Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Öz adınızı hər birimizin könlünə, yaddaşına, milli tariximizə qızıl hərflərlə həkk etmisiniz..."

 

Hörmətli, cənab Prezident! Hörmətli Ali Baş Komandan!

 

 Sizi 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edir,  möhkəm cansağlığı, xoşbəxt illər, ölkəmizin və xalqımızın inkişafı və tərəqqisi naminə yorulmaz xidmətlərinizdə böyük  uğurlar arzu edirəm.

 

Cənab Prezident!

 

Siz, Ulu öndər, dünya şöhrətli böyük siyasi və dövlət xadimi   Heydər Əliyevin layiqli siyasi varisi və ideya davamçısı olaraq nəinki onun vəsiyyətlərini uğurla həyata keçirmiş,  habelə öz  şərəfli adınızı Türk Dünyasının,  xalqımızın və dövlətimizin tarixinə qızıl hərflərlə yazmışsınız. Milli və beynəlxalq səviyyədə tanınan və sevilən siyasi lider olaraq Azərbaycan tarixində ilk dəfə milli birliyimizi, bir yumruq kimi birləşdirərək, şəxsi səyiniz və böyük sərkərdəlik bacarığınızla erməni faşistlərinin on illərlə   işğal altında saxladığı torpaqlarımızı azad, milli təhlükəsizliyimizi, ərazi bütövlüyümüzü və Konstitusiya quruluşumuzu bərpa etdiniz. 

 

Bu gün Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri sırasında bərqərar olmuş, beynəlxalq və regional səviyyədə söz sahibinə çevrilmiş, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu təmin etmiş və böyük uğurlara imza atmışsınız. Bütün bunlar da bu gün, ölkə rəhbəri kimi sözünüzün imzanız qədər nüfuzlu və mötəbər olduğunu  tam təsdiq edir. 

 

Əziz Prezidentimiz!  Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu günki müstəqil   Azərbaycan Respublikası , Sizin səyinizlə  millətimizin və xalqımızın şah əsərinə çevrilmişdir. Siz, ölkə rəhbəri, ölkə Prezidenti olaraq millətimizin, dövlətimizin və xalqımızın tarixinə  heç vaxt olmayan, çoxsaylı  şanlı səhifələr, tarixi qələbər yazmış, bununla da öz adınızı da hər birimizin könlünə, yaddaşına, milli tariximizə  qızıl hərflərlə həkk etmişsiniz. 

 

Doğum gününüz mübarək olsun! Allah Sizi qorusun və millətimizə çox görməsin! Sizinlə qürur duyur və  fəxr edirik.   

 

Hörmətlə, 

 Müharibə və Əmək veteranı, Baş Ədliyyə müşaviri,  Hüquq elmləri doktoru, professor Bəhram Zahidov

 

2021-12-24 14:40:00
1868 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Hamısını oxu
Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı hər iki təşkilatın birgə əməkdaşlıq imkanları müzakirə edilib, maraqlı fikir mübadiləsi aparılıb. Müzakirələrin sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi arasında İkinci Dünya müharibəsi, məhəlli müharibələr, o cümədən Birinci Qarabağ müharibəsində əsir düşən, girov götürülən azərbaycanlıların tapılması, onların aqibətinə aydınlıq gətirilməsi sahəsində birgə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Görüşün sonunda Esmira Orucova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif olunub.          

Hamısını oxu
TUMİB iftar süfrəsi təşkil edib

Tədbirdə şəhid ailələri də iştirak ediblər Veteran.gov.az xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 28-də - Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib. İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil ataşesi Nihat Büyükbaş Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev cənab nazir Fərid Qayıbov adından məzunları və şəhid ailələrini salamlayıblar. Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb. Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Səlcuk Karakılıç , doktor Vaqif Qələndər və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.  

Hamısını oxu
Rəsmi İrəvan erməni xalqını yeni problemlərlə üz-üzə qoymaqdan çəkinməlidir

Ermənistanın təxribat cəhdləri onun özünün fəlakəti ilə nəticələnə bilər. Ermənistanın sərhədin müxtəlif istiqamətlərində zaman-zaman təxribatlara cəhd etməsi, ordumuzun mövqelərini atəşə tutması terrorçu dövlətin özü üçün böyük fəlakət və ağır itkilərə yol aça bilər. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan 2020-ci il 10 noyabr Bəyanatının icrasına sadiqlik nümayiş etdirir və bu Bəyanatın bütün şərtlərinin icrası istiqamətində ardıcıl addımlar atır. Təəssüf ki, Azərbaycandan fərqli olaraq, Ermənistan 44 günlük müharibədə darmadağın olmasına baxmayaraq, hələ də təxribatlardan əl çəkmir, müxtəlif yollarla öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Halbuki hər kəsə məlumdur ki, məğlub Ermənistanın qalib Azərbaycan qarşısında hansısa uğura nail olması mümkün deyil. Ermənistan bunun üçün gərəkli olan hər cür perspektivdən uzaqdır. Polkovnik qeyd edib ki, Ermənistan da bu həqiqəti anlamalı, belə təxribatlarla xalqını yeni problem və itkilərlə üz-üzə qoymaqdan çəkinməlidir. Rəsmi İrəvan dərk etməlidir ki, əgər bu təxribatlar davam edərsə, o zaman “Dəmir yumruq” yenidən hərəkətə gələ bilər. Bu da Ermənistan üçün son deməkdir. Çünki Azərbaycan bu günədək belə təxribatlar qarşısında kifayət qədər səbir və təmkin nümayiş etdirib. Bundan sonra Ermənistanın atdığı hər təxribatçı addım Azərbaycan tərəfindən daha sərt cavab tədbirinə səbəb ola bilər ki, bu da Ermənistanın, sadəcə, bu gününü deyil, sabahını da sual altında qoyacaq.

Hamısını oxu