Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Komitə sədri: “Azərbaycan tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma prosesini uğurla həyata keçirir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcərə son səfəri ölkəmizin, kəlbəcərlilərin həyatında tarixi hadisələrlə yadda qaldı. Azərbaycanın ən füsunkar təbiətə malik bölgələrindən olan Kəlbəcər 32 ildən sonra öz doğma sakinlərinə qovuşdu.

Bu sözləri AZƏRTAC-A-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Kəlbəcər sakinləri, digər keçmiş məcburi köçkünlər kimi uzun illər ərzində doğma Vətən həsrəti ilə yaşayıblar. Ermənistanın işğalçılıq siyasəti nəticəsində evlərindən didərgin düşən kəlbəcərlilər bu günü böyük səbirsizliklə gözləyirdilər. İşğalın davam etdiyi illərdə dövlətimiz məcburi köçkünlərin sosial rifahını daim diqqət mərkəzində saxlayıb, onların məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri addımları atıb. Amma təbii ki, öz doğma torpaqlarına qayıtmaq əzmi bir gün də olsa onları tərk etmədi. Kəlbəcərlilər əmin idilər ki, Prezidentimizin qətiyyətli siyasəti, müdrikliyi sayəsində onlar öz doğma torpaqlarına qayıdacaqlar”, - deyə Şahin İsmayılov vurğulayıb.

Ötən illər ərzində torpaqlarımızın işğaldan azad edilməsinin dövlətimiz üçün ən prioritet məsələ olduğunu söyləyən komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti uzaqgörən və nəticəyə hesablanmış siyasəti ilə bu tarixi günü yaxınlaşdırdı. Prezident-Xalq-Ordu birliyinin formalaşdırdığı “Dəmir yumruq” keçmiş məcburi köçkünlərin, o cümlədən kəlbəcərlilərin Vətən həsrətinə son qoydu. Otuz ilə yaxın davam edən işğala son qoyuldu, tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Xüsusilə “Dəmir yumruq” sayəsində Ermənistanın kapitulyasiya aktına imza atması ilə Kəlbəcər bir güllə atılmadan işğaldan azad olundu.

Komitə sədri bildirib ki, iki il əvvəl bütün dünya ordumuzun qüdrəti sayəsində dövlət suverenliyimizin tam bərpa olunması istiqamətində növbəti tarixi Qələbəmizə şahidlik etdi. Cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatları Azərbaycan dövlət suverenliyinin, konstitusiya quruluşunun tam bərpası ilə nəticələndi. Bu gün Azərbaycan Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə əzəmətlə və qürurla dalğalanır.

Azərbaycanın həyata keçirdiyi fəal diplomatiya nəticəsində bölgədə sabitlik və təhlükəsizliyin əldə edilməsi, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin yaradılması, sülhün təmin olunması üzrə tarixi addımların atıldığını söyləyən Şahin İsmayılov deyib: “Azərbaycan, eyni zamanda, tarixinin ən mürəkkəb və genişmiqyaslı bərpa, yenidənqurma fəaliyyətini uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətli və genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının diqqəti və birbaşa nəzarəti ilə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, tarixi torpaqlarımızın yüksək inkişaf etmiş regiona, mühüm turizm məkanına çevrilməsi istiqamətində əsaslı addımlar atılır”.

 

2025-08-25 16:38:41
2820 baxış

Digər xəbərlər

Veteranlar şəhid leytenant Sərvan Göyüşovun ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri 16 yanvar 2023-cü il tarixində 44 günlük Vətən Müharibəsi şəhidi leytenant Göyüşov Sərvan Mehman oglunun ailəsini ziyarət edib, ailənin qayğı və problemləri ilə maraqlanıb. Dövlətin bütün  şəhid ailələri kimi onlara da böyük qayğı və diqqətlə yanaşdığını bildirən şəhidin ailə üzvləri, buna görə ölkə başçısına öz təşəkkürlərini bildiriblər. Xatırladaq ki, şəhidimizin atası Mehman Göyüşov da I Qarabağ müharibəsi əlilidir. Mehman Göyşovun qardaşı isə I Qarabağ müharibəsində şəhid olub. Seymur ƏLİYEV

Hamısını oxu
Sabirabad rayonunda daha bir şəhid məzarı ad günündə ziyarət edilib

Mayın 2-də Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən rayon ziyalıları Cavad kənd qəbiristanlığında şəhid mayor Məmmədov Anar Elşad oğlunun məzarını ziyarət edib, şəhidin məzarı üstünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər önündə çıxış edən  Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin əsrlər sonra da xalqımızın qəlbində yaşayacağını vurğulayıb.   Şəhidin qızı Zeynəb Məmmədli də çıxış edərək atası Anar haqqında ürək sözlərini bildirib, ona olan sevgi və heyranlığını vurğulayıb.   Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, o cümlədən digər yetkililər iştirak edib.   Xatırladaq ki, şəhid Anar Məmmədovun qaynatası Heydər Həmidov da Birinci Qarabağ müharibəsində şəhid olub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaqda belə filmlərin rolu olduqca böyükdür”

  Məşhur Məmmədov: “Üzləşdiyimiz bəlaların bir çoxuna səbəb məhz unutqanlığımız olub”   “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm”   Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən “Vətən naminə”, “Erməni vandalizmi”, “Qarabağın tarixi-dini abidələri” sənədli filmləri, o cümlədən Komitənin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Azərbaycan Bibliya Cəmiyyəti”nin sifarişi ilə ərsəyə gələn “Mənəvi borc” filmi Xəzər televiziyasında nümayiş etdirilib.   Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi, habelə erməni vandalizmi tərəfindən törədilən vəhşiliklərin unudulmaması baxımından bu cür filmlərin hazırlanmasının tarixi-ictimai və mənəvi əhəmiyyəti nədən ibarətdir?  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan bu filmləri xalqımız və dövlətimiz qarşısında mühüm tarixi xidmət kimi dəyərləndirmək mümkündürmü?   Saytımıza açıqlama verən millət vəkili Məşhur Məmmədov bu kimi filmlərin bugünümüzlə yanaşı, gələcəyimiz baxımından da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:   “Tarix sübut edir ki, bizim başımıza gələn bir çox bəlalara səbəb məhz bizim unutqanlığımız olub. Elə buna görə də tariximiz, keçmişimizlə bağlı həqiqətləri daim diqqət mərkəzində saxlamaq, onların unudulmasına yol verməmək üçün bu cür filmlərin çəkilməsi vacibdir.   44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi. Hərbçilərimiz düşmən işğalındakı torpaqları çox qısa zamanda işğaldan azad etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra bir bir daha şahid olduq ki, düşmən bu torpaqlarda böyük vəhşiliklər, dağıntılar və talanlar həyata keçirib.   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, eləcə də sözügedən komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çəkilən filmlərdə həm xalqımızın müharibədə göstərdiyi əzm və fədakarlıq, həm də erməni faşizminin anti-insani mahiyyəti parlaq şəkildə öz əksini tapır. Bu filmlər tariximizin qorunması, olduğu kimi xatırlanması, yaşadılması üçün mühüm önəm kəsb edir. Bugünün həqiqətlərini sabahkı nəsillərə çatdırmaq üçün belə filmlərin çəkilməsi olduqca əhəmiyyətlidir. Bu cür filmlər gələcək nəsillərə imkan verəcək ki, onlar tariximizə dərindən bələd olsunlar, üzləşdiyimiz bəlalardan dərs çıxarsınlar və daim ayıq-sayıq olsunlar.   Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə ərsəyə gətirdiyi filmlərə görə təşəkkür edirəm. İnanıram ki, həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də digər dövlət qurumlarının dəstəyi ilə bu cür filmlərin hazırlanması gələcək nəsillərin maariflənməsi baxımından mühüm rol oynayacaq, hər zaman gələcək nəsillərə hərbçilərimizin qəhrəmanlığından, erməni vandallarının törətdiyi vəhşiliklərdən danışacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Almaniyada əsir düşərgəsində azərbaycanlı əsirlərə həsr olunmuş xatirə lövhəsinin açılışı olub

Mayın 7-də Almaniyadakı Daxau əsir düşərgəsində İkinci Dünya müharibəsi zamanı burada saxlanılmış Azərbaycandan olan əsirlərin xatirəsinə lövhə açılıb. Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyilə hazırlanan xatirə lövhəsi Azərbaycan və alman dillərində hazırlanıb və Daxau Memorial Kompleksinin xatirə zalında yerləşdirilib. Xatırladaq ki, 1933-cü ildə yaradılmış Daxau əsir düşərgəsi Almaniyada yaradılan ilk əsir düşərgəsi olub. Bu düşərgədə nasist rejim ilk illərdə öz siyasi rəqiblərini saxlasa da, İkinci Dünya müharibəsi başladıqdan sonra 25 min Sovet əsgəri və mülki vətəndaşı bu düşərgəyə gətirilərək, burada müxtəlif işgəncələrə məruz qoyulub, bir çoxları da qətlə yetirilib.   Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Daxau arxivlərində aparılmış araşdırmalar nəticəsində Azərbaycan əsilli əsgərlərin də burada saxlanıldığı məlum olub, onların adları, doğum tarixləri və yerləri müəyyənləşdirilib. Xatirə lövhəsinin açılışı münasibətlə keçirilən mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycanın faşizm üzərindəki qələbənin əldə olunmasına verdiyi böyük töhfələrdən danışıb, 700 min azərbaycanlının ön cəbhədə faşizmə qarşı döyüşdüyünü, onlardan 300 mininin həlak olduğunu qeyd edib. Səfir Sovet ordusunun istifadə etdiyi benzinin 80%-nin, sürtgü yağlarının isə 90%-nin Azərbaycan neftçiləri tərəfindən istehsal edildiyini, bu faktın özünün qələbənin qazanılmasında həlledici rol oynadığını qeyd edib. N.Ağayev, hər il bir milyondan çox insanın ziyarət etdiyi Daxau Memorial Kompleksində Azərbaycandan olan əsirlərin xatirəsinin əbədiləşdirilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Səfir burada saxlanılmış əsirlərin və onlara qarşı törədilənlərin unudulmaması üçün apardığı yorulmaz fəaliyyətə görə Memorial Kompleksin rəhbərliyinə öz təşəkkürünü bildirib. Sonra Daxau Memorial Kompleksinin aparat rəhbəri Albert Knoll, Alman-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şlayer və Münhen ravvini Aviqdor Bergauz çıxış ediblər. Çıxışlarda indiki və gələcək nəsillərin Daxauda baş vermiş cinayətlər haqda maarifləndirilməsinin vacibliyi vurğulanıb, bu səpkidə Azərbaycan əsirlərinin xatirəsinin əbədiləşdirilməsinin yüksək önəmi qeyd edilib. Foto    

Hamısını oxu