Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyindən qazilərimizə böyük dəstək

Milli Məclisin Gənclər və idman komitəsinin də köməkliyi ilə 100-ə qədər sağlamlıq imkanı məhdud qazi müasir əlil arabaları ilə təmin edildi

 

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında sağlamlıq imkanı məhdud olan qazilərlə bağlı tədbir keçirilib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatındakı büstü önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və söz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova verilib.

 

“Bu cür addımlar türk xalqının birliyi, həmrəyliyi baxımından da mühüm əhəmiyyətə malikdir”

Çıxışında qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına öz təşəkkürünü bildirən Cəlil Xəlilov, Azərbaycan dövlətinin şəhid ailələri və qazilərə yüksək qayğı göstərdiyini, bununla yanaşı, qazilərimizə yönəlik bu cür yardımların da cəmiyyətimizdə böyük məmnunluq doğurduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, bu addım həm də türk xalqının birliyi, həmrəyliyi baxımından mühüm əhəmiyyətə malikdir.

 “44 günlük Vətən müharibəsində bizdə Avropada anti-Azərbaycan qüvvələrinə qarçı müharibə aparmışıq”

 

Cəlil Xəlilovdan sonra çıxış edən İlhan Aşkın öncə rəhbəri olduğu  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirən İlhan Aşkın, bundan sonra da  şəhid ailələri və qazilərin diqqət mərkəzində saxlanılacağını bildirib. Dərnək rəhbəri əlil arabalarının Azərbaycana gətirilməsində göstərdiyi köməkliyə görə parlamentin vitse-spikeri millət vəkili Adil Əliyevə təşəkkür edib.

 “Şəhid ailələri və qazilərə qayğı göstərmək hər kəsin vicdan və vətəndaşlıq borcudur”

 Milli Məclisin vitse-spikeri Adil Əliyev də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına nəcib təşəbbüsünə görə təşəkkür edib, onun hələ 44 günlük Vətən müharibəsindən öncə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb. Vaxtiylə “Gün gələcək Qarabağ ermənilərə məzar olacaq” sözlərinə görə İlhan Aşkının təzyiq və cərimələrə məruz qaldığını bildirən millət vəkili, bütün məhrumiyyətlərə baxmayaraq  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbərinin bu gün də Azərbaycan maraqlarının müdafiəsində yaxından iştirak etdiyini bildirib.

 

Çıxışında hər bir vətəndaşı şəhid ailələrinin, qazilərin yanında yer almağa, onlara diqqət və qayğı göstərməyə səsləyən millət vəkili Adil Əliyev, bunun hər kəs üçün vətəndaşlıq və vicdan borcu olduğunu bildirib.

 İlahiyaytçı Hacı Şahin də çıxışında  Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin qazilərimizə dəstəyini yüksək qiymətləndirib, şəhid ailələri və qazilərə dəstək verməyin vacibliyini qeyd edib. Şəhid və qazilərin Allah sevgisini qazanan insanlar olduğunu bildirən Hacı Şahin, şəhid ailələri və qazilərə köməyin də həm mənəvi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Millət vəkillərindən Vüqar İsgəndərovun, Əziz Ələkbərlinin, Etibar Əliyevin, Cavid Osmanovun, Jalə Əhmədovanın da iştirak etdiyi tədbirin sonunda bir sıra ictimai-siyasi fəallar  Niderland Azərbaycan-Türk Mədəniyət Dərnəyi tərəfindən təltif edilib, sağlamlıq imkanı məhdud olan qazilərə əlil arabaları təqdim olunub.

 Seymur ƏLİYEV

2022-01-04 13:55:00
1325 baxış

Digər xəbərlər

Sülh yolunda növbəti təxribat

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Bəhmən İsmayılov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı İsmayılov Bəhmən Teymur oğlu vəfat edib. Bəhmən İsmayılov 1924-cü il iyulun 1-də Qərbi Azərbaycanın Artaşat rayonunun Çilləxanlı kəndində anadan olub. 1932-ci ildə Çilləxanlı kənd natamam orta məktəbinin birinci sinfinə daxil olan Bəhmən İsmayılov, 1941-ci ildə həmin məktəbin səkkizinci sinfini başa vurub. 1942-ci ilin sentyabrında cəbhəyə yollanan Bəhmən İsmayılov Xarkov uğrunda gedən döyüşlərdə yaralanmış, 1943-cü ildə II qrup əlili kimi ordudan tərxis olunmuşdur. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Bəhmən İsmayılov çoxlu sayda orden və medalla təltif edilmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteramları Təşkilatının Rəyasət Heyəti Bəhmən İsmayılovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Millət vəkili şəhid Murad Əliyevin ailə üzvləri ilə görüşüb

Dünən millət vəkili Soltan Məmmədov şəhid Murad Əliyevin ailəsinə baş çəkib, onlarla həmsöhbət olub.   Veteran.gov.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:   “Bu gün Binə qəsəbəsində Vətən müharibəsi şəhidi Murad Əliyevin ailə üzvləri ilə görüşdük. Şəhidimizin əziz xatirəsini yad etdik. Şəhidlərimizin hər birinin həyat hekayəsi bizim üçün örnəkdir. Azərbaycanı güclü edən, bizə qələbə yaşadan qəhrəman və fədakar oğullarımızdır. Ona görə də, dövlətimiz şəhid ailələrini və müharibədə sağlamlığını itirmiş qəhrəmanlarımızı daim diqqətdə saxlayır. Onları dinləmək, ünsiyyətdə olmaq, hər zaman yanında olduğumuzu hiss etdirmək bizim vətəndaşlıq borcumuzdur.   Murad cəmi 19 yaşında Şəhidlik zirvəsinə ucalıb. Bu yaşda tarixin bir parçasına çevrilmək yalnız seçilmiş insanlara nəsib olur.   Murad Hüseyn oğlu Əliyev 13 mart 2001-ci ildə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində anadan olub. 2007-ci ildə Binə qəsəbəsində yerləşən 136 saylı məktəbin birinci sinifinə qəbul olunub. 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra qəsəbədə yerləşən 101 saylı Peşə Liseyinə daxil olub. 2019-cu ilin aprel ayında hərbi xidmətə çağrılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olan Murad Əliyev Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.   Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olmasına görə" medalları ilə təltif edilib.   Allah bütün şəhidlərimizə rəhmət eləsin”.  

Hamısını oxu
Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib, Qarabağ Dirçəliş Fonduna ianə olunub

22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondinsionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, anbar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı, məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb.  Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt “Cümə” məscidinin axundu, Abşeron, Sumqayıt, Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib, Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib. İftar süfrəsində Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əmin-amanlığı və firavanlığı üçün də dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər. Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildiriblər. Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib,  bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar. Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə olunub. Seymur ƏLİYEV  

Hamısını oxu