Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qələbənin “bir addımlığında” əbədiyyətə qovuşan Sovet İttifaqı Qəhrəmanı: Məstan Əliyev!

Məstan Aslan oğlu Əliyev 1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olub. Kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cü ildə orduya xidmətə gedib.   Məstan Əliyev müharibə başladığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olub, Berlin ətrafında döyüşlərdə iştirak edib. 1944-cü ildə 143-cü atıcı diviziyasına göndərilib.   Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürü, şəxsən özü isə 20 nəfərə qədər faşist məhv etdi. Məstan Əliyev 1945-ci il aprelin 23-də Berlin uğrunda döyüşlərdə həlak olub.   Məstan Əliyev 1945-ci il mayın 31-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Almaniyada dəfn edilən soydaşımızın adı doğma kəndindəki məktəbə verilib.

2021-04-14 00:00:00
3862 baxış

Digər xəbərlər

Novxanı Ailə Sağlamlıq Mərkəzində vətəndaşların tibbi müayinəsi həyata keçirilib

Məlum olduğu kimi 01 aprel 2021- ci il tarixindən icbari tibbi sığorta Abşeron rayonunda da tədbiq edilir. Hər bir vətəndaş icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə bilər və 2550-dən artıq xidmətdən yaralana bilər. Bu əhalinin səhiyyə xidmətlərinə əl çatanlığını və bu xidmətlərin daha da keyfiyyətli olmasını təmin edir. Veteran.gov.az Abşeron Rayon İcra Hakimiyyətinin məlumatına istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhalinin hansı şəkildə yararlanması və digər maraqlandıran suallarla bağlı geniş şəkildə Abşeron rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana və İctimai Şura tərəfindən 17 mart tarixində Novxanı kəndində məlumatlandırma aparılmışdır. Müxtəlif tibb sahələri üzrə peşəkar həkim heyyəti - nevropatoloq, kardioloq, pediatr, cərrah, giniekoloq, oftalmoloq, radioloq tərəfindən sakinlər qəbul edildi və tibbi müayinələrini həyata keçirdilər. İctimai Şuranın könüllüləri tərəfindən müraciət edən hər bir vətəndaş qeydiyyata alındı və İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanması ilə bağlı suallar tibb işçiləri tərəfindən cavablandırıldı. Yeni bir maliyyə mexanizminə dayanan vətəndaşların bir sosial müdafiə sistemi olaraq aparılan işlər birmənalı şəkildə vətəndaş məmnunluğunu təmin edir, tədbiq edilən müayinə və müalicələrin effektivliyini daha da artırır. Məlumat üçün qeyd edək ki, Novxanı Ailə Sağlamlıq Mərkəzi hər zaman vətəndaşlara nümunəvi xidməti, peşəkar həkim kolektivi ilə diqqət çəkib. Pandemiyaya qarşı mübarizə çərçivəsində də mühüm nailiyyətlərə imza atan Novxanı Ailə Sağlamlıq Mərkəzi vətəndaşların vaksinasiya olunması, onların sağlamlığının qorunması prosesində də aktiv iştirak edib.   Seymur ƏLİYEV

Hamısını oxu
Veteranlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Fəxri Xiyabanı ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq bir qrup veteran ulu öndərin məzarını ziyarət edib, dahi rəhbərin məzarı önünə gül dəstələri qoyub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun moderatorluğu altında baş tutan ziyarətdə Ulu öndər Heydər Əliyevin dönəmində çalışan 20-yə qədər sabiq məmur, elm və siyasət adamı, o cümlədən 20-yə qədər gənc nəslin nümayəndəsi – orta məktəb və universitet tələbələri, 44 günlük Vətən müharibəsinin gənc qaziləri də iştirak edib. Polkovnik Cəlil Xəlilov Ümummilli liderin fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısındaklı tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun yol açdığı uğurlu inkişafdan danışıb. Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli liderin həyat və fəaliyyəti ilə ətraflı tanış olub, ulu öndərlə bağlı xatirələrini bölüşüblər.  

Hamısını oxu
Cəlil Xəlilov: Seçki prosesi vətəndaşların yüksək fəallığı ilə müşahidə olunur

Respublika Veteranlar Təşkilatının 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir Bakı, 7 fevral, AZƏRTAC Bu gün respublikamızda keçirilən prezident seçkilərində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı yüzlərlə müşahidəçi ilə iştirak etməklə, seçki prosesini yaxından izləyir. Seçki prosesi ilə bağlı AZƏRTAC-a açıqlamasında təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov vətəndaşların seçkilərdə aktiv şəkildə iştirak etdiyini, heç bir pozuntunun müşahidə olunmadığını bildirib: “Respublika Veteranlar Təşkilatı hər zaman respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edib, ölkədaxili proseslərə töhfəsini verməyə çalışıb. Mənim üçün qürurvericidir ki, bu gün təşkilatımızın 700-dək üzvü respublikamızın hər tərəfində prezident seçkilərini müşahidə edir”. Onun sözlərinə görə, bu gün Bakı, Şuşa, Xankəndi, Quba, Lənkəran, Naxçıvan və digər yerlərdə veteran-müşahidəçilər missiyalarını böyük qürur və iftixar hissi ilə yerinə yetirir. O özü müşahidəçi kimi 9 seçki məntəqəsində olub, seçkilərin gedişatını yaxından izləyib. “Gördüklərim onu deməyə əsas verir ki, vətəndaşlarımız seçkilərdə fəal şəkildə iştirak edir. Bütün seçki məntəqələrində ciddi seçici aktivliyi müşahidə olunur. İnsanlar çox həvəslə seçkiyə gəlir, istədikləri namizədə səs verirlər. Mən respublikamızın digər şəhər və rayonlarında müşahidəçilik missiyasını həyata keçirən veteranlarımızla da mütəmadi şəkildə əlaqə saxlayıram. Yerlərdən gələn məlumatlar da təsdiq edir ki, seçki prosesi yüksək səviyyədə təşkil olunub və mühüm seçici aktivliyi ilə diqqət çəkir. Seçkilərdə hər hansı pozuntu müşahidə edilməyib. Seçki prosesi yüksək əhval-ruhiyyədə, demokratik ruhda davam edir. İnanıram ki, bu xoş, gözəl, qürurverici mənzərə günün sonuna kimi heç bir pozuntu olmadan davam edəcək, Azərbaycan xalqı öz iradəsini qətiyyətlə ortaya qoyacaq”, - deyə təşkilatın sədr müavini vurğulayıb.

Hamısını oxu
“Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib”

Gülşən Əliyeva: “O, daim veteranların müalicəsini, onların sosial problemlərini diqqət mərkəzində saxlayıb”  Avqustun 9-u Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovun ad günüdür.  Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva polkovnik Cəlil Xəlilovu ad günü münasibətilə təbrik edib, onun veteranlara olan qayğıkeş münasibətinə toxunub:  “Polkovnik Cəlil Xəlilov hər zaman veteranlara qayğıkeş münasibəti ilə diqqət çəkib, onların müalicəsi, sosial rifahı, arzu və təkliflərinə xüsusi həssaslıqla yaanşıb. Təkcə bir faktı qeyd edim ki, son iki ayda bir neçə dəfə Müharibə Veteranlarının Respublika Xəstəxanasına səfər edən polkovnik Cəlil Xəlilov xəstəxanada veteranlara yaradılan şəraitlə tanış olub, onların  müalicəsi və istirahəti ilə maraqlanıb. Cəlil müəllim veteranlara xidmət səviyyəsinin daha da yüksəldilməsinə, onların müalicəsinin daha effektiv şəkildə təşkilinə nail olmaq üçün əlaqədar dövlət qurumları qarşısında konkret təkliflərlə çıxış edib. Məhz onun təşəbbüsü və müraciəti ilə bir sıra yetkililər xəstəxanaya səfər edib, mövcud vəziyyətlə yerindəcə tanış olub, problemlərimizlə maraqlanıblar.  Bu səbəbdən də Müharibə Veteranlarının Respublika Xəstəxanası olaraq polkovnik Cəlil Xəlilovun  xidmətlərini yüksək qiymətləndirir, onu ad günü münasibəti ilə ürəkdən təbrik edirik. Əminik ki, veteranların həqiqi dostu, təmənnasız yardımçısı olan polkovnik Cəlil Xəlilov hər zaman olduğu kimi bundan sonra da veteranlara diqqət və qayğı göstərməkdə davam edəcək, veteranların ona olan ümidlərini daim doğruldacaqdır”.  Seymur ƏLİYEV  

Hamısını oxu