Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Suraxanı rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd olunub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 26 aprel Bakı şəhəri Suraxanı rayonunda yerləşən Albert Aqarunov adına 154 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin müavini Günel Axundova, YAP-ınm Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, rayon VT-nın sədri Eldar Rüstəmov, Qarabağ müharibəsi veteranları Ağa Məmmədov, Elmar Hüseynov, məktəbin direktoru Əli Əliyev, şagird və müəllim kollektivi iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin hazırladıqları  kompozisyalara  baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışından sonra səhnəyə qonaqlar dəvət olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Günel Axundova çıxış edib. O, bildirib ki, torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zivəsinə ucalanlar əbədiyyətə qovuşsalar da, hər zaman xalqımızın qəlbində qalacaqdır. Qazilərimizin, veteranlarımızın həyat yolu gənc nəslə hər zaman örnək olacaq.

 

Daha sonra söz Adil Haqverdiyevə verilib. O,ilk öncə  Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.A.Haqverdiyev Əfqanıstan və Qarabağ müharibələrinin  iştirakçısı kimi bildirib ki,həmin illərdə vətənpərvər oğullarımız könülü olaraq vətənin müdafiəsinə qalxıb: “Dilindən, dinindən aslı olmayaraq hər kəsin bir amalı vardı - mənfur düşməndən torpaqlarımızı qorumaq. Belə oğullardan biri də Albert Aqarumov idi. O vaxt silah-sursatın az olması, işğalçıya bəzi qüvvələrin havadarlıq etməsi və s. kimi amillər səbəbi ilə torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Lakin indi biz Şəhidlər Xiyabanı önündən qürurla keçib deyirik: “Ruhunuz şad olsun şəhidlərimiz, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı azad etdi”. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr,qazilərimizə cansağlığı diləyirəm”.

 

Tədbirin sonunda Suraxanı VT-nın sədri Eldar Rüstəmov şagirdlərlə suallar ünvanlayıb. Sualları düzgün cavablandıran şagirdlərə Fəxri Fərman və kitab hədiyyə olunub.

 

2022-04-29 10:38:00
1194 baxış

Digər xəbərlər

Prezident Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verdi

Respublika Veteranlar Təşkilatının sədri general-polkovik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından general-leytenant Hikmət Mirzəyevi təbrik edir, ona tutduğu bu şərəfli və çətin yolda uğurlar arzulayır, zəfər sevincini yaşamağı diləyir! O, dövlətin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən bir Vətən oğludur. Vətənpərvərliyi, millətsevərliyi, mərdliyi və s. yüksək keyfiyyətləri ilə Hikmət Mirzəyev onu tanıyan hər kəsin hörmətini qazanan bir insandır. Qeyd edək ki, Hikmət Mirzəyev Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrin Komandanıdır. Oktyabrın 4-də Prezident İlham Əliyev Birlik komandiri Hikmət Mirzəyevi və onun rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. H.Mirzəyev 2016-cı ilin aprelində aparılan hərbi əməliyyatlara da rəhbərlik edən zabitlərdən biri olub. O, “Vətənə xidmətə görə”, “Azərbaycan bayrağı” ordenləri, “Vətən uğrunda”, “İgidliyə görə”, 3 dəfə “Hərbi xidmətdə fərqlənməyə görə”, 4 dəfə isə Azərbaycan Silahlı Qüvvələrinin yubiley medalları ilə təltif edilib. 2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

Hamısını oxu
Veteran Fərrux Baxışov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi ev 7, m 11-də məskunlaşan veteran Baxışov Fərrux Ağasəf oğlu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib. Təşkilatın sədri polkovnik Cəlil Xəlilova ünvanlanan məktubda deyilir: “Hərmətli sədr! Mənə göstərdiyiniz diqqət və köməkliyə görə sizə səmimi təşəkkürümü bildirirəm. Qəbul zamanı müraciətimə operativ və məsuliyyətli yanaşmağınız nəticəsində üzləşdiyim çətinlik müsbət şəkildə həllini tapdı. Veteranlara göstərdiyiniz qayğı və diqqət yüksək qiymətə layiqdir. Göstərdiyiniz köməkliyə görə bir daha minnətdarlığımı bildirir, fəaliyyətinizdə uğurlar arzulayıram”.  

Hamısını oxu
"Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dilimizin təbliği ilə bağlı atdığı addımlar təqdirəlayiqdir"

“Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir və Türkiyədə də belə təbliğ ediləcəyinə inanıram” “Türk dilləri differensial şəkildə, fərqli xüsusiyyətləri ilə bütün türk xalqları arasında təbliğ edilməlidir” Nizami Cəfərov: “Türk xalqları və türk dilləri arasında normal inteqrasiya yalnız bu şəkildə mümkündür” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Azərbaycan dilinin qardaş Türkiyədə təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Bu, olduqca əhəmiyyətli bir yenilikdir. Türkiyədə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti haqqındakı təsəvvürlər səthidir. Bəzən hətta belə düşünürlər ki, Azərbaycan dili Türkiyə türkcəsinin bir şivəsidir. Onlarda belə bir təsəvvür ona görə yaranır ki, Türkiyənin şərq hissəsində orta əsrlərdən azərbaycanlılar yaşayıb. Həmin azərbaycanlıların danışığı Türkiyə türkcəsinin dialekti kimi təqdim olunub. Buna görə bəzən Azərbaycan ədəbi dilini də dialekt hesab edirlər. Bu təsəvvür aradan qalxmalıdır. Türkiyədəki qardaşlarımız bilməlidir ki, Azərbaycan dili ədəbi dildir, Azərbaycan dili dövlət dilidir. Türkiyədəki həmin dialekt də Türkiyə türkcəsinin yox, Azərbaycan dilinin dialektidir. Azərbaycan dilinin tarixi miqyası da dərk edilməlidir. Bizim dilimiz Dədə Qorquddan başlayaraq gələn, Nəsiminin, Füzulinin təcrübəsindən keçən, Koroğlu dastanının, Milla Pənah Vaqifin dilidir. Bu dil həm də Miurzə Fətəli Axundzadənin, Sabirin, Cəlil Məmmədquluzadənin dilidir. Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir. Bu dil məhz bu şəkildə Türkiyədə təbliğ olunmalıdır. Mən inanıram ki, Azərbaycan Mədəniyyət Mərkəzi hörmətli Samir müəllimin rəhbərliyi altında dilimizi məhz bu şəkildə də təbliğ edəcək, tanıdacaq. Türkiyədə Azərbaycan dilinin təbliği, tanıdılması istiqamətində atılan bu addımın çox böyük faydası olacaq. Bəzən biz tük xalqları, türk dilləri arasında inteqrasiyanı onların mərkəzləşməsi kimi başa düşürük. Amma nəzər almalıyıq ki, türk xalqları və türk dilləri arasında normal inteqrasiya o zaman olacaq ki, bu xalqların və dillərin müstəqilliyini qəbul edək.  Əlaqələrimiz müstəqillik səviyyəsində olmalıdır. Dillərin və ya xalqların bir-brinə qarışması, bir-birinin içində itməsi inteqrasiya deyil. Belə şey olmur. Biz bütün türk dillərini differensial şəkildə fərqli xüsusiyyətləri ilə bütün digər türk xalqları arasında təbliğ etməlidir. Bunun ən gözəl nümunəsi Azərbaycanla Türkiyə arasında olan münasibətdir”. Seymur ƏLİYEV

Hamısını oxu
Şuşa uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak edən veteranlarla görüş keçirilib.   Ölkə başçısnın 14 iyul tarixli çıxışı və bu çıxışdan irəli gələn məsələlərin müzakirəsinə həsr edilən görüşdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkib, dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə olan diqqət və qayğısından danışıb.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa Şəhər Təşkilatının sədri Ağalar Əliyev, Şuşanın erməni işğalından azad edilməsində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan bəhs edib, xalqımızın hər bir əsgəri, hər bir zabiti ilə fəxr etdiyi bildirib.   Təşkilatın Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov dövlətimizin şəhid ailələrinə, o cümlədən müharibə əlillərinə, veteranlara olan qayğısının hüquqi bazada da öz əksini tapdığını, bu istiqamətdə qanunvericilik müstəvisində mütəmadi addımların atıldığını vurğulayıb.   Sonda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan oğullarının Vətən müharibəsində tarix yazdığını, bu tarixin əsrlər sonra da qürurla yad ediləcyini bildirib.   Tədbirin sonunda xatirə şəkli çəkilib, veteranlara Qurban bayramı münasibəti ilə sovqatlar verilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu