi bu gün də eyni templə davam etməkdə, yeni uğurlar və nailiyyətlərlə nəticələnməkdədir. Hazırda işğaldan azad edilən torpaqlarda kənd təsərrüfatı və sənayenin inkişafı ilə bağlı həyata keçirilən layihələr, bu prosesdə beynəlxalq şirkətlərin yaxından iştirakı görülən işlərin əhəmiyyəti ilə yanaşı, işğaldan azad olunan torpaqlarımızın gələcəyinə olan inamı əks etdirir. İşğaldan azad edilən torpaqlara səfər edən əcnəbi diplomatlar səfər əsnasında bütün bu uğurları bilavasitə şahid olacaqlar ki, bu da onların mənsub olduğu dövlətlərin müasir Azərbaycan həqiqətləri ilə yaxından tanış olması baxımından son dərəcə önəmlidir. Mən hörmətli Hikmət müəllim başda olmaqla səfərdə iştirak edən bütün diplomatlara uğurlar arzulayır, müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Veteran .gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 19 fevral 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva və müavini, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni sələndirilib. Xocalı soyqırımının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən şerlər yer alıb. Daha sonra çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstəsi SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək XX əsin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədib: “İşğalçılar  uşaqlara, qocalara, qadınlara aman verməmiş, hətta şəhid  olanların meyitlərini təhqir etmişlər. Uzun sürən həsrətdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında erməni faşistlərinı torpaqlarımınzdan qovaraq haqq-ədaləti bərpa ediblər. İndi soydaşlarımız öz doğma ocaqlarına, yurd –yuvalarına  qayıdıblar .Artıq Xocalıya da dönüş başlayıb. Mən çıxışımın sonunda uca Tanrıdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzulayıram”. Daha sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər.   Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Семье и близким Фатмы Саттаровой

Hamısını oxu
Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib.   Qeyd edək ki, Məhərrəm Məmmədyarov 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak edib, göstərdiyi qəhrəmanlıqlara görə 12 medal və ordenlə mükafatlandırılıb. Müharibədən sonrakı həyatını elmə həsr edən Məhərrəm Məmmədyarov 1973-1979-cu illərdə AMEA-nın Naxçıvan regional elmi mərkəzinin rəhbəri,1994-cü ildən 2002-ci ilə qədər isə AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.   2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilən Məhərrəm Məmmədyarov, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məhərrəm Məmmədyarovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir   Allah rəhmət eləsin!    

Hamısını oxu