Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıt Tibb Mərkəzi və tabe müəssisələrdə Anım Günü ilə bağlı tədbirlər keçirilib

Sumqayıt Tibb Mərkəzi və tabeliyində olan tibb müəssisələrində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.

Veteran.gov.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin sosial şəbəkədəki rəsmi hesabında məlumat verilib. Məlumatda deyilir:

“Tədbirlərdə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirlərində 44 günlük zəfər savaşından geniş söhbət açılıb.

Çıxış edənlər şəhid adının müqəddəsliyindən danışıb, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.

STM-in kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhlarına ehtiramlarını ifadə ediblər, məzarları üzərinə gül dəstələri düzüblər”.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Sumqayıtda şəhid ailələri və müharibə qazilərinə həm Sumqayıt Şəhər İcra Hakimiyyəti, həm də Sumqayıt Tibb Mərkəzi tərəfindən ciddi qayğı və diqqət göstərilir, məlum kateqoriyaya daxil olan insanların hər bir müraciətinə xüsusi həssaslıqla yanaşılır.

Seymur ƏLİYEV

 

2022-09-28 08:35:00
975 baxış

Digər xəbərlər

Mehriban Əliyevadan şəhid ailələrinə böyük jest

2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadə və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dərhal müsbət münasibət bildirib. Axar.az xəbər verir ki, bu barədə “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova məlumat yayıb. S.Orucova ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Hər iki ailəmiz uzun müddətdir ki, çətin şəraitli, qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar. Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş vermişdir. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcəkdir. Mehriban xanımın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı duymaya, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. “Zəfər” Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".

Hamısını oxu
İlham Əliyev Rusiyaya GETDİ

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib. Publika.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.     

Hamısını oxu
Ermənistan öz sərhədlərini artıq qoruya bilmir

                        

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Daxili Qoşunları təbrik edib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümü münasibəti ilə DİN-nin Daxili Qoşunlarının bütün şəxsi heyətini təbrik edib. Təbrik müraciətində deyilir:   “Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü, suvetrenliyi uğurunda gedən müharibələrdə yaxından iştirak edən, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 gün davam edən Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atan DİN-nin Daxili Qoşunlarının yaranmasının 29-cu ildönümüdür. Bu tarixi gün münasibəti ilə Daxili Qoşunların bütün şəxsi heyətini təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıram.   Daxili Qoşunlar Birinci Qarabağ müharibəsinin gedişatında yaranan, döyüşlərdə möhkəmlənən, öz mövcudluğunu cəsarəti və qəhrəmanlığı ilə isbatlayan qoşun növüdür. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndləri uğrundakı döyüşlərdə iştirak edib. Bu döyüşlər zamanı çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev şəhid olublar. Hansı ki, onlar Daxili Qoşunların ilk şəhidləri hesab edilir və elə buna görə də həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. I Qarabağ müharibəsi zamanı Daxili Qoşunların şəxsi  heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.   Daxili Qoşunların Birinci Qarabağ müharibəsindəki qəhrəmanlığı, düşmənə qarşı əzmkar mübarizəsi ulu öndər Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, məhz ümummilli ldierin 9 mart 1995-ci il tarixli Fərmanı ilə 12 mart Daxili Qoşunlar Günü elan edilib.   Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində də Daxili Qoşunlar işğaldakı torpaqlarımızın azad edilməsində fəal iştirak edib, misilsiz qəhrəmanlıqlara imza atıb. Möhtərəm prezidentimiz, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev tərəfindən Vətən müharibəsindəki qəhrəmanlıqlarına görə Daxili Qoşunların hərbçilərinin çoxsaylı orden və medallarla təltif edilməsi də bu həqiqətin ali isbatıdır.   Mən bu tarixi gün münasibəti ilə bir daha Daxili Qoşunları təbrik edir, onun bütün şəxsi heyətinə xidməti fəaliyyətində müvəffəqiyyətlər arzulayıram. Daxili Qoşunlar və onların ərazi bütövlüyümüz uğrundakı mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindən biridir və bu tarix hər zaman qürur hissi ilə xatırlanacaq”.   Seymur ƏLİYEV

Hamısını oxu