Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi”

Nəcəf Novruzov: “Dövlət başçısının gənclərimizə verdiyi qiymət göz önündədir”

 

Bu gün 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan gəncliyinin bütün dünyaya nümunə olduğunu bildirib:

 

“Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən bugünə qədər ölkəmizə gənclərə, onların inkişafına böyük diqqət yetirildiyi, gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu birmənalıdır. Sevindiricidir ki, Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də, hər zaman Azərbaycan gəncliyinin inkişafına mühüm önəm vermiş, onların intellektual səviyyəsinin yüksəldilməsi, özlərini inkişaf etdirməsi, müasir dünya gəncliyinə örnək səviyyədə formalaşması üçün dövlətimizin bütün imkanlarından maksimum istifadə etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi öz biliyi, dünyagörüşü, milli dəyərlərə bağlılığı, vətən sevgisi, intelelktual və mədəni səviyyəsi ilə dünya gənclərinə nümunə saylıla bilər.

 

44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Dünya gördü ki, Azərbaycan gəncləri öz vətənlərini müdafiə etmək, dövlətlərinin ərazi bütövlüyünü təmin etmək üçün hər cür fədakarlığa hazırdır. Şuşa döyüşlərində gənclərimizin sıldırım qayaları qalxaraq yalın əl və yüngül atıcı silahlarla düşmənə divan tutması faktı buna nümunədir.

 

Bu mühüm gündə Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyətinə də diqqət çəkmək istəyirəm. Çünki Gənclər və İdman Nazirliyi dövlətimizin gənclərlə bağlı siyasətini müvəffəqiyyətlə həyata keçirir, beynəlxalq səviyyəli mühüm layihələrə, böyük nailiyyətlərə imza atır. 

 

Hesab edirəm ki, dövlətimizin gənclər siyasəti, o cümlədən Azərbaycan gəncliyinin mövcud durumu sabaha daha inamla baxmağa əsas verir və əminəm ki, bu gün olduğu kimi sabah da gənclərimiz xalqımızın sevinc və iftixar mənbəyi olaraq qalacaqdır”.

 

Seymur ƏLİYEV

2022-02-02 15:32:00
1108 baxış

Digər xəbərlər

Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyevin çıxışı daim Azərbaycan Ordusunun yanında olan veteranları da ruhlandırır və onları daha əzmkar fəaliyyətə səfərbər edir Hər bir dövlətin beynəlxalq münasibətlər sistemindəki yeri onun gücü ilə şərtlənir. 100 illərdir dəyişməyən reallıq odur ki, ordu güc amilinin ən vacib həlqəsini təşkil edir. Beynəlxalq münasibətlərə dair əksər nəzəri konsepsiyalarda Silahlı Qüvvələr milli dövlətin müstəqilliyini və təhlükəsizliyini təmin edən başlıca faktor kimi təsbit olunub. Bu gün 102 yaşını qeyd etdiyimiz Azərbaycan Silahlı Qüvvələri həqiqətən də şanlı, ancaq heç də hamar olmayan bir yol keçmişdir. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə korpus kimi yaradılmış Milli Ordunun nəsillərə nümunə sayılacaq tarixi var. Cümhuriyyət dövründə 25 min nəfərlik ordunun yaradılması nəzərdə tutulduğu halda, S.Mehmandarov, Ə.Şıxlinski, M.Sulkeviç, H.Səlimov kimi görkəmli hərbçilərin səyi və qətiyyəti nəticəsində 40 min nəfərlik nizami ordu formalaşdırmaq mümkün olmuşdu. Bu tarixin ən şərəfli səhifələrini bugünkü bayram günündə yada salmaq xüsusilə gənc nəslin öz sələflərinə layiq vətənpərvər insanlar kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir. İlk müstəqil dövlətimizin mövcud olduğu illərdə erməni separatçılarına qarşı Qarabağda aparılmış döyüşlərdən tutmuş, İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbədə iştiraka, nəhayət dövlət müstəqilliyinin bərpasından sonra Dağlıq Qarabağın Azərbaycandan qoparmaq iddiası və niyyəti ilə torpaqlarımıza təcavüz edən erməni hərbi birliklərinə qarşı müharibədə Azərbaycan Ordusunun, milli diviziyalarının, bir sözlə azərbaycanlı əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlar qürurvericidir. Bu gün tarixi zəfər yürüşlərini davam etdirmək əzmində olan Azərbaycan Ordusunun həyatında yeni dövr, müasir ordu quruculuğu mərhələsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Böyük dövlət adamı çox çətin dövrdə digər sahələrdə olduğu kimi nizami ordu quruculuğu sahəsində də möhkəm təməllər yaratmağı bacarmış, ümumxalq mənafelərinə xidmət edən, vahid komandanlığa tabe ordunun formalaşdırılmasına nail olmuşdur. Ordu quruculuğu siyasətini inamla və müasir standartlara uyğun davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyi, tələbkarlığı və dəstəyi ilə bu gün Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə ediləcək bir səviyyəyə çatmışdır. Ən müasir tələblər səviyyəsində silah-sursat, maddi-texniki təchizatı həyata keçirilmiş Azərbaycan Ordusu döyüş qabiliyyətinə və mənəvi-psixoloji hazırlığına görə fərqlənən ordu olduğunu 2016-cı ilin Aprel döyüşlərində bir sıra ərazilərimizi erməni işğalından azad etməsi ilə sübuta yetirdi. Öz Ali Baş Komandanından dəstək və hərtərəfli qayğı görən əsgər və zabitlərimiz erməni ordusuna vurduqları sarsıdıcı zərbələrlə bütün Ermənistanı lərzəyə saldılar. Qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olan Azərbaycan Ordusu öz Ali Baş Komandanının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün təmin olmasına qadir olduğunu 2018-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatlarla Naxçıvanda 10 min hektardan çox ərazini düşmən işğalından azad etməsi ilə bir daha göstərdi. Bu həm də onu göstərdi ki, beynəlxalq təşkilatların qəbul etdikləri bir sıra rəsmi sənədlərə baxmayaraq, Azərbaycan ərazilərinin bir qismini bu gün də işğal altında saxlayan Ermənistanın öz işğalçılıq siyasətini qeyri-qanuni məskunlaşdırma aparmaqla davam etdirmək cəhdləri də əbəsdir. Sülh danışıqlarını hər vasitə ilə pozmağa çalışan düşmən bu gün ordumuzun işğal altındakı torpaqlarımızı azad etmək əzmini görüb ciddi narahatlıq keçirir. Azərbaycan Ordusunu inamlı, güclü edən səbəblər sırasında Ali Baş Komandanın qətiyyətli mövqeyi və əzmkar fəaliyyəti nəticəsində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, yeni hərbi hissələrin, şəhərciklərin, hərbi bazaların tikilməsi, yaxud faktiki olaraq yenidən qurulması və sair amillər də var. Bütün bunlar bir məqsədə Azərbaycanda müasir tələblərə cavab verən, güclü Ordunun, vətəninə, xalqına, dövlətinə sədaqətli şəxsi heyətin formalaşdırılmasına xidmət edir. Ordunun müasir silah-sursat və texnika ilə təmin edilməsi məqsədi ilə Müdafiə Sənayesinin təşkil edilməsi, ixtisaslı kadrların hazırlanması məqsədi ilə hərbi məktəblərin, Akademiyaların  yenidən qurulması ordumuzun müasirliyini bir daha sübut edir. Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur ki, bunlar Azərbaycan ordusunun təchizatında istifadə edilməkə yanaşı, onlarla ölkəyə ixrac edilir. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Prezident İlham Əliyev gənclərimizdə Ermənistanla apardığımız müharibədə ideoloji tərbiyənin yüksəkdilməsi istiqamətində ardıcıl işlərin davam etdirilməsinin vacibliyinini də vurğulamışdir. Həmçinin Ali Baş Komandan  hər bir hərbi hissədə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil edilməsinin, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüməli, ölkəmizin tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmasını, eləcə də, gənclərin bugünkü Ermənistanın Azərbaycan torpaqlarında formalaşdığını, Ermənistanın xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməsinin vacibliyini xüsusi olaraq qeyd etmişdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi inam yaradır ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması istiqamətində daim tədbirlər görülür ki, ordumuz daha da güclənsin, Azərbaycan Rspublikasının ərazi bütövlüyünü bərpa etmək üçün hər an hazır olsun. Çünki hərbi təhlükəsizliyimizin qarantı olan Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin suverenliyimizin təminatçısıdır. Bu mesajı dövlət başçısı beynəlxalq təşkilatlara, beynəlxalq güclərə də həmişə qətiyyətlə çatdırır və Azərbaycanın mövqeyindən dönməyəcəyini bəyan edir. Bu tələblərin başlıca məntiqi budur ki, ATƏT Minsk qrupu erməni tərəfinin beynəlxalq hüquqla bir araya sığmayan qanunsuz addımlarına obyektiv münasibət bildirməli, işğalın nəticələrinin qanuniləşdirilməsi cəhdlərinin yolverilməzliyini qəti bəyan etməlidir. Nəhayət beynəlxalq hüququn prinsipləri tətbiq edilməli, işğalçı ilə işğala məruz qalana eyni yanaşmaya, ikili standartlara birdəfəlik son verilməlidir. Çünki bu həqiqət hamıya məlumdur ki, Azərbaycan beynəlxalq təşkilatlardan layiq olduğu ədalətli mövqeni görməyincə, münaqişənin sülh yolu ilə həlli mümkün olmayacaqdır. Respublika Veteranlar Təşkilatı bu inamlı siyasətin mümkün qədər tez reallaşmasına öz dəstəyini Silahlı Qüvvələrdə vətənpərvərliyin, şəxsi heyətin ideoloji hazırlığının yüksəldilməsində iştirakda görür. Biz bu fəaliyyətimizi karantin rejiminin mövcud olduğu günlərdə də davam etdirməyə, malik olduğumuz təbliğat vasitələrindən, qəzetimizdən və rəsmi saytımızdan, habelə ölkə KİV-nin imkanlarından yararlanmağa çalışırıq. Bir məsələni də xüsusi vurğulamaq istərdim. Əlbəttə, ordu, təhlükəsizlik, ərazi bütövlüyü kimi məsələlərdə xalqla dövlətin birliyi olduğu kimi, cəmiyyətin, onun müxtəlif siyasi təşkilatlarının, ayrı-ayrı qruplarının da fərqli maraqları, mövqeləri ola bilməz. Vətən bölünmədiyi kimi, onun mənafeyi, milli maraqlarımız da bölünməzdir. Bugünki çətin günlərdə, bütün qüvvələrin koronavirus kimi bir bəla ilə mübarizəyə səfərbər olunduğu bir vaxtda parçalanmaq ovqatı aşılamaq, ordu, digər dövlət orqanlarımızla bağlı arzuedilməz fikirlərin yayılmasına çalışmaq və bununla da düşmənə hər hansı imkanın verilməsi cəhdləri yolverilməzdir. Biz pandemiya təhlükəsinin nə olduğunu dərk etməklə, koronavirusla mübarizədə olduğu kimi, ondan az təhlükəli olmayan erməni faşizmi ilə mübarizədə də bir olmalı, ümumxalq, ümumdövlət mənafelərini hər şeydən yüksək tutmalıyıq.

Hamısını oxu
Nizami rayonu 4 nömrəli Bakı Peşə Liseyində Xocalı soyqırımının 30 illiyi qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin nümayəndələri - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Nizami  rayonunda yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi  Dövlət Peşə Təhsil Agentliyi Texnika və Texnalogiyalar üzrə Bakı Dövlət Peşə  Təhsil Mərkəzi 4 nömrəli Bakı Peşə Liseyində tədbirdə iştirak  ediblər. Xocalı soyqırımının 30 illiyinə həsr edilmiş tədbirdə 4 nömrəli  Bakı Peşə Liseyinin direkroru Mahir  Namazov, müavini Vüsal Babakişiyev, müəlimlər Şahsevərova Ziyafət, Leyla Məmmədova və digər müəlimlər, tələbələr iştirak edib. Tədbir Dövlət Hminin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarının bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səhnəyə tələbələr dəvət olunub. Oların ifasında şəhidləri, vətəni tərənnüm edən mahnılar, şerlər dinlənilib. Xocalı faciəsini əks etdirən səhnəciklərə baxılıb. Tələbələrin çıxışından sonra məktəbin direktoru Mahir Namazov çıxış edib, Xocalı soyqırımının bütün əsrlərin ən qorxunc qətliamı olduğunu bildirib. Tədbirdə  çıxış edən  polkovnik Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev qeyd edib ki, Xocalı soyqırımını törədən qatillər gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar. Polkovnik insnaları Ali Baş Komandanın rəhbərliyi altında sıx birləşməyə, milli maraqları qətiyyətlə müdafiə etməyə səsləyib. Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu
Öncə zəfərimizi oğurlamaq istədilər, alınmadı, dedilər heç olmasa qələbənin sirrini oğurlayaq...

Buna da DTX imkan vermədi... Bu gün Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib, iş üzrə müxtəlif nüanslara toxunublar. Növbəti məhkəmə prosesinin cari ilin 2 fevral tarixində keçirilməsinə qərar verilib. Xatırladaq ki, ittiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib. Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi özlüyündə bir çox nünaslarla əlamətdar olsa da, məlum olayla bağlı ən başlıca məqam Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin rəsmi Parisdə doğurduğu böyük narahatlıqla bağlıdır. Martin Ryan işinin təhlili və bu işlə bağlı irəli sürülən ittiham aktı sübut edir ki, Fransa 44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən hər bir komponent və faktı müəyyən etmək, Ordumuz haqqında hər hansı informasiya əldə etmək üçün böyük güc və enerji ortaya qoyub, öz xüsusi xidmət orqanlarından tutmuş agent şəbəkəsinə qədər hər kəsi bu işə səfərbər edib. Müharibə vaxtı işğalçı Ermənistanı ciddi müdafiə edən, açıq anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa, hərbi əməliyyatlar zamanı qələbəmizə mane olmağa, sonrakı dönəmdə bizi bu qələbəyə qovuşduran sirlərə nail olmağa çalışıb. Lakin müharibə vaxtı Fransanın arzusu Prezident İlham Əliyev, post-müharibə dövründə qələbəmizin sirlərini oğurlamaq cəhdlərinin qarşısı isə DTX tərəfindən uğurla alındı ki, bu da rəsmi Parisin hərtərəfli ifşası deməkdir. Şübhəsiz, Martin Ryan işinin sona qədər araşdırılması Fransanın ölkəmizlə bağlı məkirli siyasətini de-şifrə edən yeni faktların ortaya çıxmasına səbəb olacaq ki, bu da ölkəmizin təcavüzkar Ermənistana necə çətin siyasi situasiyada qalib gəldiyini, bu qələbəyə mane olmaq üçün necə böyük güclərin ağlasığmaz oyunlar oynadığını bütün çılpaqlığı ilə göstərəcək. Və ortaya çıxan bütün bu faktlar bir daha sübut edəcək ki, Prezident İlham Əliyevin dediyi kimi, “Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”. Seymur ƏLİYEV

Hamısını oxu
“Sülh üçün böyük gün”, yoxsa ölüm-dirim savaşında qısa fasilə?

Məlum olduğu kimi, İranla ABŞ arasında iki həftəlik sülh sazişi imlalanıb. Hansı ki, ABŞ Prezidenti Donald Tramp bunu “sülh üçün böyük gün” adlandırıb.Bəs əslində necə, doğrudanmı İranla ABŞ arasındakı razılaşma sülh üçün böyük gündür?jh Hər şeydən öncə qeyd edək ki, qısa müddət üçün nəzərdə tutulmasına baxmayaraq, tərəflər arasında imzalanan bu saziş həqiqətən də mühüm əhəmiyyətə malikdir və ən azından iki həftə ərzində Yaxın Şərq regionunu hərbi əməliyyatlardan sığortalayır. Bu, sadəcə yüzlərlə insan həyatının deyil, eyni zamanda bütöv şəhərlərin, nəhəng infrastrukturların, neft terminallarının dağıntılardan sığortalanması deməkdir. Bu mənada ABŞ-la İran arasında sülh sazişinin imzalanması həm döyüşən tərəflər, həm də region və dünya xalqlarının mənafeyi baxımından təqdirəlayiqdir. Bununla yanaşı, unutmaq olmaz ki, ABŞ-la İran arasında imzalanan bu saziş cəmi iki həftə üçün nəzrədə tutulub və müddətlidir. İlkin razılaşmaların əldə edilməsinə baxmayaraq, tərəflər arasında hələ də həll edilməyən kifayət qədər problem mövcuddur və onların demək olar ki, əksəriyyəti strateji əhəmiyyət daşıyır.  Bu mənada iki həftəlik sülh sazişini tərəflər arasında onilliklərdir ki, mövcud olan problemlərin həlli kimi qiymətləndirmək üçün əsas yoxdur. Başqa sözlə desək, Ağ Ev sahibinin “sülh üçün böyük gün” kimi xarakterizə etdiyi bu olay tərəflər arasındakı ölüm-dirim savaşında verilən qısa fasilə də ola bilər ki, indiki məqamda hər iki tərəfin belə bir fasiləyə ciddi ehtiyac duyduğu birmənalıdır. Çünki hər iki tərəf bir aydan çoxdur ki, davam edən müharibəyə həm hərbi, həm də iqtisadi baxımdan böyük resurslar sərf edib. Hansı ki, hərbi əməliyyatları bu templə davam etdirmək həm İran, həm də ABŞ üçün kifayət qədər çətindir. Buna görə də iki həftəlik atəşkəs rejimindən hər iki tərəfin sürətlə silahlanmaq, çoxlu sursat ehtiyatı toplamaq və digər hərbi məqsədlər üçün istifadə edəcəyi birmənalıdır. Odur ki, iki həftəlik saziş daha uzunmüddətli sazişlə əvəz edilməyəcəyi təqdirdə, tərəflər arasında yeni hərbi qarşıdurmaların daha qanlı və dağıdıcı olmaq ehtimalı böyükdür. Seymur ƏLİYEV

Hamısını oxu