Çox dəyərli Cəlil müəllim!
Çox dəyərli Cəlil müəllim! Bayramınız mübarək! Vətən sərhəddən başlayır, lakin sizlər sübut etdiniz ki, Vətəni sevməyin sərhədi yoxdur! Sərhədsiz arzularla sizi təbrik edirəm! Uzun ömürlər və müqəddəs işinizdə başarılar!
Çox dəyərli Cəlil müəllim! Bayramınız mübarək! Vətən sərhəddən başlayır, lakin sizlər sübut etdiniz ki, Vətəni sevməyin sərhədi yoxdur! Sərhədsiz arzularla sizi təbrik edirəm! Uzun ömürlər və müqəddəs işinizdə başarılar!
“Hazırda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ardıcıl və məqsədyönlü iş aparılır. Məsələ mütəmadi olaraq aidiyyəti dövlət qurumlarının gündəliyində saxlanılır, eyni zamanda beynəlxalq platformalarda da müzakirəyə çıxarılır”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin əldə etdiyi zəfər bu istiqamətdə daha sistemli və məqsədyönlü işlər görməyə zəmin yaradır: “44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə kütləvi məzarlıqların aşkar olunması bu istiqamətdə aparılan işlərin yeni mərhələyə keçməsinə imkan yaradıb. Aşkarlanan insan qalıqları üzərində müvafiq ekspertizalar, o cümlədən molekulyar-genetik müayinələr aparılır, itkin düşmüş vətəndaşlarımızın şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onların ailələrinə məlumat verilir və şəhidlərimizin nəşləri ehtiramla torpağa tapşırılır. Bu, sadəcə olaraq bir şəxsin kimliyinin müəyyən edilməsi və dəfn olunması məsələsi deyil. Burada 30 ildən artıq müddətdə doğmasının yolunu gözləyən ailələrin, valideynlərin, həyat yoldaşlarının, övladların və yaxınların mənəvi iztirabına son qoyulmasından söhbət gedir. İtkin düşmüş şəxslərin doğmaları uzun illər boyu ümidlə yaşayıblar. Onların ən böyük arzusu isə heç olmasa doğmalarının taleyini bilmək, məzarını görmək və onun qarşısında son borclarını yerinə yetirmək olub. Bu baxımdan, Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, axtarışların bu gün də davam etdirilməsi və şəhidlərimizə aid meyit qalıqlarının eyniləşdirilərək öz doğmalarına qaytarılması olduqca böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Hər bir şəhidin qalıqlarının tapılaraq ailəsinə təhvil verilməsi, onun dövlət səviyyəsində ehtiramla dəfn olunması, əslində, həmin ailənin illərlə davam edən nisgilinə son qoyulması deməkdir. Dövlətimizin mövqeyi də ondan ibarətdir ki, Vətənin müdafiəsi zamanı itkin düşmüş hər bir şəhidin taleyi müəyyənləşdirilənədək axtarışlar davam etdirilməlidir. Çünki zamanın keçməsi bu insanların dövlət və cəmiyyət qarşısındakı xidmətlərini, eləcə də onların ailələrinin haqqını azaltmır. Əksinə, hər bir itkinin taleyinin müəyyənləşdirilməsi həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də onların ailələri qarşısında mənəvi borcumuzdur. Bu gün daha 5 itkin-şəhidimizin kimliyinin müəyyənləşdirilməsi və onların dəfn mərasimlərinin keçirilməsi göstərir ki, Ermənistan hərbçiləri tərəfindən Birinci Qarabağ müharibəsində törədilmiş humanitar pozuntuların izləri tədricən üzə çıxarılır və ailələrin 30 ildən artıq davam edən həsrətinə son qoyulur. Bu iş davam etdikcə daha çox ailə öz doğmasının taleyini öyrənəcək, onun məzarına qovuşacaq və illərlə yaşadığı qeyri-müəyyənlikdən xilas olacaq. Ən əsası isə budur ki, itkinlərimizin axtarılması və şəhidlərimizin ailələrinə qaytarılması dövlətimizin öz vətəndaşına verdiyi dəyərin göstəricisidir. Vətən uğrunda canından keçən heç bir insan unudulmur və onların hər birinin taleyinin müəyyənləşdirilməsi istiqamətində işlər dövlətimiz durduqca davam etdiriləcək”. Seymur ƏLİYEV
Hamısını oxu
XX əsr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biridir. Xalqımız və ölkəmiz əsrin əvvəllərində qərinələr boyu həsrətində olduğu azadlığını, müstəqilliyini əldə etsə də, bu, uzun çəkmədi və yenidən müstəmləkə əsarətinə düçar oldu. Çar imperiyasını bolşevik diktaturası əvəz etdi. İlk milli respublikanı quran və bir müddət yaşadan əksər siyasət və dövlət xadimləri, ziyalılar ya məhv edildilər, ya da ölkədən qovuldular. Daha sonra isə, 37-ci il repressiyası başladı. Milli ideallarla, xalqın maraqları ilə yaşayan, varlıqları və fəaliyyətləri ilə sovet tədqiqatçılarının absurdluğunu, yalan olduğunu sübuta yetirən minlərlə şair, yazıçı, artist, rejissor, alim, dövlət xadimi, hərbiçi fiziki və mənəvi cəhətdən məhv edildi. Ancaq xalq özünün ən ali və dəyərli keyfiyyətlərini, özünəməxsus adət-ənənələrini, etnik-milli özgürlüklərini qoruyub saxlaya bildi. Sadəcə olaraq, milli faciənin astanasında, ölüm-qalım mübarizəsində qeyrət, dəyanət, əzm nümayiş etdirərək duruş gətirən xalq lidersiz, rəhbərsiz idi. Parlaq zəkası, fitri istedadı, yorulmaz fəaliyyəti, əvəzsiz peşəkarlığı, qeyri-adi təşkilatçılıq qabiliyyəti ilə məhz Heydər Əliyev Vətənə xidmət amalını və andını gerçəkləşdirdi. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda Heydər Əliyev erasının tarixi onun DTK-nın rəhbəri işlədiyi vaxtdan başlayır. İlk növbədə ona görə ki, ölkə, xalq, respublika miqyasında taleyüklü məsələlərin sistematik, ardıcıl həllinin fundamenti yaradıldı. Heydər Əliyevin şərəfli ömür yolunun bu dövrü haqqında da kifayət qədər danışıldığı üçün yalnız bir-iki səciyyəvi cəhətə diqqət yetirmək istəyirəm. Birincisi, ikiyüzillik imperiya tarixində ilk dəfə azərbaycanlı sovet rejiminin ən məxfi, ən qorxulu, başlıcası isə ən qüdrətli güc strukturunun rəhbərliyinə irəli çəkildi. Nəticədə Azərbaycan Respublikası və xalqı bir sıra dəhşətli fəlakətlərdən qorundu, bir sıra amansız zərbələrdən minimum itki ilə qurtardı. Təfsilatına varmadan onlarla ziyalının “KQB” repressiyasından məhz DTK-nın sədri Heydər Əliyevin sayəsində xilas olduğunu qeyd etməklə kifayətlənmək istəyirəm. Təsadüfi deyil ki, Heydər Əliyev erasından sonra sovet “KQB”sinin dağıdıcı fəaliyyətini müqayisəli nəzərdən keçirsək, bu gün qürur hissi ilə Azərbaycanın ən az terrora məruz qaldığını deyə bilərik. İkincisi, müdrik fəaliyyətin, incə diplomatiyanın sayəsində DTK-da milliləşdirmə siyasəti həyata keçirildi. Bu orqanda azərbaycanlıların sayının artırılması möhtəşəm bir uğur idi. Risk və fədəkarlıq tələb edən bu müvəffəqiyyət əslində eyni siyasətin bütün sahələrdə keçirilməsinin zəruriliyinə siqnal, çağırış, ən vacibi isə nümunə idi. Üçüncüsü, yenə də məhz Heydər Əliyevin tarixi xidməti sayəsində Azərbaycan DTK-sı mənlik şüurunun gücləndirilməsinin, milli azadlıq ideyalarının geniş yayılmasının nəinki qarşısını aldı, əksinə imkan daxilində, gizli yollarla buna şərait yaratdı. Hamı etiraf edir ki, milli azadlıq hərəkatının qələbə qazanmasında milli ədəbiyyat və incəsənət əhəmiyyətli rol oynayıb. Bu sahədə özünəməxsus yerinin, çəkisinin və payının olduğu şübhə doğurmayan B.Vahabzadə, X.R.Ulutürk, Əbülfəz Əliyev və b. var. Onların Sovet “KQB”sinin caynağından məhz Heydər Əliyevin qurtardığını xatırlasaq, azadlıq mücadiləmizin 60-cı illərindəki təməlini kimin formalaşdırdığını aydın təsəvvür edə bilərik. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etməyə başladı. 1969-cu il Azərbaycanı Azərbaycana qaytarmaq uğrunda şanlı mübarizənin başlanğıc ili kimi qeyd olunmalıdır. Heydər Əliyev DTK-nın rəhbəri işlədiyi dövrdə gördüyü işləri daha geniş miqyasda, daha əsaslı və səlahiyyətli şəkildə, xüsusən də konseptual halda davam etdirməyə başladı. Onun quruculuq fəaliyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrini bütövlükdə əhatə etdi. Mən peşəkar hərbiçiyəm. Ordu quruculuğunun sadaladığım bütün sahələrdə bilavasitə əlaqəli olduğunu bildiyim üçün əvvəlcə qısa şəkildə həmin sahələrə toxunmaq istəyirəm. Heydər Əliyev fenomenini tanıyaraq, sevdiyim gündən bu dahi şəxsiyyətin amalının xüsusi diqqət yetirdiyi bir neçə istiqamətinə prioritet xarakter verdiyinin şahidi olmuşam. Heydər Əliyev çalışıb ki, iqtisadi cəhətdən güclü Azərbaycan dövləti yaratsın, ölkəni maksimum demokratikləşdirsin, hüquqi dövlət yaratsın, elm, ədəbiyyat və mədəniyyətin inkişafına hər cür şərait yaratsın, qüdrətli milli ordu formalaşdırsın. Şübhəsiz, bu sahələrin heç də hər birində nailiyyəti asanlıqla qazanmamışıq. Amma bütün sahələrdə sivil dünya birliyinin də etiraf etdiyi danılmaz uğurlarımız var və bu istiqamətlərin də təməli məhz 60-cı illərdən qoyulmuşdur. Heydər Əliyev Azərbaycanı aqrar ölkə olaraq qalmaq fəlakətindən qurtardı. Respublikamızda sənayenin çəkisi 60-cı illərdən sonra günbəgün artırıldı. Ölkənin qazlaşdırılmasında, elektrikləşdirilməsində böyük uğurlar qazanıldı. Strateji mənafe baxımından mühüm əhəmiyyət kəsb edən Bakı-Balakən, Bakı-Xankəndi dəmiryolunun çəkilişi başa çatdırıldı. Heydər Əliyev elə mükəmməl və möhkəm iqtisadi baza yaratdı ki, keçmiş SSRİ-də yalnız Rusiyanın və bir də Azərbaycanın öz potensialı hesabına yaşamağa qadir olduğu bilindi. Ölkənin demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğu sovet imperiyası ideoloqlarının ciddi nəzarəti, daha doğrusu, yasağı altında idi. Azadfikirliliyin nəinki boğulması, əksinə inkişafına şərait yaradılması bu sahədə ən böyük qələbə oldu. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycandan mühacirətə gedənin olmaması, heç kimin siyasi-milli ittihamlarla həbs olunmaması ulu öndərin demokratikliyindən, milliliyindən, siyasi diktələri deyil, ədalət prinsiplərini əsas götürdüyündən xəbər verir. Azərbaycan tarixinin elə məsələləri, elə uğurları var ki, onların əhəmiyyətini qiymətləndirmək üçün mütəxəsis olmağa ehtiyac yoxdur. Azərbaycan elminin, ədəbiyyat və mədəniyyətinin 60-cı illərdən sonra çiçəklənməyə və dünya miqyasında tanınmağa başladığını desəm, qətiyyən səhv etmərəm. Dahi siyasətçini digər siyasətçilərdən fərqləndirən ən əsas cəhət gündəlik fəaliyyətində irili-xırdalı bütün məsələləri perspektivdə götürmək, gələcəklə əlaqələndirmək bacarığıdır. Heydər Əliyev DTK-da işləyəndən, xüsusən də 69-cu ildə ölkə rəhbərliyinə gələndən ən vacib məsələ kimi ordu quruculuğuna xüsusi diqqət yetirib. Onun ilk əməli addımı DTK-nı milliləşdirməsi oldu. Azərbaycanı perspektivdə peşəkar əsgəri, zabiti, hərb sənəti, ordusu, texnikası olmayan ölkə taleyi gözləyirdi. Heydər Əliyev şüurlarda da, psixologiyada da dəyişiklik yaratdı. Hərbi xidmətə gedən gənclərin təntənəli şəkildə yola salınması, nümunəvi xidmət göstərənlərin təbliğ olunması, ən başlıcası isə milli zabit kadrlara xüsusi qayğı göstərilməsi ənənəyə çevrildi. Yüzlərlə, minlərlə azərbaycanlı hərbiçilərin vəzifəyə təyin olunmasında, hərbi rütbə almasında Heydər Əliyevin uzaqgörən, milli strateji maraqlara cavab verən siyasəti əhəmiyyətli rol oynadı. Azərbaycanlı zabit kadrların hazırlanması üçün iki böyük problem hələ də qalırdı. Birincisi, dil baryeri, ikincisi, zabit kadrların hazırlanması prosesinin respublika rəhbərliyinin nəzarətindən kənarda qalması. Bakı və Sumqayıt kimi bir sıra iri şəhərləri çıxmaqla digər bölgələrdən olan azərbaycanlılar rus dilini yaxşı bilmədiyinə görə zabit olmaq arzularına qovuşa bilmirdilər. C.Naxçıvanski adına hərbi məktəbin açılması böyük tarixi hadisə idi. Rus dilini bilməyən azərbaycanlılar hərbi məktəbə qəbulda güzəşt qazandılar. Azərbaycan dövrün ən müasir texniki, elmi, tədris tələblərinə cavab verən hərbi tədris bazası qazandı. Heydər Əliyev hərbi-vətənpərvərliyin təbliği işinə də xüsusi qayğı göstərirdi. C.Naxçıvanski, Mehdi Hüseynzadə, Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov kimi İkinci Dünya müharibəsi qəhrəmanları təbliğ olunur, azərbaycanlılarda ulu tarixi olan döyüşkənlik ruhunun sönməsinin qarşısı alınır, məhz Azərbaycan uğrunda şəhidliyin və qaziliyin şərəf, qeyrət, vətəndaş borcu olduğu təlqin edilirdi. Görülən bu böyük işlərin nəticəsi idi ki, azğın erməni qoşunları ölkəmizə qarşı müharibəyə başlayanda SSRİ-nin müxtəlif ərazilərində xidmət edən azərbaycanlı zabitlərin respublikaya könüllü axını başladı. Tarix və məhz bu fakt bir daha təsdiq etdi ki, Heydər Əliyevin dahiliyi, müdrikliyi, uzaqgörən siyasəti olmasaydı, Azərbaycanı peşəkar zabiti, əsgəri, hərb sənəti, ordusu, texnikası, döyüşkənlik ruhu olmayan bir ölkə kimi faciə və fəlakət gözləyirdi. Amma Heydər Əliyevin 60-cı illərdən başlayan fenomenal siyasəti bütün bunların nəinki qarşısını aldı, eyni zamanda dünyada Azəbaycanın hərbi gücünü sübut etdi. Heydər Əliyev yenidən hakimiyyətə gələn gündən ordu quruculuğuna prioritet istiqamət verdi. Bu vacib sahə diletantlardan, naşılardan, “siyasi liderlərin” eksperimentlərindən təmizləndi. Silahlardan təyinatı üzrə döyüş bölgələrində istifadə olunmağa başlandı. Bu gün Azərbaycanda nizami ordu mövcuddur. Ordumuz müstəqil ölkəmizin təhlükəsizliyini ayıq-sayıqlıqla qoruyur. Bu gün Azərbaycan Ordusu hər cür təcavüzkarı yerində oturtmağa qadirdir. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya sübut etdi. Ulu Tanrı seçib-sevdiyi insanlara elə şərəfli, müqəddəs tale bəxş edir ki, onların bir ömrü min ömrə bərabər olur. Belə xoşbəxtlərdən biri də həyatını doğma xalqına həsr etmiş ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. Cəlil Xəlilov, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə son səfəri ölkəmizin, kəlbəcərlilərin həyatında tarixi hadisələrlə yadda qaldı. Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən olan Kəlbəcər 32 ildən sonra öz doğma sakinlərinə qovuşdu. Bu sözləri AZƏRTAC-A-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib. “Kəlbəcər sakinləri, digər keçmiş məcburi köçkünlər kimi uzun illər ərzində doğma Vətən həsrəti ilə yaşayıblar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində evlərindən didərgin düşən kəlbəcərlilər bu günü böyük səbirsizliklə gözləyirdilər. İşğalın davam etdiyi illərdə dövlətimiz məcburi köçkünlərin sosial rifahını daim diqqət mərkəzində saxlayıb, onların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri addımları atıb. Amma təbii ki, öz doğma torpaqlarına qayıtmaq əzmi bir gün də olsa onları tərk etmədi. Kəlbəcərlilər əmin idilər ki, Prezidentimizin qətiyyətli siyasəti, müdrikliyi sayəsində onlar öz doğma torpaqlarına qayıdacaqlar”, - deyə Şahin İsmayılov vurğulayıb. Ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinin dövlətimiz üçün ən prioritet məsələ olduğunu söyləyən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti uzaqgörən və nəticəyə hesablanmış siyasəti ilə bu tarixi günü yaxınlaşdırdı. Prezident-Xalq-Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin Vətən həsrətinə son qoydu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Xüsusilə “Dəmir yumruq” sayəsində Ermənistanın kapitulyasiya aktına imza atması ilə Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu. Komitə sədri bildirib ki, iki il əvvəl bütün dünya ordumuzun qüdrəti sayəsində dövlət suverenliyimizin tam bərpa olunması istiqamətində növbəti tarixi Qələbəmizə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan dövlət suverenliyinin, konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə əzəmətlə və qürurla dalğalanır. Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya nəticəsində bölgədə sabitlik və təhlükəsizliyin əldə edilməsi, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılması, sülhün təmin olunması üzrə tarixi addımların atıldığını söyləyən Şahin İsmayılov deyib: “Azərbaycan, eyni zamanda, tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma fəaliyyətini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətli və genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının diqqəti və birbaşa nəzarəti ilə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, tarixi torpaqlarımızın yüksək inkişaf etmiş regiona, mühüm turizm məkanına çevrilməsi istiqamətində əsaslı addımlar atılır”.
Hamısını oxu