Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Məşhur Məmmədov: “2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir”

Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycanın  uğurlarını şərtləndirən amillərdən geniş bəhs edərək bildirib ki, davamlı  inkişafın təmin edilməsi təkmil  islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri  əsas tələb kimi qarşıya qoyur. Reallıq budur ki,  islahatlara alternativ yoxdur: “Zaman, dövr dəyişirsə, qarşımızda yeni vəzifələr, çağırışlar dayanırsa, islahatlar qaçılmazdır. Azərbaycanın islahatçı, yenilikçi, innovasiyalar ölkəsi kimi beynəlxalq aləmdə nüfuz qazanması da bu təkmilləşmələrə əsaslanır. Hər bir təkmilləşmənin əsasında ölkəmizin daha da qüdrətlənməsi, güclənməsi, insanların rifahının yüksəlməsi, vətəndaş məmnunluğunun artırılması dayanır. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST layihələri də ölkəmizin idarəetmə sistemində yeniliklərə  nə qədər maraqlı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu hədəfi daim önə çəkir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.”

Millət vəkili vurğulayıb ki, 9 fevral 2020-ci ildə  islahatlar siyasətinin davamı kimi  növbədənkənar parlament  seçkilərinin  keçirilməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı: “Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və hüquq-mühafizə sahəsində həyata keçirilən islahatlar ölkəmizin qarşısında yeni imkanlar açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş  və gələcəyə hesablanmış siyasəti və bu xəttin son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi tərəqqisi, bu fonda güclü sosial siyasəti, ordu quruculuğu, beynəlxalq nünasibətlər sistemində yeri və rolu ilə diqqətdədir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqla inkişaf modelinin özəlliklərini də təqdim edir.”

Məşhur Məmmədov ölkə Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixində  VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışından bəhs edərək bu məqamı xüsusi qeyd edib ki, dövlət başçısı yeni tərkibdə formalaşan parlamentin, deputatların qarşısında dayanan vəzifələri açıqladı: “Bir mühüm məqamı da nəzərə alsaq ki, 2020-ci il, eyni zamanda, Azərbaycanın öz torpaqlarına qovuşduğu, 30 ilin işğalına son qoyduğu ildir, son bir ildən artıq dövrün reallıqları sırasında işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən bərpa və quruculuq işləri dayanır, bu halda  yeni mütərəqqi qanunların qəbulu bir zərurət kimi ortaya qoyulur. Təbii ki, burada əsas diqqət iqtisadi islahatların dərinləşdirilməsinə yönəldilir.”

“Tarixi Zəfərimiz bir sıra mühüm məqamların, reallıqların təqdimatı oldu” söyləyən millət vəkili  bildirib ki, ölkəmizdə siyasi dialoq mühiti mövcuddur:  “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlament siyasi sistemin təkmilləşdirilməsinə, partiyalar arasında əlaqələrin inkişafına öz töhfəsini verməyə çalışır. Dövlət başçısı İlham Əliyevin qeyd edilən çıxışında səsləndirdiyi “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” çağırışını önə çəkərək bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yeni tərkibdə formalaşan parlament bu istiqamətdə  lazımı addımları atacaq.  Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün şərait yaradılır.”

Millət vəkili onu da əlavə edib ki, ümummilli məsələlərdə bütün siyasi partiyaların vahid mövqedən çıxış etməsi günümüzün əsas tələbləri sırasındadır: “44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə 50-dən artıq siyasi partiyanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini imzaladıqları birgə bəyanatla təsdiqləmələri də  bunun bariz nümunəsidir. Eyni addımı Azərbaycan-Türkiyə müttəfiqliyinin  təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasında da şahidi olduq. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirərkən 6 siyasi partiyanın YAP-a qoşulmaq qərarı da ölkəmizdə  yeni siyasi konfiqurasiyanın  formalaşdığını təsdiqləyir.”

Ölkənin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında qanunların rolundan danışan Məşhur Məmmədov bildirib ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, siyasi,  iqtisadi və sosial  islahatları həyata keçirmək məsələləri dayanır:  “Azərbaycan  demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir.  Xalqımız atılan uğurlu addımların nəticəsində əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayır.  Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, zaman  islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Bu baxımdan 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir və Azərbaycana möhtəşəm uğurlar qazandırır.”

 

Yap.org.az

2022-03-11 10:54:00
1261 baxış

Digər xəbərlər

Qələbənin “bir addımlığında” əbədiyyətə qovuşan Sovet İttifaqı Qəhrəmanı: Məstan Əliyev!

Məstan Aslan oğlu Əliyev 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olub. Kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cü ildə orduya xidmətə gedib.   Məstan Əliyev müharibə başladığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olub, Berlin ətrafında döyüşlərdə iştirak edib. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilib.   Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürü, şəxsən özü isə 20 nəfərə qədər faşist məhv etdi. Məstan Əliyev 1945-ci il aprelin 23-də Berlin uğrunda döyüşlərdə həlak olub.   Məstan Əliyev 1945-ci il mayın 31-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Almaniyada dəfn edilən soydaşımızın adı doğma kəndindəki məktəbə verilib.

Hamısını oxu
Ermənilərə köləlik edən

Malik və sahib olduğumuz ən böyük iki dəyər var - vicdan və zaman. Hər ikisinin itkisi ağrılıdır, acıdır. Əfsuslar olsun ki, bu günlərdə zamanımın təxminən 2 saatını itirdim. Vicdanlarını çoxdan itirmiş, daha doğrusu, lazımsız nəsnə kimi bir kənara atmış Arif Məmmədovun, Vidadi İsgəndərlinin və Sevinc Osmanqızının veb-kameralar qarşısında oturaraq özlərinə əl qatmalarına baxmalı oldum. Kimsə vadar etmədi - maraq almışdı məni ki, əcəba, insanda koqtiniv dissonans hansı səviyyədə və miqyasda olmalıdır ki, ağı qara, qaranı da bəmbəyaz kimi qələmə versin. Vidadi İsgəndərli ilə məsələ məlum. Adam qeyri-adekvat, hikkəli, absurdizm dalanlarında vurnuxan biridir. Mənə heç zaman maraqlı olmayıb, sadəcə, sırf eksperimentin tamlığı və təmizliyi səbəbindən dinlədim onu. Fransada "maison sociale"da yaşayan, "carte de secour" ilə dolaşan, OFPRA-dan rədd cavabı almamaq üçün bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqələr quran və "verbovka" edilməsini danan, "vicdanım haqqı" andını aman kimi sıralayıb ona baxanları nəyəsə inandırmağa çalışan vətənsiz, yurdsuz, amalsız biridir Vidadi İsgəndərli. O deyir ki, Fransa ordusuna çağırılarsa, vuruşacaq - Dağlıq Qarabağın və erməni işğalında olan digər ərazilərimiz uğrundasa əsla vuruşmaq niyyətində deyil. Üstəlik, ona avtomat verilərsə, həmin silahı ermənilərə qarşı çevirməyəcək: hədəf ermənilərlə üzbəüz duranlar olacaq. Belə deyir Vidadi İsgəndərli. İkinci məxluq Arif Məmmədovdur. 56 yaşlı A.Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən qovulandan sonra Belçikada siyasi sığınacaq alıb, indi Brüsseldə yaşayır. Özü haqqında yazıb ki, bəs "ingilis, fransız, rus, həbəş, ispan dillərində sərbəst danışır". Arif Məmmədovun diplomatik karyerasının belə sürətlə irəliləyişdə olması hələ də mənimçün qaranlıqdır. Vilayət Quliyev və Elmar Məmmədyarovun XİN başçısı postunda işlədikləri, daha doğrusu işlədiklərini göstərməyə çalışdıqları zamanı bu bacarıqsız, yarıtmaz nazirlərin yanlış qərarlarından biri də Arif Məmmədovun "diplomat"lığı idi. İndi bu "başabəla diplomat" bəyan edir ki, sən demə, Avropa ölkələrində və ABŞ-da azərbaycanlıların aksiyalarını rəsmi Bakı "təşkil edib". Səbəb? Arif Məmmədovun ağzından səslər tökərək dediyinə görə, sən demə, əsas məqsəd "xalqın diqqətini Azərbaycandakı hadisələrdən yayındırmaq"dır. İkinci məqsəd isə - gülməyin, Məmmədov ciddidir - "Avropa ölkələrində yaşayan siyasi mühacirləri "ovlamaq"dır". Bunu ona digər plintus səviyyəsi "bloqer" Tural Sadıqlı da deyibmiş. "Dərhal Belçika polisinə məlumat verdim. Mənə dedilər ki, narahat olmayın, məlumatımız artıq var", - Arif Məmmədov söyləyib. Onun Facebook-da paylaşdığı videoçıxışını ermənilər çox bəyəniblər. Maraqlı olan bu məxluqatların dedikləri yox, onların söylədiklərinin az qala eyni mətn üzrə bəyanatlar olmasıdır. Deyəsən, bu Yalıncıqları bir mərkəzdən idarə edirlər və onlar da "ifşaedici" çıxışlar üçün tezisləri eyni yerdən alırlar.  

Hamısını oxu
İlham Əliyev Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.  

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:

Hamısını oxu