Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur”

Cəlil Xəlilov: “Onun ictimai-siyasi fəaliyyəti saysız-hesabsız uğurlarla zəngindir”

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adıçəkilən vəzifəyə təyin olunmasının beşinci ildönümüdür. Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildirib:

“Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur. Cəmiyyətin bütün həssas təbəqələrini, o cümlədən şəhid ailələrini, veteranları, müharibə əlillərini, aztəminatlı ailələri, bir sözlə dəstəyə, köməyə ehtiyac duyan hər kəsi diqqət mərkəzində saxlayan Mehriban Əliyeva, bu insanların sosial rifahının yüksəlməsi, onları narahat edən problemlərin həlli istiqamətində respublika miqyaslı işlər görüb, mühüm layihələr həyata keçirib. Mehriban xanımın təşəbbüsü ilə bugünə qədər səhhəti ilə bağlı müxtəlif problemlər yaşayan yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qazi və veteran xarici ölkələrdə əməliyyat olunub, öz sağlamlıqlarına qovuşublar.

Birinci vitse-prezident ölkəmizdə çoxlu sayda reabilitasiya mərkəzinin açılmasında, veteranların və şəhid ailələrinin işlə, mənzillə təmin edilməsində, onların övladlarının yüksək səviyyədə təhsil almasında mühüm rol oynayıb. Ölkə ərazisində çoxsaylı məktəblərin, xəstəxanaların inşa edilməsində də Mehriban xanımın xidmətləri əvəzsizdir. Mehriban xanım bu gün işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq-quruculuq işlərində də yaxından iştirak edir, böyük uğurlara imza atır. Şuşanın erməni faşistləri tərəfindən dağıdılan  tarixi-mədəni abidələrinin Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyef Fondu tərəfindən yüksək peşəkarlıqla bərpa edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması Birinci vitse-prezidentin tarixi xidmətlərindən biridir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Mehriban xanım Əliyevanı Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının beşinci ildönümü ilə bağlı təbrik edir, ona ağır zəhmət və böyük səy tələb edən fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.

 

2022-02-21 14:55:00
1027 baxış

Digər xəbərlər

Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib

Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib. Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar. Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər.   Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb. Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib. Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Qara Sarıyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Sarıyev Qara Əli oğlu 99 yaşında vəfat edib. Qara Əli oğlu Sarıyev 1925-ci ildə Tovuz rayonunun Qəribli kəndində anadan olmuşdur. Orta təhsilini başa vurmamış cəbhəyə səfərbər olunmuşdur. Stalinqrad, Kursk, Vyana-Balaton cəbhələrində döyüşüb, “Mauthauzen” faşist düşərgəsinin azad olunmasında iştirak etmişdir. Qara müəllim eyni zamanda Asiya ölkələrinin, o cümlədən Çin torpağının yapon militaristlərindən — kvantun ordusundan azad olunması uğrunda gedən döyüşlərdə də şücaət göstəribdir. Q.Sarıyev Praqanın, Venanın, Budapeştin alman faşistlərindən azad edilməsi medalları ilə və digər döyüş mükafatıarı ilə təltif olunmuşdur. Q.Sarıyevin cəbhədən sonrakı həyat yolu da maraqlıdır. Cəbhədən qayıtdıqdan sonra 1949-cu ildə Moskva Baytarlıq Akademiyasına daxil olmuşdur. 1955-ci ildə bu təhsil ocağını bitirən Qara müəllim professor elmi dərəcəsinə qədər yüksəlmiş, Azərbaycan Respublikasının kənd təsərrüfatı sahəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Uzun illər ictimai əsaslarla Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri vəzifəsində fəaliyyət göstərərək Respublika Veteran hərəkatının inkişafına öz tövhəsini vermişdir. Qara müəllimin döyüş və həyat yolu bu gündə gənclərimiz üçün bir örnəkdir. Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti Qara Əli oğlu Sarıyevin ailə üzvlərinə dərin hüznlə başsağılığı verirlər. Allah rəhmət eləsin.  

Hamısını oxu
“Bakıda keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi türk-İslam dünyasının birlik, həmrəylik mesajıdır”

“Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi türk-İslam aləminin bütün dünyaya birlik, həmrəylik mesajıdır”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu cür təlimlər hər şeydən öncə dost ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir: “Sonsuz qardaşlıq-IV” təlimi Azərbaycanla dost-qardaş dövlətlər arasındakı hərbi əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi, bu sahədə yeni layihələrin həyata keçirilməsi baxımından böyük önəm kəsb edir. Bu cür təlimlər həm bizə, həm də hərbi sahədə əməkdaşlıq etdiyimiz dövlətlərə imkan verir ki, ordularımızın peşəkarlığını, döyüş hazırlığını artıraq, müasir hərbi yeniliklərin döyüş şəraitində tətbiqinə hazır olaq. Bu gün dünyanın bütün ordularında əsas zərbə qüvvəsinin xüsusi təyinatlılar təşkil etdiyi, müharibələrin əsas yükünün məhz bu katqoriyadan olan hərbçilərin üzərinə düşdüyü heç kimə sirr deyil. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Ona görə də Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təliminin keçirilməsi odluqca önəmli və təqdirəlayiqdir”. Polkovnik bu təlimlərin dövlətlər arasındakı siyasi münasibətlərə göstərdiyi təsirə də diqqət çəib: “Birgə hərbi təlimlər mahiyyət etibarilə dövlətlər arasındakı siyasi münasibətlərə də ciddi təsir göstərir, bu münasibətlərin də genişlənməsinə zəmin formalaşdırır. Hərbi təlimlər sayəsində dövlətlər arasında təmas artır ki, bu da həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq üçün yeni imkan və perspektivlərin ortaya çıxmasına  şərait yaradır. Buna görə də bu cür hərbi təlimlərin Azərbaycanla dost dövlətlər arasında siyasi-iqtisadi sahədəki əməkdaşlığı genişləndirəcəyi şübhəsizdir”. Polkovnik təlimin məqsəd və istiqamətlərindən də danışıb: “Təlimin əsas məqsədi xüsusi təyinatlı qüvvələrin döyüş hazırlığını daha da yüksəltmək, onların bilik və bacarığını inkişaf etdirməkdir. Onu da qeyd edək ki, bu təlimlər hər hansı üçüncü tərəfə qarşı yönəlməyib və yalnız sülh və təhlükəsizlik naminə əməkdaşlığı nəzərdə tutur. Buna görə də bu təlimlər regional və qlobal sülh naminə atılan addım kimi dəyərləndirilməlidir”. Seymur ƏLİYEV

Hamısını oxu
“Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, İrəli İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər Kuboku: Hərb Oyunları” layihəsi uğurla başa çatıb.   Ağdam rayonunda bir həftə müddətində həyata keçirilən düşərgədə gender balansı saxlanılmaqla qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş ümumilikdə 100-dən çox gənc iştirak edib.   Layihənin açılış mərasiminə dövlət rəsmiləri, millət vəkilləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılıb.   Layihə boyunca gənclərin açıq havada ekstremal şəraitdə hərbi pentatlon, stend atıcılığı, kamandan oxatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarışı təşkil olunub. Həmçinin, peşəkar idmançılar ilə master-klass, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönlü fiziki-psixoloji və intellektual oyunlar da keçirilib.   Bununla yanaşı, layihə çərçivəsində tibbi estafet, silah söküb-yığma, səmti müəyyənetmə yarışları da keçirilib, hərbi mövzuda “Axtar Tap”, maneəli qaçış, ipdartma və s. oyunları oynanılıb. Gənclərin fəaliyyətləri, həmçinin, müxtəlif mövzularda komanda təqdimatları, yürüş və ekskursiyalar ilə davam edib.   Layihənin sonunda verilən tapşırıqları uğurla icra etmiş, həmçinin, keçirilən yarışlarda qalib olmuş komandalar müəyyənləşdirilərək, fəxri fərman, diplom və digər müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırıblar.  

Hamısını oxu