Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə təbrik edib.

Veteran.gov.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Mehriban xanım!

Sizi ad gününüz münasibəti ilə bütün veteranlar adından təbrik edir, xalqımız və dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Sizin istər Birinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondunun Prezidenti kimi bütün kateqoriyadan olan vətəndaşlara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyiniz diqqət və qayğı, onlara münasibətdə sərgilədiyiniz sevgi və həssaslıq bütün cəmiyyətdə rəğbət və məmnunluqla qarşılanmaqda, Sizə olan ümumxalq sevgisini artırmaqdadır.

Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr yüz minlərlə insanın sosial rifahına bilavasitə təsir göstərməkdə, ölkəmizin çiçəklənməsinə, onun inkişafına xüsusi töhfə verməkdədir.

Sizin rəhbərliyinizlə həyata keçirilən humanitar aksiyalar, mədəni tədbirlər sadəcə respublikamızı deyil, onun hüdudlarından uzaqları da əhatə etməkdə, bütün dünyaya Azərbaycan xalqının humanizmini, bəşəri dəyərlərini tanıtmaqdadır.

Hörmətli Mehriban xanım!

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq əminik ki, Prezident İlham Əliyevin və Sizin rəhbərliyiniz altında dövlətimizin uğurlu inkişafı davam edəcək, vətənimiz Azərbaycan öz tarixi nailiyyyətləri, sürətli tərəqqisi ilə bütün dünyanı bundan sonra da heyrətləndirəcəkdir.

Bir daha ad gününüzü təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayırıq”.

 

Dərin  hörmətlə,

Rəyasət Heyəti adından

 

Azərbaycan Respublikası Müharibə, Əmək və

Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri                             

Müharibə və əmək veteranı,

Prezident  təqaüdçüsü  Fatma Səttarova

 

2022-08-24 12:48:00
1009 baxış

Digər xəbərlər

Prezidentin köməkçisi KİV və QHT-lərlə görüşlərinin əsas məqsədlərini açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”. Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci  ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”. Ramiz Mikayıloğlu  

Hamısını oxu
Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hamısını oxu
Nəsimi rayon Veteranlar Təşkilatının sədri İkinci Dünya müharibəsinin iştirakçısı Fərəcov İsmayıl Mövsüm oğlu

       Hörmətli İsmayıl  müəllim ! Təşkilatın bütün kollektivi adından Sizi anadan olmağınızın 95 illiyi  münasibəti ilə  səmimi qəlbdən təbrik edirik. Veteran hərəkatında fəal iştirakınız və gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunmasında xüsusi xidmətləriniz təqdirə layiqdir. Sizə möhkəm can sağlığı, ailə səadəti  və gələcək  işlərinizdə daha  böyük  uğurlar  arzulayırıq.

Hamısını oxu
Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik cənab Zakir Həsənova

Hörmətli Zakir müəllim! 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Sizi və Nazirliyin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, çətin və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan Xalq Cümhuriyyəti dövründən qurulan Silahlı Qüvvələrimiz həqiqətən şanlı, qurur doğurası tarixi yol keçib. İlk demokratik respublikasının müdafiəsindən başlanan bu yolun cığırdaşları olan insanlar çətin şəraitə baxmayaraq, qısa müddətdə həqiqətən güclü, nizami ordu yarada bilmişdilər. Son 28 ildə Silahlı Qüvvələr sıralarında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün müdafiəsində sayıq dayanan əsgər və zabitlər onların davamçıları olmaları ilə fəxr edə bilərlər. Azərbaycanın bu gün müasir, güclü orduya malik olmasında həmin ənənələrin də özünəməxsus yeri vardır. Xüsusilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə ölkədə digər sahələrdə olduğu kimi ordu quruculuğu prosesində də tarixi varislik prinsipi əsas götürülmüşdür. Məhz bunun, həmçinin beynəlxalq təcrübənin mənimsənilməsinin nəticəsidir ki, bu gün Azərbaycan istənilən vəzifənin öhdəsindən gəlməyə qadir nizami və peşəkar Orduya  malikdir. Hazırda bu proses Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə görülən işlərdə rəhbərlik etdiyiniz Nazirliyin xüsusi rolu və yeri vardır. Biz bunu yüksək qiymətləndirir və Qələbə naminə gərgin fəaliyyətinizi təqdirəlayiq hesab edirik. İnanırıq ki, Cənubi Qafqazın ən müasir və güclü ordusu olan Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından qurtarmağa, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir və həmin gün uzaqda deyil. Sizi və bütün şəxsi heyəti bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, xidməti işinizdə uğurlar, cansağlığı və ailələrinizə firəvanlıq arzulayıram.   Hörmətlə,   Respublika Veteranlar  Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu