Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Brüssel görüşü diplomatiyamızın tarixi uğurlarından biridir”

Cəlil Xəlilov: “Bu görüş dövlətimizin sülh istəyini bir daha nümayiş etdirdi”

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında görüş  keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub.

Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov, bu görüşün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:

“Brüssel görüşü Azərbaycan diplomatiyasının tarixi uğurlarından biridir. Çünki bu görüş nəticəsində əldə edilən razılaşmalarda dövlətimizin maraqları tam şəkildə öz əksini tapıb. Nümunə üçün qeyd edim ki, görüşlə bağlı mətbuata verilən bəyanatda bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi işlənilməyib. Halbuki, Ermənistan hakimiyyəti bundan öncə dəfələrlə bu ifadəyə müraciət edir, hətta “Dağlıq Qarabağ”a müstəqillik tələbi səsləndirirdi. Ancaq Brüssel danışıqları ilə bağlı bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yer almadı. Bu faktın özü Azərbaycan diplomatiyasının prinsipliyindən, onun milli maraqlarımızı uğurla müdafiə etməsindən xəbər verir. Bu, həm də dövlət başçısının dəfələrlə səsləndirdiyi bir həqiqəti – “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur” – gerçəyini yada salır.

Görüşlə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycan tərəfinin rəsmi İrəvanın bir sıra addımları ilə bağlı öz narazılıq və narahatlığını açıq şəkildə dilə gətirməsi, Ermənistan hökumətinin qeyri-səmimi davranışını ifşa etməsi ilə bağlıdır. Görüşdə Ermənistanın Azərbaycaan verdiyi mina xəritələrin dəqiqlik göstəricinin 25%-ə yaxın olması, Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyinə aydınlıq gətriməməsi və s. kimi məqamlara da açıq şəkildə toxunuldu, bütün bu məsələlər əsas müzakirə predmetlərindən birini təşkil etdi.

Nəqliyyat-kommunukasiya əlaqələrinin bərpa ediməsi, sülh müqaviləsinin imzalanması məqsədi ilə danışıqların davam etdirilməsi də Brüssel görüşündə müzakirə edilən əsas məsələlərdən biri oldu.

Ümumiyyətlə, Brüssel görüşü bir sıra konkret nəticələri ilə birlikdə həm də dövlətimizin, xalqımızın sülh istəyinin bir daha nümayiş etdirilməsi ilə yadda qaldı. Bu görüş bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan sülh dövlətidir və regionda sülhün təmin edilməsi, sabitliin qorunub saxlanılması üçün bütün imkanlarından maksimum istifadə edir. Bu baxımdan hesab edirəm ki, Brüssel görüşünün nəticələri bundan sonra aparılacaq danışıqlar üçün əlverişli zəmin formalaşdıracaq, Azərbaycanın diplomatik müstəvidə yeni uğurlar qazanmasını stimullaşdıracaqdır”.

 

2022-05-24 08:24:00
1147 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!

Bakı, 18 oktyabr, AZƏRTAC  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir: Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!

Hamısını oxu
Afiqə Batıyeva Respublika Veteranlar Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Polkovnik Cəlil Xəlilov Afiqə Batıyevanı Təşkilatın fəaliyyəti ilə ətraflı tanış edib, bugünə qədər həyəta keçirilən vətənpərvərlik layihələri ilə bağlı DİM-in şöbə müdirini məlumatlandırıb. Daha sonra Afiqə Batıyevanın vətənpərvərlik sahəsindəki xidmətlərinə diqqət çəkən Təşkilat sədri, buna görə qonağa öz təşəkkürünü bildirib, gənclər arasında vətənprəvərlik tərbiyəsinin təbliğindəki xidmətlərinə görə onu xüsusi mükafatla təltif edib. Məlumat üçün qeyd edək ki, hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin inkişafına, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinə xüsusi önəm verən Afiqə Batıyeva Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2012-ci il Sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif olunub.  

Hamısını oxu
Müharibə veteranlarına illik əmək məzuniyyəti ən azı 46 təqvim günü veriləcək

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilmiş bir sıra dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklərdən biri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsi ilə bağlıdır. Belə ki, aşağıdakı kateqoriyalara aid olan işçilərə illik əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq veriləcək: - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, - döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, - Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, - Azərbaycanın Milli Qəhrəmanlarına, - Sovet İttifaqı Qəhrəmanlarına, - Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, - habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə. 

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dərbənd Mərkəzi Kitabxanası və ADİU-nun Dərbənd filialını ziyarət edib

Təşkilat sədri hər iki müəssisəyə Ulu öndər Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib Veteran.gov.az xəbər verir ki, Polkovnik Cəlil Xəlilov 17 aprel 2025-ci il tarixində Dərbənd Mərkəzi Kitabxanası və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkib, hər iki müəssisəyə Ümummilli lider Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib. Mərkəzi kitabxanada Rusiya tarixi ilə yanaşı, həm də Azərbaycan tarixi ilə bağlı nadir kitabların qorunduğundan məmnunluğunu bildirən polkovnik Cəlil Xəlilov, Dərbənd Mərkəzi Kitabxanasının bütün regionda qiymətli məlumat mənbəyi kimi xüsusi çəkiyə malik olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkən Təşkilat sədri, Universitet rəhbərliyi ilə görüşüb, burada təhsil alan azərbaycanlılarla maraqlanıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Dövlət İqtsiad Universitetinin Dərbənd filialı Dağıstanın elmi həyatında mühüm yer tutmaqla yanaşı, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə də böyük töhfə verir. Polkovnik Cəlil Xəlilov universitetin müəllim-tələbə heyətinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV    

Hamısını oxu