Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib.

 

Qeyd edək ki, Məhərrəm Məmmədyarov 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak edib, göstərdiyi qəhrəmanlıqlara görə 12 medal və ordenlə mükafatlandırılıb. Müharibədən sonrakı həyatını elmə həsr edən Məhərrəm Məmmədyarov 1973-1979-cu illərdə AMEA-nın Naxçıvan regional elmi mərkəzinin rəhbəri,1994-cü ildən 2002-ci ilə qədər isə AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.

 

2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilən Məhərrəm Məmmədyarov, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məhərrəm Məmmədyarovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir

 

Allah rəhmət eləsin!

 

 

2022-01-06 12:26:00
1504 baxış

Digər xəbərlər

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il oktyabrın 7-də Çexiyanın ikinci böyük şəhəri - Brnoda davam etdirib. Çexiya azərbaycanlılarının “Land of Fire” diaspor təşkilatının tərəfdaşlığı ilə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair Brnoda ekspozisiya açılıb. Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb. Ziyarətçilərə məlumat verilib ki, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən mina ilə kəskin çirkləndirilməsi və qarşı tərəfin səhih mina xəritələrini hələ də təqdim etməməsi azərbaycanlarının doğma yurd yerlərinə təhlükəsiz qayıdışı üçün ən böyük maneələrdən biridir. Qeyd olunub ki, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ermənistan humanitar məsuliyyət nümayiş etdirməli, real mina xəritələrini gizlətməməlidir. Brno ekspozisiyasında o da vurğulanıb ki, mina problemi və itkinlər məsələsi bir-biri ilə sıx bağlıdır, hər ikinin əsas hədəfi dinc insanlardır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunub, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını təsdiqləyib. “Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.  

Hamısını oxu
Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.  

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstaqram" səhifəsində Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsilə bağlı paylaşım edilib. Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir: "Əziz qardaşlar və bacılar! Bu gün biz Vətən müharibəsi döyüşlərində həlak olmuş şəhidlərin xatirəsini yad edirik. Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib.Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!

Hamısını oxu
Özbəkistan mətbuatının nümayəndələrinin Azərbaycana mediaturu başlayıb

 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın populyar, çox oxunan “Qalampir.uz”, “darakchi.uz” xəbər portalların jurnalistləri, Özbəkistan-Türkiyə birgə layihəsi “Özbekistanhaber” informasiya portalının jurnalistləri, tanınmış “Siyasət” jurnalının redaktorları və sosial şəbəkələrdə olduqca fəal olan, Azərbaycana yaxınlığı ilə seçilən tanınmış blogerlərin Azərbaycana mediaturu təşkil olunub.   Sözügedən jurnalistlər və onların təmsil etdiyi informasiya orqanları daim Azərbaycan həqiqətlərini təbliğ edir, Vətən müharibəsində də Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edərək, ölkəmizə yaxından dəstək göstəriblər.   Mediatur zamanı jurnalistlərdən ibarət sözügedən heyət cari il 21-22 noyabr tarixlərində Azərbaycan Respublikasının  Füzuli və Şuşa rayonlarınında olub, materiallar hazırlayıb, müsahibələr götürərək çəkilişlər aparıblar.   Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müşayiət etdiyi nümayəndə heyətinə Ermənistan ordusunun işğal etdiyi bu torpaqlarda həyata keçirdiyi vandalizm siyasəti, tarixi və dini abidələrin dağıdılması, məhv edilməsi, habelə azad edilən ərazilərimizdə dövlətimiz tərəfindən aparılan geniş quruculuq işləri haqqında geniş məlumat verilib.   Qeyd edək ki, layihəyə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsi, Yazıçılar Birliyi dəstək göstərir.   Jurnalistlər Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada olaraq bir sıra tarixi abidələri ziyarət ediblər.   Bundan başqa, Azərbaycan Dövlət Televiziyasının "Körpü" verilişinin Şuşada qala qapılarının yanında hazırlanan xüsusi çəkilişində də iştirak edib, Türk dünyasının həmrəyliyi, Vətən müharibəsi, Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması ilə bağlı çıxışlar ediblər.   Mediatur hazırda davam edir. Jurnalistlər Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi planlaşdırılan Nizami Gəncəvi Beynəlxalq Simpoziumunda iştirak edəcəklər.

Hamısını oxu