Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qubada “Nəsillərin görüşü: Uğurlar və perspektivlər...” mövzusunda zona konfransı keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Quba şəhər Mədəniyət Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zona konfransı keçirilib. Zona konfransında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov,  Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun digər rəhbər işçiləri, aidiyyati qurumların nümayəndələri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən əmək, müharibə və Silahlı Qüvvələr veteranları, o cümlədən 44 günlük Vətən müharibəsi qaziləri, tələbə və ziyalılar, Sərhəd Qoşunlarının, Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib.

 

Konfrans  Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Konfransı  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb. Konfrans iştirakçılarını salamlayan Cəlil Xəlilov, dövlətin şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Həssas kateqoriyadan olan vətəndaşlara dövlət qayğısı fonunda Quba Rayon İcra Hakimiyyətinin gördüyü işlərə, həyata keçirdiyi layihələrə toxunan polkovnik Cəlil Xəlilov, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara cəmiyyətdə də böyük ehtiram göstərildiyini vurğulayıb.

44 günlük Vətən müharibəsində veteranların, o cümlədən hər bir vətəndaşın Ali Baş Komandan ətrafında sıx birləşdiyini bildirən Cəlil Xəlilov, bu gün də veteranların Azərbaycan Respublikasının Prezidenti ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, son vaxtlar bəzi veteranların daşıdıqları statusdan sui-istifadəyə cəhd etməsi, dövlət qurumlarına təyziq göstərməyə çalışması, əsassız tələb və iddialar səsləndirməsi müşahdiə edilir ki, bu da təəssüf doğurur. Polkovnik qeyd edib ki, hər bir tələb və iddia qanuna əsaslanmalı, yalnız və yalnız hüquqi müstəvidə həll edilməlidir. Bu kimi neqativ halların cəmiyyətdə veteranlar haqqında mənfi fikirlərə yol aça biləcəyini söyləyən Cəlil Xəlilov, belə hallara qarşı birgə mübarizə aparmağın zəruriliyini qeyd edib: “Veteranlarımız sadəcə bu kimi neqativ hallara qarşı mübarizə aparmaqla kifayətlənməməli, həm də cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsi, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılması, gənc və yeniyetmələr arasında hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından da fəal iş aparmalıdır. Müharibə dönəmində cəbhədə böyük qəhrəmanlıqlara imza atan gənclərim respublikamızın sosial-iqtisadi həyatında, o cümlədən Qarabağda aparılan böyük yenidənqurma işlərində də fəal olmalı, ön cəbhəəki qəhrəmanlıqlarını arxa cəbhədə öz əməkləri ilə təkrarlamalıdırlar”.

 

Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial layihələrdən, şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib: “44 günlük Vətən müharibəsində Azərbaucan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük qələbəyə, şanlı zəfərə imza atdı. İşğalçı erməni ordusu darmadağın edilərək rüsvayçı məğlubiyyətə uğradıldı. Bununla da Azərbaycan Respublikaısnın ərazi bütövlüyü təmin edildi.  Hər zaman şəhid ailələrinin, müharibə veteranlarının yanında olan dövlət başçısı post-müharibə dönəmində də vətənin azadlığı uğrunda şəhid olanların ailələri, müharibə iştirakçıları ilə həmrəylik sərgilədi. Bu həmrəylik bu gün də davam edir. Şəhid ailələrinin, veteranların sosial problemlərinin həlli istiqamətində böyük layihələr həyata keçirilir. Bu baxımdan, Quba rayonunda da bir sıra mühüm işlər həyata keçirilir. Buna nümunə olaraq Quba rayonunda Azərbaycan-Türkiyə qardaşlıq parkının, o cümlədən “Media şəhidləri” parkının salınmasını göstərmək olar. Hava şəraitindən asılı olaraq, bəzi dərslərini məhz bu parklarda keçiilir. Azərbaycan-Türkiyə qardaşlıq parkında həm Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, həm Türkiyə xalqının böyük oğlu Mustafa Kamal Atatürkün, o cümlədən hər iki qardaş dövlətin hazırkı dövlət başçılarının kəlamları yer alır. Bu park uşaq və yeniyetmələrə, gənc nəslə Azərbaycan-Türkiyə dostluğunu təbliğ edir.

Yaxın günlərdə şəhid ailələrinin həyətlərinin abadlaşdırılması, onların evlərinə gedən yolların asfaltlaşdırılması prosesinə başlanılacaq. Şəhid ailəlrinin, veteranların problemlərinin həll edilməsi, onların sosial rifahının yüksəldilməsi bizim üçün prioritetdir və bu istiqamətdə bütün imkanlardan bundan sonra da maksimum istifadə olunacaq”.

 

Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev xalqımızın Azərbaycan Respublikaısnın Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi uğura imza atdığını vurğuladı: “44 günlük Vətən müharibəsi və bu müharibədə ədlə edilən qələbə sadəcə Azərbaycanın deyil, türk dünyasının ən şanlı qalibiyyətlərindən biridir. Azərbaycan Ordusu, Azərbaycan xalqı bu zəfərlə 200 illik erməni işğalına layiqli cavab verdi. Azərbaycan öz tarixi torpaqlarını erməni faşizmindən azad etməklə ərazi bütövlüyünü təmin etdi. Tarixi və hüquqi ədalət şanlı Azərbaycan Ordusunun cəsarəti və rəşadəti nəticəsində təmin edildi.

 

Bu gün Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə, veteran və qazilərə dövlət tərəfindən mütəmadi qayğı göstərildiyi, onların sosial rifahının yüksəldilməsinin dövlət siyasətimizin prioritet istiqamətlərindən bir olduğu hər kəsə məlumdur. Məlum kateqoriyadan olan vətəndaşlarımızın mənzil, avtomobil, sosial müavinətlərl təmin edilməsi, çoxsaylı güzəştlərdən yararlanması faktı buna nümunədir. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün bəzi veteranlar, o cümlədən veteran adı daşıyan təşkilatlar əsassız iddia və tələblərlə çıxış edir, ictimai maraqlardan daha çox öz şəxsi maraqlarının müdafiəsinə çalışırlar. Təbii ki, bu kimi hallar cəmiyyətdə də narazılıq doğurur, veteran statusunun aliliyinə, müqəddəsliyinə kölgə salır. Hər bir veteran bu kimi arzuedilməz hallara qarşı mübarizə aparmalı, dövlətimizin şəhid ailələri, veteranlarla bağlı siyasətinə kimlərinsə kölgə salmasına imkan verməməlidir”.

 

Konfransda çıxış edən şəhid ailələrinin nümayəndələri, müharibə əlilləri, 44 günlük Vətən müharibəsi iştirakçıları, QHT təmsilçiləri dövlətin şəhid ailələri və veteranlara dəstəyini yüksək qiymətləndirdiklərini, hər zaman olduğu kimi bundan sonra da milli maraqların keşiyində ayıq-sayıq dayanacaqlarını vurğulayıblar. Konfrans əsnasında şəhid ailərinin nümayəndələri, o cümlədən veteranlar həm də onları düşündürən, narahat edən məqamlara toxunub, üzləşdikləri problemlərdən birgə həll yollarının müzakirəsinə qoşulublar. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların göstərdiyi qəhrəmanlıqların təbliği istiqamətində də çoxsaylı təkliflər səsləndirilib.

 

Daha sonra konfrans diskussiya formasında davam edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ondan çox şəhid anasının, müharibə veteranının suallarını cavablandırıb, onların müxtəlif məsələlərlə bağlı səsləndirdiyi təkliflər dinlənilib, ümumiləşdirmələr aparılıb.

 

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev konfransdan sonra şəhid ailələri və müharibə iştiraçkılarının təmsil olunduqları QHT-lərin nümayəndələri ilə görüşüb.

2022-04-22 18:35:00
1240 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib

Tədbir rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilib Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında  rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilən “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalqımızın öz azadlığı, ərazi bütövlüyü uğrudna apardığı mübarizəyə toxunub, Azərbaycan həqiqətlərinin, şanlı qələbəmizin təbliğində incəsənətin önəminə diqqət çəkib: “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz zəfərin, bütövlükdə Azərbaycanın uğurlarının memarıdır. Bu qələbəyə aparan yol sadəcə 44 gündən ibarət deyil. Uzun bir zaman kəsiyində Azərbaycan prezidenti ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, ölkəmizin mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi istiqamətində ciddi addımlar atıb. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Ermənistan 30 illik dönəmdə təkcə torpaqlarımızı işğal etmədi,  ilk növbədə bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Onlar çox yaxşı bilirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Ermənilərin vəhşi əməllərinə məruz qalan ərazimizdən biri də Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinmişdir. Belə binalardan Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər həmçinin, 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurmuşlar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandal əməllərindən tanınmaz hala düşən abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsi idi. Məqbərənin yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad olunan kimi dövlət başçısının Şuşanın bərpası ilə bağlı verdiyi ilk tapşırıqlardan biri də Vaqifin məqbərəsinin bərpası oldu. Tez bir zamanda təmir-bərpa işləri nəticəsində əvvəlki vəziyyətinə qaytarılan  məqbərə görünüşü ilə şəhərə ayrı bir gözəllik verir. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir. Məhz bu gün burada rəssam Nigar Helminin Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş sərgi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub. Qarabağın mirası Təsviri İncəsənətdə mövzusuna həsr olunmuş tədbiri aşıq elan edirəm”. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra  rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili və  Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı  Sayman Aruz çıxış edib, milli tariximizin və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən, bu qələbələrin təbliğində mədəniyyətimizin və incəsənətimizin rolundan bəhs ediblər. Hər iki çıxışçı rəssam Nigar Helmi Abbasbəylinin əsərlərinin milli tariximizin, qan yaddaşımızın yaşadılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonda çıxış edən rəssam Nigar Helmi Abbasbəyli iştirakçılara öz təşəkkürünü bildirib, uşaqlıq xatirələrindən, milli tarximizlə bağlı şahidi olduğu ağrılı məqamlardan, apardığı tarixi araşdırmalardan bəhs edib. Rəssam Nigar Helmi Abbasbəyli qeyd edib ki, zəngin tariximizin, xüsusilə də ermənilərin 200 il ərzində Azərbaycan xalqının başına gətirdiyi faciələrin daha dərindən araşdırılmasına, bu araşdırmaların nəticəsi ilə bağlı daha fundamental əsətlərin yaradılmasına ehtiyac var. Tədbirin sonunda polkovnik Cəlil Xəlilov rəssam Nigar Helmi Abbasbəylini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif edib, xatirə şəkli çəkilib. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin siyasi sənədlər arxivinin müdiri Elmira xanım Ələkbərova, Milli Qəhrəman Ramiz Qasımovun həyat yoldaşı Günel xanım və övladları, şəhid Telman Kəlbəliyevin hıyat yoldaşı Günay xanım və digər qonaqlar iştirak edib.    

Hamısını oxu
Ermənistan ordusuna ağır zərbə endirildi

Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır. Video: Sevinc Xanqızı

Hamısını oxu
Azərbaycan Prezidenti: ““Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürmək üçün burada tikintisinə başlanılmış, lakin Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etməsi nəticəsində inşası yarımçıq qalmış binada olub. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bildirib ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər: “Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”

Hamısını oxu
“Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun!

26 iyun 2025-ci il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi, eləcə də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konserti keçiriləcək. Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq konsertdə dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova, solistlər Mahir Tağızadə və Aytac Şıxəlizadə iştirak edəcəklər. Opera janrında təqdim olunacaq konsertin dirijoru isə Əməkdar artist Əyyub Quliyev olacaq. Məlumat üçün bildirək ki, konsertin biletləri artıq satışa çıxarılıb. Biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür. Bilet əldə etmək, eyni zamanda konsertin proqramı ilə tanış olmaq üçün linkə keçid edin: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert010/157313 Xatırladaq ki, bu günə qədər ikisi Bakıda (2022 və 2024), biri Gəncədə (2023), biri isə Şuşada (2024) olmaqla 4 analoji konsert təşkil olunub. Konsertlərdən əldə edilən 400 min AZN-ə yaxın vəsait işğaldan azad edilən ərazilərdə mədəniyyət obyektlərinin, o cümlədən Ağdamda yerləşən Pənahəli xanın İmarət Kompleksinin bərpasına və yenidən qurulmasına, eyni zamanda Şuşa şəhəri üçün “Yamaha” istehsalı olan böyük konsert royalının alınmasına yönəldilib. Builki konsertdən əldə ediləcək bütün vəsait isə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin yaradılmasına yönəldiləcək. Əziz həmvətənlərimiz, bu günə qədər bir çox insan bilet əldə edərək işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə öz töhfəsini verib. Sizi də doğma Qarabağın bərpasını dəstəkləmək üçün “Qarabağ Gecəsi” xeyriyyə konsertinə bilet əldə etməyə və bu möhtəşəm klassik musiqi axşamının iştirakçılarından biri olmağa dəvət edirik. Gəlin bir daha həmrəylik göstərək və sənətin gücü ilə Qarabağın dirçəlişinə bir addım da yaxın olaq. Unutmayın ki, hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir. Həmrəy olaq, doğma Qarabağı birlikdə daha gözəl bərpa edək!

Hamısını oxu