Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənpərvər iş adamı şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi təşkil edib

Veteran.gov.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ərəfəsində vətənpərvər iş adamı Səfər Əlirzayevin təşəbbüsü ilə Naxçıvanda yaşayan şəhid və qazi ailələrinin iştirakı ilə “Fateh” adlı Yeni il şənliyi keçirilib. 

Bu mənalı və unudulmaz tədbir Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizə isə dərin minnətdarlığın ifadəsi oldu.

Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə və onların ailələrinə dərin hörmət, ehtiram və minnətdarlığı ifadə etmək olmuşdur. Tədbir zamanı şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılmış, göstərdikləri misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıq xüsusi vurğulanmışdır.

Tədbir çərçivəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının dövlət və cəmiyyət üçün prioritet istiqamət olduğu bir daha diqqətə çatdırılmış, bu sahədə həyata keçirilən ardıcıl və davamlı fəaliyyətlər qeyd olunmuşdur. Xüsusilə vurğulanmışdır ki, Səfər Əlirzayev hər zaman şəhid və qazi ailələrinin yanında olmuş, onlara mənəvi dəstək göstərmiş, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində davamlı mövqe sərgiləmişdir. Onun bu kateqoriyadan olan ailələrə göstərdiyi diqqət və həssas münasibət tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilmişdir.

“Fateh” adlı bu tədbir şəhid və qazi ailələrinə mənəvi dəstəyin göstərilməsi ilə yanaşı, cəmiyyətimizdə birlik, həmrəylik və milli-mənəvi dəyərlərə sədaqət ruhunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Proqram çərçivəsində təqdim olunan rəsmi çıxışlar və bədii hissələr tədbirin ümumi məzmununa və ruhuna uyğun şəkildə təşkil olunmuş, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Tədbirin sonunda bir daha qeyd edilmişdir ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, qazilərimiz və onların ailələri isə dövlətimizin və cəmiyyətimizin daimi diqqət və qayğısı ilə əhatə olunacaqlar.

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin.

 

2025-12-24 15:32:00
2541 baxış

Digər xəbərlər

Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbində “Gələcəyimizə çıraq ol” layihəsi gerçəkləşib

Xalqımızın Ümummilli lideri, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu və bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətdə uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur və bu gün müstəqil Azərbaycanın uşaqları dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə tam əhatə olunmuşdur. Müəllim Jalə Qurbanlı və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Aygül Qurbanova tərəfindən təşkil olunmuş “Gələcəyimizə Çıraq ol” layihəsinin təşkil olunduğu növbəti ünvan Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbi olmuşdur. 05 mart 2023-cü il tarixdə həmin məktəbdə 70-dən yuxarı aşağı sinif şagirdləri üçün müxtəlif master-klasslar həyata keçirilməklə təşkil olunmuş layihənin məqsədi məktəblilərin yaddaşlarında xoş iz buraxmaq, onların asudə vaxtının səmərəli keçirilməsi, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsi, estetik zövqünün formalaşması, yaradıcılıq qabiliyyətlərinin inkişafına az da olsa, yardım etmək olmuşdur. Belə ki, “AzeRobot Education” Robototexnika tədris mərkəzinin rəhbəri İmamir Mirzoyevanın yaxından dəstəyi ilə həmin tədris mərkəzinin mentorları Murad Hüseynov və İbrahim İbrahimlinin təşkil etdiyi robototexnika master klassları uşaqların istedadlarının üzə çıxarılması və təlim zamanı yiyələndikləri bacarıqların praktiki tətbiq edilməsi sayəsində uşaqlar müxtəlif robotlar hazırlayaraq və həmin robotlarla yarışaraq səmərəli zaman keçirmişlər. Bundan başqa, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor əvəzi Nailə Məmməd-zadə və Akademiyanın orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayevin dəstəyi ilə BXA-nın bir qrup müəllimi və tələbələri Nihad Hüseynzadə, Səma Əzməmmədzadə rəqsin incəliklərini uşaqlara öyrədərək, estetik zövqlərinin formalaşmasına köməklik göstərmişdir. Eyni zamanda, Teatral Studiya Uşaq Aktyorluq Akademiyasının bədii rəhbəri Səbinə Məmmədzadənin dəstəyi ilə Teatral Studiya aktyorları uşaqlara maraqlı səhnəciklər və eləcə də, aktyorluq sənətinə dair master klass təşkil etmişdirlər. Layihədə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.

Hamısını oxu
Güləşçilərimizdən tarixi uğur: Millimiz Avropa üçüncüsü oldu

Veteran.gov.az awf.az-a istinadən xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz uğurlu nəticəyə imza atıb. Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Hamısını oxu
Xətai rayonunda ,,Öncə vətəndir ,, adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə   Bakı şəhəri Xətai  rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin  şöbə müdiri Pənah İmanov, Rayon   Ağsaqqallar     Şurasının     sədri  İzzət     Rüstəmov , müavini Nizami Hüseynov,  VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.   Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər.   Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan  Respublikasının Milli Qəhrəmanı Məzahir   Rüstəmovun  atası  İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını  həmişə uca tutmağın vacibliyindən danışıb.   Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki,  xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb.   Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri  Pənah İmanov rayon ərazisində  vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb.   Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir.   Tədbirin sonunda  xatirə şəkli çəkilib.    

Hamısını oxu
Köksünü düşmən pulemyotuna sipər edən Sovet İttifaqı Qəhrəmanı: Gəray Əsədov!

Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olub. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışıb.   1942-ci ildə hərbi xidmətə gedib. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşüb, Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak edib.   1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Əlbəyaxa döyüşlər zamanı göstərdiyi şücaət onun şan-şöhrətini daha da artırıb. Xüsusilə Xuedin şəhəri uğrunda döyüşlərdə düşmən minomyotunun heyətini məhv edərək şəxsən özü minomyotun arxasına keçib və onun üzünü düşmən istiqamətinə çevirərək xeyli canlı düşmən qüvvəsini məhv edib. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov "Qırmızı Bayraq ordeni"nə layiq görülüb. 1944-cü il oktyabr ayının 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub, qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmənin dəzgah pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra – 1945-ci ilin 24 mart tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilib. Məzarı vətənimizdən uzaqlarda olsa da, xalqımız igid oğlunun adını həmişə əziz tutur.

Hamısını oxu