Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub

Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən İkinci Dünya müharibəsində Qələbənin 77-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ziyarət olunub.

Azərtac xəbər verir ki, təşkilatın rəhbəri Fatma Səttarova ilə görüşən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov veteranları faşizm üzərində Qələbə günü münasibətilə təbrik edərək, Fövqəladə Hallar Nazirliyi adından əklil və bayram sovqatı təqdim edib.

Baş idarə rəisi tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsindən, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasından, veteranların döyüşlərdə, həmçinin arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrindən danışıb.

General-mayor xüsusi vurğulayıb ki, artıq ikinci ildir bu bayramı 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ermənistan üzərində qazanılmış parlaq Zəfərin yaratdığı sonsuz sevinc və qürur hissi ilə qarşılayırıq. Bildirib ki, dövlətçiliyimizin ən şərəfli səhifəsi olan tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz bərpa olunub.

N.Zamanov veteranlarımızın bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun daim yüksək saxlanılmasında səylərini əsirgəməməsini qeyd edib, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlığı və şücaətini gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi adlandırıb.

Görüşdə İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova zəngin və şərəfli tarixə malik Azərbaycan xalqının İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında böyük xidmətlərini vurğulayıb, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qəhrəmanlıq salnaməmizə imzalarını atmış ön və arxa cəbhə veteranlarına, onların ailələrinə daim yüksək diqqət, qayğı göstərildiyini bildirib.

 

2022-05-08 19:52:00
1076 baxış

Digər xəbərlər

Ağdamda şəhid Sərvan Göyüşovun doğum günü qeyd olunub

28 fevral 2026-cə il tarixində Ağdam rayonunda anadan olmuş 44 günlük Vətən müharibəsi şəhidi leytenant Göyüşov Sərvan Mehman oğlunun doğum günü qeyd olunub.  Veteran.gov.az xəbər verir ki, tədbirdə Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, təşkilatın üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və veteranlar iştirak ediblər. Qeyd edək ki, Sərvanın atası Mehman Göyüşov Birinci Qarabağ müharibəsinin iştirakçısı, əmisi isə Birinci Qarabağ müharibəsinin şəhididir.  

Hamısını oxu
Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova dünyasını dəyişib.

Azərbaycan ictimaiyyətinə, həmçinin müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına  ağır itki üz verib. Azərbaycan Respublikası “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri Fatma Hüseyn qızı Səttarova 14 sentyabr 2024-cü ildə dünyasını dəyişib.   Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova müharibədən sonra  Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil almışdır. Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənmiş, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirmişdir. Müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş Fatma Səttarova 16 yanvar 2021-ci ildən Təşkilatın sədri vəzifəsinə seçilmişdir. Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd etmiş, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirmişdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından mərhumun doğmalarına, əzizlərinə səbir diləyir, kədərlərini bölüşürük.   Allah rəhmət eləsin!”.

Hamısını oxu
“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir

Veteran.gov.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Bu vaxta qədər ehtiyacı olan onlarla vətəndaşa köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, həmin problemlərin müsbət həlli istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib. İbrahim Əsədli  bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləyib. Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır ki, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.  Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində əsəb və yuxusuzluqdan əziyyət çəkən vətəndaş Mənsur İbrahimovun vəziyyəti  xeyli yaxşılaşıb, gərginliyi aradan qalxıb. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin edib. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edilib.

Hamısını oxu
Şuşa işğaldan azad olunan gün şəhid olan əsgər

Oktay Məmmədovu Vətən sevdası döyüşlərə apardı. Füzulidən başladığı qəhrəmanlıq hekayəsi Şuşada tamamlandı.  O, sentyabrın 29-da cəbhəyə könüllü yollanıb. Ailəsi deyir ki, heç kim onun qarşısını ala bilməyib. Deyib ki, Vətən məni çağırır, nəticəsi nə olursa, olsun, getməliyəm.    Azərbaycan Televiziyası şəhidimizin ailəsində reportaj hazırlayıb.  Həmin reportajı təqdim edirik:

Hamısını oxu