Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xətai rayonunda ,,Öncə vətəndir ,, adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 oktyabr 2022 –ci ildə   Bakı şəhəri Xətai  rayonunda tədbirdə olub. Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə “Öncə vətəndir” adlı tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin  şöbə müdiri Pənah İmanov, Rayon   Ağsaqqallar     Şurasının     sədri  İzzət     Rüstəmov , müavini Nizami Hüseynov,  VT-nın sədri Adil Əzməmmədov, məktəbin direktoru Zenfira Məsiyeva, şagirdlər və müəllimlər iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlayıb.

 

Şagirdlər vətənpərvərlik şeirləri ilə çıxış ediblər.

 

Daha sonra Xətai rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan  Respublikasının Milli Qəhrəmanı Məzahir   Rüstəmovun  atası  İzzət Rüstəmova söz verilib. O, çıxışında vətən sevgisindən, qəhrəmanların adlarını  həmişə uca tutmağın vacibliyindən danışıb.

 

Polkovnik Adil Haqverdiyev çıxşında Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətindən,vətənimizin çiçəklənməsi yolunda səylərindən bəhs edib. O, bildirib ki,  xoşbəxt gələcəyimiz Prezident Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdən keçir. Adil Haqverdiyev şagirdlərə öz tövsiyyəsini verib,dərslərində uğurlar arzulayıb.

 

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri  Pənah İmanov rayon ərazisində  vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdən, şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıdan danışıb.

 

Məktəbin direktoru Zenfira Məsiyeva isə çıxışında bildirib ki, bu cür tədbirlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafına, habelə, onların öz dərslərinə daha diqqətlə yanaşmasına təkan verir.

 

Tədbirin sonunda  xatirə şəkli çəkilib.

 

 

2022-10-17 14:46:00
1136 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova yazıçı-jurnalist Ruhulla Zahidovla görüşüb. Görüş əsnasında son vaxtlar çap edilən kitablarını, o cümlədən “Gəncə Vətən Müharibəsində” kitabını Fatma Səttarovaya təqdim edən yazıçı, hazırda üzərində işlədiyi yeni əsərlər haqqında da məlumat verib.   Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun da iştirak etdiyi görüşdə xalqımızın həm İkinci Dünya Müharibəsi, həm də Qarabağ müharibəsində sərgilədiyi fədakarlıq və qəhrəmanlıqdan bəhs edilib, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əldə etdiyi qələbəyə, bu qalibiyyətin hərbi, iqtisadi, siyasi sahədəki nəticələrinə diqqət çəkilib.   Görüşün sonunda Ruhulla Zahidov Böyük Vətən Müharibəsi ilə bağlı araşdırmalarına, vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının xüsusi mükafatı ilə təltif edilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Zəfər təntənəsi: milli güc amili və qardaşlıq dastanı

Hamısını oxu
Şirvanda İcra Hakimiyyətinin başçısı 13 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Şirvan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. Şəhər İcra Hakimiyyəti başçısının və aparatın rəhbər işçilərinin İcra Hakmiyyətində keçirdikləri qəbullarla yanaşı, mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbul-görüşlərin keçirilməsi mütəmadi hal alıb. Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar qəbul 7 aprel 2022-ci il tarixdə 13 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. Qəbulda çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan nailiyyətlərin xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib. Ölkə başçısının dünya dövlətləri, xarici informasiya agentlikləri ilə keçirdikləri görüşlərdən, diplomatik danışıqlardan, Avropada ilk dəfə respublikamızda keçirilən irimiqyaslı layihələrdən, eyni zamanda Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın zəngin tarixi keşmişimizin, milli-mənəvi dəyərlərimizin dünyada təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. 143 küçənin tam işıqlandırıldığını, ötən il 39 küçənin asfaltlandırıldığını, bu il isə 37 küçənin asfaltlanacağını bildirib. “Azərsu” ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıldığnı qeyd edib. Şəhər sakinlərinin və qonaqların səmərəli istirahətini təmin etmək məqsədilə abadlaşan Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından, parkda salınan “Qarabağ” və “Zəfər” xiyabanlarından, Leyla Əliyevanın təşəbbüsü ilə "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllədən söz açıb. "Bizim həyət" layihəsi çərçivəsində 20 Yanvar 4, A L.İbrahimov 4 saylı binaların qarşısında yaradılan sahəsi 1, 5 hektar olan yeni abad məhəllədə görülən işlərdən və İstiqlaliyyət prospekti 7, 3 və 20 Yanvar 1,2 saylı binaların qarşısında abadlaşması nəzərdə tutulan sahəsi 1,2 hektar olan növbəti məhəllədən danışıb. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış yeri və mənzil olduğunu nəzərə alaraq, sosial evlərin tikintisi ilə əlaqədar MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığını bildirib. Millət vəkili İltizam Yusifov Şirvan şəhərinin uzun illər sənaye və energetika şəhəri olduğunu, lakin hazırda 127 sənaye müəssisəsindən 4-nün fəaliyyət göstərdiyini bildirib. Lakin ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, yaxın gələcəkdə bu problemlərin aradan qaldırılcağına, Şirvanın ən inkişaf etmiş və yaraşıqlı şəhərlərdən birinə çevriləcəyinə əmin olduğunu bildirib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.  

Hamısını oxu
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Sentyabrın 11-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı Maren Ernstin “Vierzig Mädchen” (“Qırx qız”) kitabının təqdimatı keçirilib.Qırğız Respublikasının Avstriyadakı səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığı şəraitində baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Qırğızıstandan gələn qonaqlar, Avstriyadakı qırğız diasporunun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxışında qardaş Qırğızıstana həsr olunmuş kitabın təqdimatına ev sahibliyi etməkdən məmnun olduğunu bildirib. O qeyd edib ki, türk dövlətlərinin mədəniyyətinə həsr olunmuş tədbirlər diqqət mərkəzində saxlanılır və bu, Azərbaycan Mədəniyyət Mərkəzində qırğız mədəniyyətinə həsr olunmuş sayca ikinci tədbirdir. L.Qasımova kitabın adının qırğız xalqının tarixi və mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətini xatırlatdığını, beləliklə, artıq kitabın adının özünün müxtəlif mədəni ənənələrin təmas nöqtəsinə çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, məhz belə görüşlər ədəbiyyat, incəsənət, tarix və insan taleləri vasitəsilə xalqların bir-birini daha yaxından tanımasına, təkcə fərqləri deyil, həm də birləşdirici cəhətləri kəşf etməsinə imkan yaradan əsl mədəniyyətlərarası dialoqu formalaşdırır.Azərbaycanın mədəniyyətlərarası dialoqa və xalqlar arasında qarşılıqlı hörmətə həmişə böyük önəm verdiyini vurğulayan L.Qasımova bu il oktyabrda Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini xatırladıb. O, bu mühüm beynəlxalq tədbir ərəfəsində Vyanada alman ədəbiyyatı ilə qırğız mədəni ənənəsinin Azərbaycanın dəstəyi ilə bir araya gəlməsini mədəniyyətlərarası dialoqun kiçik, lakin çox əhəmiyyətli nümunəsi adlandırıb.Qırğız Respublikasının Avstriyadakı səfiri Nurjan Şayldabekova tədbirin keçirilməsi üçün yaradılan imkana görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib. Səfir iştirakçılara qırğız xalqının mənşəyi ilə bağlı qədim “Qırx qız” rəvayətindən danışıb. Tədbirdə bildirilib ki, Maren Ernst 1992-ci ildən Qırğız Respublikasında müxtəlif sahələrdə çalışıb və 2007-ci ildə uşaq evini ziyarət etdikdən sonra o, rəfiqələri ilə birlikdə əsasən Qırğızıstanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrə yardım göstərən “Uplift Aufwind” xeyriyyə təşkilatını təsis edib. Qadın və uşaqları, təhsil və profilaktikanı diqqət mərkəzində saxlayan bu təşkilatın layihələrindən indiyədək Qırğız Respublikası üçün nümunəvi modelə çevrilən bu fəaliyyətdən 25 mindən çox uşaq və onların ailə üzvləri faydalanıb.Yazıçının ədəbi debütü olan “Qırx qız” romanı onun Qırğızıstandakı həyat və fəaliyyəti ilə bağlı xatirələri əsasında qələmə alınıb. Müəllif kitabda Qırğızıstanın müstəqillik əldə etdiyi vaxtdan bu günədək keçdiyi mürəkkəb yola öz baxışını təqdim edir, qadınların gücündən, iki ölkənin mədəniyyətləri arasındakı qarşılıqlı əlaqələrdən, insanlıqdan və onda dərin iz qoymuş insanlardan bəhs edir. Qırğızıstanın müasir tarixinə dair şəxsi şahidliyi ictimai dəyişikliklər və mədəni kimlik mövzuları ilə birləşdirən roman müxtəlif mədəniyyət və dövrləri bədii şəkildə bir araya gətirir, Qırğızıstanın güclü qadınlarının obrazlarını canlandırır. Əsərdə insanlıq, mətanət və qarşılıqlı yardım ön plana çəkilir. Qırğızıstan burada ekzotik səyahət ölkəsi kimi deyil, real insanların yaşadığı, öz tarixi və aktual problemləri olan bir məkan kimi təqdim olunur.Müəllif iştirakçılara kitabın yaranma tarixçəsindən və Qırğızıstanla bağlı xatirələrindən danışıb, kitabdan parçalar qiraət edilib, sonra isə qonaqların suallarını cavablandırıb.Sonda qonaqlara Qırğız Respublikasının Səfirliyinin təşkil etdiyi qırğız milli mətbəxinin nümunələri təqdim olunub.

Hamısını oxu