Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illiyi münasibətilə Cəlilabad rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibətilə Cəlilabad rayonunda tədbir  keçirilib. Cəlilabad rayon Veteranlar  Təşkilatının təşkilatçılığı ilə şənbə günü keçirilən yubiley tədbirində  rayon Veteranlar  Təşkilatının sədri, şair-publisist Ədalət Salman Azərbaycan Veteranlar Təşkilatının yaranma tarixindən və onun səmərəli fəaliyyətindən ətraflı danışıb, tədbir iştirakçılarına rayon təşkilatının gördüyü işlər haqqında da məlumat verib.

Əmək və müharibə veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Veteranlar Təşkilatına yeni üzv qəbul edilmiş 27 nəfər Əmək, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına vəsiqələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etdiyinə görə bir qrup veteran yubiley münasibəti ilə Fəxri Fərmanlarla təltif edilib.

Tədbirdə çıxış edən veteranlar Azərbaycan Veteranlar Təşkilatının ünvanına xoş sözlər söyləyib, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.

 

 

2022-10-17 11:47:00
1125 baxış

Digər xəbərlər

Ucar Gənclər Evinin təşkilatçılığı ilə "Anım Günü "ndə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ucar Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr 2021 - ci il tarixində " Anım Günü " ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib.   Tədbirdə şəhid ailələri, Ucar rayon könüllüləri və Ucar Gənclər Evinin əməkdaşları iştirak edib.   Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!  

Hamısını oxu
“Əsrin müqaviləsi” – milli tərəqqiyə aparan yolun başlanğıcı

Bu gün dünyada güclü, nüfuzlu və qalib ölkə kimi tanınan Azərbaycanın müstəqillik illərində mühüm nailiyyətlər qazanaraq öz iqtisadi və siyasi imkanlarını artırmasında vacib rol oynayan amillərdən biri uğurlu enerji siyasətinin həyata keçirilməsidir. Enerji ehtiyatlarından səmərəli istifadə olunaraq ölkənin milli gücünün artırılması siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Xüsusilə də, 20 sentyabr 1994-cü il tarixində "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açıldı, ölkəmizin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yarandı. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Təbii ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkədə sabitliyin, təhlükəsizliyin hökm sürməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayının artmasına səbəb oldu və bu, imzalanan sazişlərdə, anlaşma memorandumlarında öz əksini tapdı. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən “Əsrin müqaviləsi”  yenicə müstəqillik əldə etmiş Azərbaycanın dünya birliyi ilə tərəfdaşlığının həlledici amillərindən birinə çevrildi.   Praqmatik enerji strategiyası Azərbaycanın milli gücünün artmasını şərtləndirib   Təqdirəlayiq haldır ki, Ümummilli Liderimizin müəllifi olduğu neft strategiyasının Onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizə böyük üstünlüklər qazandırıb. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz  kəmərlərinin istifadəyə verilməsi də Azərbaycanın regionun lider ölkəsinə çevrilməsini şərtləndirən mühüm amillərdən biri olub. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin, daha dəqiq desək, «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni sazişin imzalanması, müddətin 2050-ci ilə qədər uzadılması isə Azərbaycanın iqtisadi uğurlarının, ötən dövr ərzində dünyada yeri və rolunun, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinin təqdimatı oldu. Beləliklə, Azərbaycanın enerji siyasətində yeni mərhələnin əsası qoyuldu. Digər tərəfdən, Azərbaycanın təşəbbüsü, moderatorluğu və liderliyi ilə reallaşdırılan layihələr çoxtərəfli əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsinə səbəb olub. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, onun əsas seqmentlərindən olan TANAP-ın və TAP-ın istifadəyə verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.   “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb   Bütövlükdə, Azərbaycanın uğurlu enerji strategiyası və reallaşdırılan layihələr çərçivəsində davam etdirilən genişmiqyaslı əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə töhfədir. Bununla yanaşı, enerji layihələri həm də Azərbaycan iqtisadiyyatının inkişafına yeni stimuldur. Belə əməkdaşlıqlar nəticəsində əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına dəstəkdir. “Qara qızıl”ın intellektual kapitala çevrilməsi Azərbaycanın qarşısında yeni perspektivlər açıb. Digər tərəfdən, Azərbaycanın enerji proyektlərinin uğurlu nəticələri regionların sosial-iqtisadi inkişafı, əhalinin məşğulluq səviyyəsinin artması, insanların rifahının yaxşılaşması baxımından da olduqca mühüm əhəmiyyətə malikdir. Öz ərazi bütövlüyünü bərpa etmiş – torpaqlarını işğaldan azad etmiş Azərbaycanı qarşıdakı dövrdə yeni inkişaf prosesləri və quruculuq işləri gözləyir. Şübhəsiz ki, uğurlu enerji strategiyası həm respublikamızın regionlarında, həm də ən əsası, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı işlərin görülməsi üçün mühüm imkanlar yaradacaq. Nəticə etibarı ilə, səmərəli və məqsədyönlü enerji strategiyası Azərbaycanın gələcək inkişafı – ölkəmizin milli tərəqqisi üçün dayanıqlı zəmin yaradıb.      Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri  

Hamısını oxu
Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dövlət başçısı “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu da imzalayıb.   Bununla da Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün büdcəsində dəyişikliklər qüvvəyə minib. Eyni zamanda, Prezident “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu da imzalayıb. Qeyd edək ki, 2020-ci ilin dövlət büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının avqustun beşi, altısı və yeddisi keçirilən plenar iclaslarında müzakirəyə çıxarılmışdı. Büdcə zərfinə dəyişikliklərlə bağlı sənədlərin hamısı üç oxunuşdan keçmişdi. 

Hamısını oxu
Vətənpərvərlik hər bir gəncin ürəyində.

23 oktyabr 2018-ci il tahrixdə Bakı şəhəri, Binəqədi rayonu 83 nömrəli məktəb Liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə və Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan  Respublikası Müharibə, Əmək  ve Silahlı Qüvvələr Veteranları Təşkilatın  gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin və həmin şöbənin mütəxəssisləri İsmayıl İsmayılov, Nəbi Hacıyevin iştirakı və liseyin pedaqoji, şagird kollektivi ilə görüş keçirilmişdir. Görüşdə məktəbin direktoru, riyaziyyat elmləri namizədi Nəbi Mahmudov müntəzəm olaraq liseyin pedaqoji və şagird kollektivinin Respublika Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə Təşkilatın 30 illik yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamnada vətənpərvərlik işində fəal iştiraklarına görə liseyin bir qrup müəllim və şagirdləri Fəxri Fərmanla təltif olunmuşdur.

Hamısını oxu