Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Pirallahı rayonunda “Gənclər bizim gələcəyimizdir “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri,şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak etmişlər.”Gənclər bizim gələcəyimizdir adlı tədbir Pirallahı rayonunda yerləşən  168 saylı tam orta məktəbdə keçirilmişdir.

Baş tutan tədbirdə  Pirallahı rayon İcra Hakimiyyətinin İctimai əlaqələr və Hümanitar şöbə müdiri Abdullayev Azər, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Məmmədov Süphay, rayon VT-nın sədri Şirinov Xəqani, məktəbin direktoru Mansırova Mehparə, 44 günlük Vətən müharibəsi iştirakçıları, şagird və müəllim kollektivi iştirak etmişdilər.

Tədbiri Azər Abdullayev açdı. İlk öncə Azərbaycan Respublikasının dövlət  himni səsləndi, daha sonra torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı.

İlk önncə çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə veridi. O, Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədrin  müavini, e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Haqvürdiyev keçdiyi döyüş yolundan, həyat gənc nəslə danışdı. O, bildirdi ki, vətənini, torpağını, xalqını sevmək dildə yox, hər kəsin əməlində olmalıdı:

“Bu gün sizlərin  qarşısında bir məqsəd olmalıdir -  müəllimlərin verdikləri tapşırıqları yerinə yetirib,  əla oxumaq.Məktəb sizin gələcəyinizin təməlidir. Təməl nə qədər möhkəm olsa, gələcəyiniz daha parlaq olacaq.

Mən çıxışımın sonunda xalqımızı Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm. Bütün şəhidlərimizə Allahdan  rəhmət, qazilərimizə,veteranlarımıza cansağlığ diləyirəm.

Daha sonra  44 günlük Vətən müharibəsi iştirakçısı Məmmədov Süphay    çıxış etdi. Tədbirin sonunda xatirə şəkli şəkildi.

 

2022-04-19 09:49:00
1040 baxış

Digər xəbərlər

Hərbi prokurora müavin təyin edildi

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyinat olub. Veteran.gov.az-ın məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib. Bununla bağlı Baş Prokuror Kamran Əliyevin müvafiq əmr imzalayıb.  

Hamısını oxu
Şəkidə general-polkovnik Tofiq Ağahüseynovun xatirə lövhəsi açılıb.

Xatirə lövhəsi generalın-polovnikin Tofiq Ağahüseynovun 7 il uşaqlığı keçdiyi evin divarında asılıb. Hal-hazırda həmin ev Şəkidə Tibb Kolleci olaraq fəaliyyət göstərməkdədir. Xatirə lövhəsinin açılışı Respublika Veteranlar Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə baş tutub. Xatırladaq ki, Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunmuş, eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.

Hamısını oxu
I Qarabağ müharibəsi əlillərinə qayğı

Hamısını oxu
Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu