Digər xəbərlər
29 августа в Городском Совете ветеранов (пенсионеров) войны, труда, вооруженных сил и правоохранительных органов состоялась встреча руководителей общественных объединений города Таганрога с членами официальной делегации Азербайджанской Республики, прибывшей для участия в праздновании Дня освобождения города Таганрога от немецко-фашистских захватчиков. На встрече присутствовали: Башарина Ольга Ивановна – председатель Городского Совета ветеранов Куликов Анатолий Николаевич – председатель комиссии по патриотическому воспитанию молодежи Городского Совета ветеранов Климов Сергей Николаевич - председатель Таганрогского отделения Всероссийской общественной организации ветеранов «Боевое братство» Сетьков Александр Александрович – председатель Региональной Общественной Организации ветеранов военной службы «Союз десантников Таганрога» Чаленко Сергей Иванович – атаман городского казачьего общества «Таганрогское» Ибрагимов Таджаддин Джалилович – председатель Таганрогской городской общественной организации «Достлуг-Дружба» Старикова Элина Эдуардовна – председатель общественной организации Белорусская местная национально-культурная автономия города Таганрога Мусаев Самир Фирдовси оглы - начальник отдела международного сотрудничества Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Исмайылов Исмайыл Вахиб оглы - старший специалист отдела военно-патриотической работы Организации ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Долгорукова Светлана Анатольевна – главный специалист отдела по работе с общественными объединениями Администрации города Таганрога Куличев Дмитрий Викторович - ведущий специалист отдела международных связей Администрации города Таганрога. Присутствующие обменялись опытом работы по патриотическому воспитанию молодежи, социальному обслуживанию, социальной поддержке и защите ветеранов, гармонизации межнациональных отношений. Обсудили вопросы сотрудничества между общественными организациями города Таганрога и Организацией ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики. Гости из Азербайджана вручили Городскому Совету ветеранов памятные подарки и копии документов, свидетельствующих об участии Правительства Азербайджанской Республики в строительстве мемориала «Самбекские высоты» и увековечении памяти погибших на Ростовской земле.
Hamısını oxu
Postmüharibə dövründə Azərbaycan çox mühüm təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında atılan addımlar ölkəmizin hərbi Qələbəsinin diplomatik müstəvidə möhkəmlənməsini təmin edir. Bu, həm də regionda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin yaradılması baxımından əhəmiyyətlidir. Azərbaycan indiyə qədər vacib strateji layihələr reallaşdırıb, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən dizayn edib. 44 günlük Vətən müharibəsindən sonra bölgədə kommunikasiyaların bərpası da Prezident İlham Əliyevin diqqət mərkəzindədir və Azərbaycanın strateji gündəliyinin mühüm tərkib hissəsidir. Bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması da bu səpkidə böyük önəm daşıyır. Memorandumun imzalanması həm geosiyasi, həm də iqtisadi əhəmiyyətə malikdir. Çünki bununla Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsi, eləcə də rabitə və enerji təminatı xətləri yaradılır. Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Layihənin icrası Naxçıvan MR-in blokadadan çıxması, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılması baxımından da olduqca önəmlidir. Bu isə Azərbaycanın əsas strateji məqsədlərindən birinə nail olacağını göstərir. Bütün bunlar deməyə əsas verir ki, Anlaşma Memorandumunun imzalanması Azərbaycanın yeni diplomatik nailiyyəti və tarixi hadisədir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan qətiyyətli mövqe sərgiləsə və müvafiq addımlar atsa da, Ermənistan bir sıra öhdəliklərin yerinə yetirilməsindən yayınmağa çalışıb. Xüsusilə də, regionda kommunikasiyaların bərpası, yeni dəhlizin yaradılması ilə əlaqədar İrəvan bu günə qədər vaxtı uzatmağa çalışıb, konkret mövqe ortaya qoymayıb. Azərbaycan isə təsdiqləyib ki, bütün hallarda, hər cür şəraitdə alternativ seçimləri və imkanları var. Ölkəmizin bəhs olunan Anlaşma Memorandumunun imzalanması ilə Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısının yaradılmasına nail olması da bunun əyani təsdiqidir. İndi zaman Azərbaycanın lehinə, Ermənistanın isə əleyhinə işləyir. Ölkəmiz öz strateji hədəflərinə doğru addım-addım irəliləyir. Məğlub ölkənin isə regional təcrid vəziyyəti dərinləşir. Azərbaycan strateji seçimini edib – rifah və inkişafa yönəlik yeni regional nizam yaradır. İndi söz sırası İrəvandadır. Ya konstruktiv davranıb yeni reallıqlardan faydalanacaq, ya da siyasi xaos və iqtisadi tənəzzül şəraitində çırpınışlarını davam etdirəcək. Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Hamısını oxu
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsini dərin ehtiramla anırıq. Bu gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Onun dünyadan vaxtsız getməsi bütün şərqşünaslar, Azərbaycanın bütün elmi ictimaiyyəti üçün çox böyük itki oldu. Elmimizdə onun yoxluğu ilə yaranmış boşluğu biz bu gün də hiss edirik. Bu gün bizim təsəllimiz odur ki, Aida xanımın tələbələri onun elmdə açdığı cığırla gedirlər. Təsəllimiz həm də odur ki, Aida xanımın yadigarı olan Mehriban Əliyeva Azərbaycan üçün böyük işlər görür. O, Azərbaycanın mədəniyyətini, tarixini bütün dünyaya tanıtdırır. Hesab edirik ki, Aida xanımın verdiyi tərbiyə nəticəsində Mehriban xanım ömrünü həsr etdiyi işlərlə belə vətənpərvərcəsinə, fədakarcasına məşğul olur. O, bu gün Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çox böyük töhfələr verir. İnsan bu dünyada müvəqqəti bir varlıqdır. Ancaq bu müvəqqəti həyatda insanın qəribə bir qabiliyyəti var ki, onun köməyi ilə özünə ölməzlik qazana bilir. Bu, gözəl əməl, xeyir iş, başqalarına fayda verən yaradıcılıqdır. Aida İmanquliyeva öz qısa ömründə bu şərtlərin hamısını yerinə yetirib, ürəklərdə özünə abidə qoyub. Demək, sağlığında ölməzlik qazanıb. Onun xatirəsi hər bir zaman ürəklərimizdə yaşayacaq.
Hamısını oxu
Nəcəf Novruzov: “Dövlət başçısının gənclərimizə verdiyi qiymət göz önündədir” Bu gün 2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan gəncliyinin bütün dünyaya nümunə olduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründən bugünə qədər ölkəmizə gənclərə, onların inkişafına böyük diqqət yetirildiyi, gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğu birmənalıdır. Sevindiricidir ki, Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də, hər zaman Azərbaycan gəncliyinin inkişafına mühüm önəm vermiş, onların intellektual səviyyəsinin yüksəldilməsi, özlərini inkişaf etdirməsi, müasir dünya gəncliyinə örnək səviyyədə formalaşması üçün dövlətimizin bütün imkanlarından maksimum istifadə etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi öz biliyi, dünyagörüşü, milli dəyərlərə bağlılığı, vətən sevgisi, intelelktual və mədəni səviyyəsi ilə dünya gənclərinə nümunə saylıla bilər. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Dünya gördü ki, Azərbaycan gəncləri öz vətənlərini müdafiə etmək, dövlətlərinin ərazi bütövlüyünü təmin etmək üçün hər cür fədakarlığa hazırdır. Şuşa döyüşlərində gənclərimizin sıldırım qayaları qalxaraq yalın əl və yüngül atıcı silahlarla düşmənə divan tutması faktı buna nümunədir. Bu mühüm gündə Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyətinə də diqqət çəkmək istəyirəm. Çünki Gənclər və İdman Nazirliyi dövlətimizin gənclərlə bağlı siyasətini müvəffəqiyyətlə həyata keçirir, beynəlxalq səviyyəli mühüm layihələrə, böyük nailiyyətlərə imza atır. Hesab edirəm ki, dövlətimizin gənclər siyasəti, o cümlədən Azərbaycan gəncliyinin mövcud durumu sabaha daha inamla baxmağa əsas verir və əminəm ki, bu gün olduğu kimi sabah da gənclərimiz xalqımızın sevinc və iftixar mənbəyi olaraq qalacaqdır”. Seymur ƏLİYEV
Hamısını oxu