Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“2022-ci ilin “Şuşa ili” elan olunması hər bir azərbaycanlını qürurlandırır”

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə xalqa müraciəti bir çox mühüm məqamları özündə ehtiva etməklə bərabər, ölkə başçısının 2022-ci ili “Şuşa ili” elan etməsi kimi mühüm hadisə ilə yadda qaldı. Şuşa şəhərinin Azərbaycan xalqı üçün milli-mənəvi əhəmiyyətini nəzərə alaraq onu qeyd etməliyik ki, 2022-ci ilin “Şuşa ili” elan olunması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, cənab Prezidentin 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Sərəncamı olduqca mühüm tarixi, siyasi hadisədir”.

 

Bu sözləri Veteran.gov.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, 2021-ci ildə ölkəmizin əldə etdiyi ən böyük nailiyyət İkinci Qarabağ müharibəsinin nəticələrinin dünya tərəfindən qəbul olunmasıdır. Bu baxımdan cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi fikirlər olduqca mühümdür. Beləki, ölkə başçısı ilin yekunlarını həm də münaqişənin yekunları ilə birlikdə açıqlamışdır. Təqdim etdiyi mənzərəni isə müharibədən sonra cərəyan edən proseslərin Azərbaycanın haqlı mövqeyinin timsalı adlandırmışdır.  Bu baxımdan cənab Prezidentin sözləri ilə desək, “...müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”. Bəli, müharibədə qazanılmış qələbə nə qədər mühüm idisə, onun nəticələrini beynəlxalq səviyyədə qəbul etdirmək də, həmin nisbətdə mühüm idi. Bu baxımdan, 2021-ci il olduqca mühüm nailiyyətlərlə yadda qaldı.

 

Cənab Prezident İlham Əliyevin xalqa müraciətində ən mühüm məqamlardan biri də bu ilin “Şuşa ili” elan olunmasıdır deyən millət vəkili bildirib ki, bu il  Azərbaycan xalqı Şuşa şəhərinin əsasının qoyulmasının 270 illik yubileyini qeyd edəcək. Məhz, 2022-ci ilin “Şuşa ili” elan olunması cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin növbəti dəfə təzahürüdür. Bu baxımdan qeyd etməliyik ki, ötən il Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və burada keçirilən bir çox mühüm tədbirlər torpağın əsl sahibinin qayıtdığını bir daha bütün dünyaya çatdırmış oldu. 28 illik işğal dövründə düşmən Şuşa şəhərini erməniləşdirməyə çalışsa da buna nail ola bilməyib. Şuşa şəhəri öz milli-mədəni, tarixi ruhunu düşmənin bütün barbarizminə qarşı qoruyub mühafizə edə bilib.

 

T. Cəfərova xüsusilə qeyd edib ki, ötən 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 28 illik işğal dövründən sonra yenidən Şuşa şəhərinin tarixi, mədəni, siyasi, strateji dəyəri özünə qaytarılır.Cənab Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan”, “Şuşa biz qayıtmışıq”, “Şuşa biz səni dirçəldəcəyik” ifadələri önəmli məna daşıyırdı. Cənab Prezidentin məlum Sərəncamına əsasən deyə bilərik ki, bu gün biz bu mənanı daha yaxşı anlayırıq. Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, təşkil olunan mühüm tədbirlər və eləcə də, ölkə Başçısının dəfələrlə buraya səfərləri Şuşa şəhərinin tarixi, siyasi əhəmiyyətini bir daha ortaya qoyur.  Bütün bunlarla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün əlbəttə ki, strateji bir yer olduğunu hər birimiz unutmamalıyıq. Hamıya bəllidir ki,  hər zaman Şuşaya kim nəzarət edirsə Qarabağa da nəzarət edir deyilir. Bu baxımdan da Şuşanın əhəmiyyəti çox böyükdür. “Şuşa İli”nin elan olunması bir daha məhz bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya sübut etdi.

 

Bir daha vurğulamalıyıq ki, bu ilin “Şuşa ili” elan olunması mühüm tarixi,siyasi hadisə olmaqla yanaşı, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bir sözlə, bütün yollar bizi Şuşaya aparır- deyə millət vəkili Tamam Cəfərova bildirib.

2022-01-06 11:42:00
1399 baxış

Digər xəbərlər

Gənclər və idman naziri ADBTİA-nın yeni tədris korpusu ilə tanış olub

Veteran.gov.az xəbər evrir ki, sentyabrın 28-də yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeni, 3 mərtəbəli korpusu istifadəyə verilib.   Gənclər və idman naziri Fərid Qayıbov yeni korpusda yaradılan şəraitlə tanış olub. Əvvəlcə, Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü qarşısına gül qoyulub.   Məlum olduğu kimi, ADBTİA-nın tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstəriblər. Akademiyanın 75 tələbə və magistrantı Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda silaha sarılıb. Onlardan bir çoxu qazi olub, ali təhsil ocağının 13 məzunu isə şəhidlik zirvəsinə yüksəlib.   44 günlük Vətən müharibəsi zamanı ordumuza dəstək nümayiş etdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası müharibədən sonrakı dövrdə də vətənpərvərlik missiyasını davam etdirir. Belə ki, Akademiya ölkədə yeni bir ideya ilə çıxış edərək, şəhid olmuş məzunların əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların hər birinin adını yeni korpusdakı auditoriyalara verib. Hər bir şəhid məzunun adını daşıyan auditoriyanın qapısına həmin şəhidin adı, soyadı yazılan lövhə vurulub. Həmçinin, Akademiyanın şəhid məzunların adlarına xüsusi təqaüdlər də təsis edilib.   Rektor Fuad Hacıyev yeni korpusda yaradılan şəraitlə bağlı məlumat verib. Tələbələrin istifadəsinə verilən və ümümi sahəsi 1080 m2 olan tədris korpusu müasir standartlara uyğun inşa edilib. Auditoriyalar yeni elektron avadanlıqlarla, proyektorlar, eləcə də noutbuklarla təchiz edilib.   Burada doktorantura və SABAH qruplarının tədrisi üçün hər bir şərait yardılıb. Nazir Fərid Qayıbova SABAH qruplarının və doktoranturanın tədrisi barədə məlumat verilib.   Fərid Qayıbov Akademiyanın Elmi-Tədris Laboratoriyasınn da fəaliyyəti ilə tanış olub və burada reabilitasiya prosesi keçən qazilər Amin Musayev və Emin Eminovun səhhəti ilə maraqlanıb. Yeni tədris ilinin başlanması münasibətilə Akademiyanın akt zalında təqdimat keçirilib. Tədbirdə qonaqlara ali təhsil ocağının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonda nazir Fərid Qayıbov Akademiyanın kollektivi ilə xatirə çəkdirib.  

Hamısını oxu
“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin PRESS RELİZİ № 02

      “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı”  İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir. Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində  əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində  orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Qeyd edək ki, layihə həyata keçirildiyi dövrdə ilk dəfə “ Vətən və zəfər nəğmələri” adlı kitab da çapa hazırlanacaq. Bu kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib.  Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. Kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür. Təşkilatın növbəti tədbiri iyun ayının 17-də Bakı şəhərində yerləşən 18  nömrəli Baki Pese Liseyindedə oldu. Tədbiri çıxış sözü ilə açan liseyin Tərbiyə işləri üzrə müavin Oksana Ömərova tədbirin əhəmiyyətindən, 44 günlük müharibədə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qarşısında hər zaman bizim minnətdarlığımızı qeyd etdi. Sonra tədbir layihəyə qonaq kimi dəvət olunan Vəfa Salehova tərəfindən davam etdirildi. O,  iştirakçılara layihənin ideyası və məqsədi haqqında danışarkən bu gün yeniyetmələrin öz Vətənləri, dövlətləri ətrafında bir yumruq kimi birləşmələrinin zəruriliyini qeyd etdi. Layihə rəhbəri professor Bədirxan Əhmədli qonaqları salamlayaraq I Qarabağ müharibəsi zamanı jurnalist kimi göstərdiyi fəaliyyətdən, əsgərlərimizin şücaətindən danışdı. O, qeyd etdi ki, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırırlar. Tədbirin təlimçisi, t.ü.f.d., I Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, iştirakçıların suallarına cavab verdi. O, tələbələrə müharibənin başlama səbəblərini sorduqdan sonra bu barədə ətraflı danışaraq, Azərbaycan dövlətinin gücünün, möhkəmliyinin səbəblərinə toxundu. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət haqqında da ətraflı danışdı. Sonda tələbələrin sualları cavablandırıldı. Ümumilikdə tədbir çox maraqlı, disskusiya şəklində keçdi.       “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”İctimai Birliyinin layihə rəhbəri: prof. Bədirxan Əhmədli    «17»  iyun 2025- ci il                                                                   Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi 34 Əlaqə: (+99450) 5545982 e-mail: bedirxan@mail.ru

Hamısını oxu
Ali Baş Komandana mahnı həsr olundu: “Qalib sərkərdə”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mahnı həsr olunub. “Qalib sərkərdə” adlanan mahnının musiqisi bəstəkar Azad Zahidə, sözləri isə Abdulla Qurbaniyə məxsusdur.  Əməkdar artist Ramil Qasımovun ifa etdiyi mahnıda Azərbaycanın II Qarabağ savaşında qazandığı qələbə və Ali Baş Komandanın Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edilir.    Əməkdar mədəniyyət işçisi Ülviyyə Könül “Qalib sərkərdə” üçün musiqi çarxı hazırlayıb. Musiqi çarxında Azərbaycan Ordusunun şücaəti, Ali Baş Komandanın çıxışları, Azərbaycan xalqına müraciəti yer alıb.

Hamısını oxu
Ağdamla bağlı beynəlxalq elmi-praktik konfransa məqalə və tezislərin qəbulu davam edir

  "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfransına məqalə və tezislərin qəbulu davam edir.   Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.   Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.   Konfransda: Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər; Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı; Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət; Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı   istiqamətlərində müzakirələr aparılacaq.   Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.   Tərtibat qaydası: "Microsoft Word” (A4) formatında, "Times New Roman” şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm); Məqalənin həcmi 15 000 - 20 000 , tezislərin həcmi 2 000 - 2 500 işarə arasında olmalıdır; Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə; müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam şəkildə), 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – yeni sətirdə, 11 şriftlə; Məqalənin xülasəsi – maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır. Məqalə mətnlərində göstərilən bölmələrin olması vacibdir:- Problemin qoyuluşu (yaxud Giriş);- Təhlil və qiymətləndirmə;- Nəticə və təkliflər. Əlavə məlumat üçün: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)  

Hamısını oxu