Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti erməni təxribatı ilə bağlı bəyanat yayıb

Veteran.gov.az  xəbər verir ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Ermənistan Silahlı Qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın istiqamətlərində həyata keçridiyi  genişmiqyaslı təxribatla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

 

 “ AzGƏC-in rəhbərliyi böyük  təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-dən 13-nə keçən gecə saatlarında bütün beynalxalq normaları, Azərbaycan və Rusiya ilə bağlanmış üçtərəfli Bəyanatın şərtlərini eləcə də son olaraq Brüssel danışıqları növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir.

Az.GƏC-in hər bir üzvü Ermənistanın növbəti təxribatını beynəlxalq hüquq normalarına zidd və Azərbaycana qarşı məqsədli şəkildə etnik düşmənçilik niyyəti ilə atəşkəsin pozulması kimi hərbi təxribatları dünyəvi hüquq və azadlıqların kobud şəkildə pozulması faktı kimi qiymətləndirir.

Bütün bunlar Ermənistan rəhbərliyinin bölgədə sülhün tərəfdaşı olmadığını və  Azərbaycan Respublikasına və Azərbaycan millətinə qarşı yürütdüyü mənfur siyasətin nümunəsidir. 

Az.GƏC beynəlxalq təşkilatlar eləcə də Ermənistanın havadralarına səslənərək bu ədalətsizliyin və vandallığın dər hal dayandırlmasını və azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənərək dinc sakinlərin öz evlərinə geri dönmələrinə və  bölgədə sülhün bərqərar omasına dəstək göstərilməsinə çağırır.

Sülhün bərqərar olması bu hadisələrin qarşısını almaqla ölkədə əlilliyin səviyyəsinin aşağı salmasına da yardım edir. Belə ki bu hadisələr yüzlərlə insan itkisi və vətəndaşların müharibə əlili olmasına gətirib çıxarır.

Azərbaycan suveren, dünyəvi və sülsevən ölkə olaraq  qonşu ölkələrə ərazi iddiasında olmamış və heç bir zaman da hər hansı hərbi təxribatı dəstəkləmişdir.

AzGƏC ölkəmizə qarşı yönələn bu təxribatı qəti şəkildə pisləyərək şəhid olmuş bütün hərbiçilərin ailələrinə dərin hüzünlə başsağlığı verərək onlara uca tanrıdan səbr və dözüm diləyir.

AzGƏC xalqımızı bu çətin zamanda baş vermiş hadisə ilə əlaqədar həm daxildə həmdə ölkə xaricində sapı özüzmüdən olan baltaların yanlış infosmasiyalarına  inanmamağa və ölkə başçısı, Ali baş komandan cənab prezident İlham Əliyevin ətrafında birləşərək dəyanətli olmağa çağırır”.

 Seymur ƏLİYEV

 

2022-09-14 18:29:00
1100 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Zakir Məcidov: Səmamızın şahini

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu hadisələr sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igidləri qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayır. Onlardan biri də Birinci Qarabağ Müharibəsinin Şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zakir Nüsrət oğlu Məcidovdur.  Zakir Nüsrət oğlu Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Bakıda başa vurduqdan sonra, Zakir Məcidov 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub həmin məktəbi bitirərək, leytenant rütbəsi alıb. Vətənə dönən Zakir Məcidov Yevlax aviadəstəsində “AN-2” təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. Bakı aviabölüyündə mexanik, Zabrat aviabölüyündə “AN-2” təyyarəsində yenidən yay uçuşlarında işləyib. 1980-ci ildə  təyinatla Zabrat aviadəstəsində “AN-2” təyyarəsinin komandiri təyin edilib. Gənc leytenant 7 il bu müəssisədə çalışıb. İstehsalatdan ayrılmadan, ixtisasını artırmaq üçün Ukraynanın Kremençuk Təyyarəçilər Məktəbində “Mİ-2” vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçib. Nəhayət, “Mİ-2” vertolyotunda heyətin komandiri təyin olunub. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, keyfiyyətli uçuşlara görə “Mİ-2” vertolyotuna baş komandir keçirilib. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri olub. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Zakir Məcidov, ordakı vəziyyəti görüb, buna biganə qala bilməyib və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olub. Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan “N” saylı hərbi hava hissəsində “Mİ-24” vertolyotlarından birinə komandir təyin olunub. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb. Onun uğurlu əməliyyatlarından biri də 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyində baş tutur. Düşmənə dəfələrlə zərbələr endirən Mİ-24 vertolyotu düşmənin diqqətini özünə çox çəkir. Nəzarətdə saxlanılan vertolyotu vurmaq üçün düşmən artıq məqam axtarır. Bunu hiss edən Zakir isə düşənə aman verməyərək onlara öz şücaətini göstərir. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələyib. Sayıqlığını itirməyən igid komandir çox çalışıb ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Vurulan vertolyot düşmən ərazisinə düşür və Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olur. Qəhrəmanımız Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur. Qeyd edək ki, vətən torpaqlarının qorunması üçün fədakarlıq göstərən Zakir Məcidov hərbi hissə qarşısındakı döyüş tapşırıqlarını yerinə yetirib şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Zakir Məcidov ən yüksək zirvəni qazanaraq qəhrəmanlığı ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacardı. Xalq belə oğulları ilə hər zaman qürur duyur.                                            Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                             polkovnik     Cəlil Xəlilov

Hamısını oxu
Vətənpərvər iş adamı şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi təşkil edib

Veteran.gov.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ərəfəsində vətənpərvər iş adamı Səfər Əlirzayevin təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi keçirilib.  Bu mənalı və unudulmaz tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizə isə dərin minnətdarlığın ifadəsi oldu. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə və onların ailələrinə dərin hörmət, ehtiram və minnətdarlığı ifadə etmək olmuşdur. Tədbir zamanı şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılmış, göstərdikləri misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıq xüsusi vurğulanmışdır. Tədbir çərçivəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət üçün prioritet istiqamət olduğu bir daha diqqətə çatdırılmış, bu sahədə həyata keçirilən ardıcıl və davamlı fəaliyyətlər qeyd olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, Səfər Əlirzayev hər zaman şəhid və qazi ailələrinin yanında olmuş, onlara mənəvi dəstək göstərmiş, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində davamlı mövqe sərgiləmişdir. Onun bu kateqoriyadan olan ailələrə göstərdiyi diqqət və həssas münasibət tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir. “Fateh” adlı bu tədbir şəhid və qazi ailələrinə mənəvi dəstəyin göstərilməsi ilə yanaşı, cəmiyyətimizdə birlik, həmrəylik və milli-mənəvi dəyərlərə sədaqət ruhunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Proqram çərçivəsində təqdim olunan rəsmi çıxışlar və bədii hissələr tədbirin ümumi məzmununa və ruhuna uyğun şəkildə təşkil olunmuş, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tədbirin sonunda bir daha qeyd edilmişdir ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qazilərimiz və onların ailələri isə dövlətimizin və cəmiyyətimizin daimi diqqət və qayğısı ilə əhatə olunacaqlar. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.  

Hamısını oxu
Gənclərdə milli ruhun gücləndirməsi

26  May 2016 - cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatında Respublika gününə həsr edilmiş adlı konsert proqramı baş tutdu. “Gənclərdə milli ruhun gücləndirməsi” şüarı altında keçırilən konsert proqramının təşəbbüskarları Bakı  Slavyan Universiteti tələbələri idi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə baş tutdu.Daha sonra ölkəmiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xaritəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının əməkdaşı Səidə Abdullayeva açaraq, qonaqları salamladı və iki nəslin Şərqdə ilk demokratik ölkə olan Azərbaycanımızın yaranma gününü qeyd etməsinin simvolik məna daşıdığını vurğuladı. Sonra çıxış üçün söz Müharibə , Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının sədri, e.o. general- mayor Dadaş Rzayevə təqdim olundu. O, veteranları və gəncləri salamlayaraq, Respublika gününün əlamətdar bir hadisə olduğunu qeyd etdi. O cümlədən, müstəqillik uğrunda canından keçmiş şəxslərə və vetranlara göstərilən dövlət qayğısından danışdı. Gənclərin bu təşəbbüsünü alqışlayaraq, onlara təhsildə və ictimai həyatda uğurlar arzuladı. Ardınca söz alan tələbə - layihənin təşkilatçılarından biri Xanım Bünyatova 28 may Respublika günü munasibətilə hər kəsi təbrik etdi, təşkilata, veteranlara onlara yaradılan şəraitdən dolayı təşəkkürünü bildirdi. Gənclərdə milli ruhun güclənməsində veteranların rolundan danışdı, sözü BSU pedaqoji kollektivini təmsil edən, dosent Lalə xanıma təqdim etdi. Lalə xanım, gənclərin vətənpərvərlik tərbiyəsinin onların təhsilində böyük əhəmiyyəti olduğunu vurğuladı. Çıxışlardan sonra bədii hissə musiqisi bəstəkar Sevinc Tofiqqızının  vətənpərvəlik mövzusunda çəkilmiş “İgidlər yurdusan, ey Azərbaycan” adlı klip nümayişi ilə başlandı. Bəstəkər Sevinc xanım musiqinin ərsəyə gəlməsindən danışdı və bu musiqinin Qarabağda səslənməsini arzuladı.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov BSU-da Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masada iştirak edib

Veteran.gov.az bsu-uni.edu.az-a istinadən xəbər verir ki, iyunun 24-də Bakı Slavyan Universitetində (BSU) 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev qalib ölkənin Silahlı Qüvvələr Gününü öz ölkəsinin ərazi bütövlüyünü təmin etmiş xalqın nümayəndələri kimi qeyd etmənin qürur olduğunu deyib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı canlarından keçərək azad etdiyini bildirib. Vətən uğrunda canından keçən şəhidlərin sırasında BSU məzunlarının da olduğunu vurğulayan rektor BSU-nun öz qəhrəman məzunları ilə hər zaman fəxr etdiyini və həmişə də fəxr edəcəyini deyib. Anar Nağıyev həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda, şanlı Silahlı Qüvvələrin qələbəsinin təmin olunması işində universitetin professor-müəllim heyəti, əməkdaşları, tələbələri hər biri öz sahəsində elmi və akademik çərçivədə də müxtəlif dillərdə ölkəmizin haqq səsinin dünyanın fərqli coğrafiyalarında eşidilmələri üçün əllərindən gələni ediblər. Anar Nağıyev deyib ki, Azərbaycanın Silahlı Qüvvələrinin uğurlu formalaşması məhz vaxtilə Ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətin, onun milli zabit kadrların hazırlanmasına göstərdiyi xüsusi diqqətin davamı olaraq, Prezident Ilham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində apardığı islahatların nəticəsidir. Anar Nağıyev gənclərin Vətəni, onun tarixini, azərbaycançılıq ideyasını anlamaq, onu başa düşmək, təbliğ etmək və daha da inkişaf etdirmək kimi bir missiya daşıdığını bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətinə toxunan rektor geniş kontekstdə BSU-nun və bütövlükdə gənclərlə çalışan insanların üzərinə də böyük məsuliyyət düşdüyünû qeyd edib. "Bizim işimiz təkcə yaxşı kadr yetişdirmək deyil, ilk növbədə, vətəndaşlarımızın Vətənə, dövlətə, tarixinə, dövlətçiliyinə sadiq insanlar kimi formalaşmasıdır" - deyə o, vurğulayıb. Sonra Azərbaycan Ordusunun yaranması tarixi ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov BSU-nun yetişdirdiyi mütəxəssislərin Azərbaycan ordusunda qəhrəmanlıq göstərərək, Azərbaycanın ən ali oden və medallarına layiq görüldüklərini diqqətə çatdırıb. O, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, həmin dövrdə baş verən ictimai-siyasi proseslərdən söz açıb. BSU ETLL-nın rəhbəri Sadir Məmmədov “Azərbaycan Respublikası Silahlı Qüvvələri xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etdi”, Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müəllimi Ərzuman Əmirov “Müasir dövr hərb tarixi”, Tələbələrlə iş şöbəsinin müdiri Əli İsmayılov “Ordumuzun 44 günlük müharibədə zəfəri” mövzularında məruzələrlə çıxış ediblər. Dəyirmi masa “Zəfər soraqlı Azərbaycan Ordusu” videoçarxının nümayişi ilə yekunlaşıb.  

Hamısını oxu