Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatı ilə “TÜRKEL” Media Qrupu arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Yayın Qrupunun prezidenti, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova və sözügedən yayın qrupunun baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qonaq olub.

Təşkilat sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən qonaqlar rəhbərlik etdikləri qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, bu fəaliyyətin bütün türk dünyasının maraqlarına xidmət etdiyini vurğulayıblar. Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın üqmumi istiqamətləri müəyən edilib.

Qeyd edək ki, TÜRKSOY laureatları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli həm də Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının aparıcılarıdır və sözügedən proqram türk dünyasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə, türk xalqlarına məxsus mədəniyyətlərin, adət-ənənələrin, tarixi həqiqətlərin təbliğinə xidmət edir. 

Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi – Veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi polkovnik Samir Musayev, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Azər Hacıbəyli Səlimov da iştirak edib.

 

 

2022-11-29 14:54:00
1572 baxış

Digər xəbərlər

S.Osmanqızı və C.Həsənli cəhalət rekordu vurdular

Ağıllı insanın demokratik yollarla idarə etdiyi hər müxalifət partiyası, hərəkatı və ya qrupunun öz bəxtəvərliyi var. Siyasi fırıldaqçıların müstəbid idarəçiliyində olan müxalifət qruplaşmaları və strukturları isə ecazkar şəkildə bir-birlərinə bənzəyirlər. Onlar hər kəsin və hər şeyin yalnız bir məqsədə - bir insanın ambisiyalarının təminatına tabe edilmiş eybəcər mikrodiktatura tipidir.   Bütün radikal müxalifət təşkilatları fəaliyyətləri boyunca bir neçə mərhələdən keçirlər və hər bahardan sonra yay, sonra da payız gəldiyi kimi, hər belə təşkilat sonda qürubuna doğru gedir. Bir qayda olaraq, həminq proses "sədr", "lider, "başqan" və s. adlandırılan cib diktatorunun taleyi ilə paralel olur. Çürüyən və quruyan, rəhbərinə tam bağlı olan struktur beləcə, həmin adamın əqli və mənəvi imkanlarının girovuna çevrilir. Balaca diktator zəiflədikcə, təşkilatı da heydən düşür. Bizdə problem odur ki, radikal müxalifətin halından kimsə xəbərdar deyil. Son illərdə həmin hal pisləşib və radikalların bəlalarının real, effektiv müalicə yolu da bilinmir. Axı radikal müxalifəti parlaq intellektli insanlar idarə etmirlər. Və cahillik... Bu məcaz bir para  insanlar üçün səadət olsa da, tam bəxtəvərlik üçün cəhalət o səviyyədə olmalı ki, cahilin özü kim olduğunu dərk etməməlidir. Elə də cahil yox ki, ən bilikli insanın çözə biləcəyindən artıq suallar verməyi bacarmasın. Cəhillər sarıdan da bəxtimiz gətirməyib. Müxalifət, guya "müstəqil jurnalistlər", bu müxalifətlə həmin "qələm əhli"ni himayə edən kəslər, stəkanda fırtına yaratmağa çalışanlar sarıdan olduğu kimi. Ölkə müxalifətinin ifrat dərəcədə radikallaşmış hissəsi indi insan və pul kisəsi ovlarına çıxıblar: AXCP sədri Əli Kərimli və mətbəx siyasətxanasına çevrilmiş "Milli Şura"nın rəhbəri Cəmil Həsənli kimilərini indi əvvəlki qüdrətinin kölgəsində qalmış sabiq məmurlar maraqlandırırlar. Amma onlar unudurlar ki, ən böyük və pis cahillik insanın özünü tanımamasıdır. Bu, radikal müxalifətin əsas problemidir. Gerçəyin yanlış dəyərləndirilməsi, hadisələrin səhv anlaşılması, siyasi və iqtisadi proseslərin normal təhlilinin olmaması. Bəhs etdiyimiz şəxslər prinsiplərlə yanaşı, elementar siyasi məlumatlardan da xalidirlər. Son günlərdə isə ahıl Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin qeyri-rəsmi sözçüsü Sevinc Osmanqızı xüsusilə fərqlənirlər. Hətta onlar bizi "İqtisadiyyatın əsaslarını necə anlamırıq və bununla fəxr edirik" mövzusunda duet ifa ilə də sevindiriblər. Adını verdiyi YouTube kanalın rəhbəri və yeganə aparıcısı olan S.Osmanqızı Dünya Bankının yeni reytinqini şərh etmək fikrinə düşmüşdü. S.Osmanqızının sözlərinə görə, sən demə, Dünya Bankının ekspertləri bilərəkdən saxtakarlıq edərək 4 ölkənin göstəricilərini dəyişiblər və bu minvalla, məşhur reytinqdə həmin ölkələrin mövqelərini yaxşılaşdırıblar. O dörd ölkədən biri də Azərbaycandır. Cəmil Həsənli də dərhal bəyan edib ki, aman, qoymayın, rəsmi Bakı saxtakarlıq edir, Dünya Bankının ekspertlərini ələ alıb, reytinqdə yerini yüksəldib və s. Osmanqızı və Həsənli səs-səsə verib söylədilər ki, reytinqi süni şəkildə qaldıraraq ölkə iqtisadiyyatında durumun normal olduğunu bəyan etmək çox pisdir. Onların ikisi də Wall Street Journal-da dərc olunmuş yazıya istinad edirdilər. Lakin yumşaq desəm, bu adamlar həqiqəti deməyiblər. Daha dəqiq olsam, S.Osmanqızı və C.Həsənli yalan danışıblar. Gerçək tam fərqlidir. Bəli, Dünya Bankının əməkdaşları Doing Business 2018 və Doing Business 2020 hesabatlarındakı məlumatlarda səhvlərə yol veriblər. Bankın baş ofisindən bildirilib ki, məlumatların səhv dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb. Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyiə kömək edəcək. Bununla DB (Dünya Bankı) nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib: Bu səhvlər Azərbaycanın göstəricilərinin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb . Ümid edirik ki, DB tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir. Qeyd edək ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub. Daha əvvəl DB illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib. "Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi. Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək. Növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir. Azərbaycan iqtisadiyyatındakı vəziyyətə gəldikdə isə, Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə ölkə iqtisadiyyatı özünü bərpa edəcək, hətta 2,2 faizlik artım olacaq. Artımın belə kiçik olmasının səbəbi bəllidir: COVİD-19 koronavirus pandemiyası nəticəsində Avropa və Mərkəzi Asiya ölkələrində də dünya miqyasında olduğu kimi, xammal, enerjidaşıyıcılarını qiymətləri ucuzlaşıb, qlobal və regional istehsalat-satış sıralamalarında fasilələr yaranıb, maliyyə bazarlarında yüksək risklərdən yayınma istəyi artıb. Buna cavab olaraq Azərbaycanın Mərkəzi Bankı ölkənin pul-kredit sisteminin dəstəklənməsinin miqyasını artırır, hakimiyyət isə suveren fonddan valyutanı, yəni manatı stabil saxlamaq üçün istifadə edir. Ölkədə vergi-büdcə dəstəyi tədbirləri görülür. Lakin qlobal pandemiya səbəbindən ili ümumdaxili məhsulun azalması olmadan başa vurmaq mümkün deyil. Bu səbəbdən 2020-ci ilin sonuclarına görə, ÜDM-in 2,6 azalması gözlənilir. Pandemiya iqtisadiyyatla bahəm, vətəndaşların sosial rifah durumuna da pis təsir edir. Həmin təsiri azaltmaq üçün dövlət praktik addımlar atır. Artıq 5 milyon vətəndaşımız sosial yardım paketləri proqramının təsirini görüblər. Büdcədən maliyyələş təşkilatlarda və özəl müəssisələrdə çalışanlar, işsizlər, aztəminatlı ailələr - bütün kateqoriyalardan olan vətəndaşlar dövlətin maddi dəstəyini hiss edirlər. Bu isə bir daha sübut edir ki, vətəndaşların rifahı, onların durumu və təbii ki, sağlamlığı Azərbaycan hakimiyyəti üçün əsas məsələdir. Sevinc Osmanqızı və Cəmil Həsənli üçünsə əsas məsələ ambisiyaların təminatıdır. Xüsusilə də yaşlı professor cənab Həsənli: indi Çindəki uyğurların yaşamını, onların hüquqlarının pozulmasını araşdıran adam. Pis iş deyil, amma bir şərtlə ki, Vaşinqtondakı ağaların sifarişi ilə edilən əməl olmaya. Elçin Alıoğlu Milli.A

Hamısını oxu
Veteranlar Təşkilatının üzvləri şəhdilərin doğum günü ailələrini ziyarət ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayevin, iş adamı Rafid Abışovun və təşkilatçı pedaqoq Əsəd Abbasovun iştirakı ilə şəhidlərin doğum günü - martın 29-da onların evlərinə gedib ailələrini ziyarət ediblər. Onlar əvvəlcə rayonun Uzuntəpə kəndində şəhid kəşfiyyatçı leytenant Rusif Kazımovun ailəsi ilə görüşüb, onun ev muzeyində olublar. Şəhidin yadigarı olan Nuran balası ilə xatirə şəkilləri çəkdiriblər. Veteran Təşkilatının üzvləri və qonaqlar daha sonra rayonun Alar kəndinə gedib 19 yaşlı şəhid Qasımov Rəşadın da doğum günündə iştirak edib, ailəsinə dərin hüznlə başsağlığı veriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.  

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatı "Sözün işığı" qəzetinin yubileyi ilə bağlı tərbir keçirib

"Sözün işığı" qəzetinin nəşr olunmasının 20 illik yubileyi münasibəti ilə Cəlilabad Rayon Veteranlar Təşkilatı redaksiya heyəti ilə birlikdə tədbir keçirib. Əmək və Müharibə veteranları, rayonun yaradıcı ziyalıları ilə yanaşı idarə, müəssisə və ictimai birliklərin  rəhbərlərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sözün işığı" qəzetinin baş redaktoru, şair-publisist Ədalət Salman açaraq bu gün yubileyi qeyd olunan ədəbi-bədii və publisistik qəzetin 20 il ərzində keçdiyi inkişaf yolundan, bölgədə ədəbi mühitin formalışmasında və ədəbiyyatın təbliğində göstərdiyi xidmətdən danışıb. O, çıxışının sonunda   Aəzərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin "Sözün işığı" qəzetinin 20 illik yubileyi münasibəti ilə redaksiyaya göndərdiyi təbrik məktubunu oxuyub. "Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşallah Əliyev qəzetin yaradıcı heyətini yubiley münasibəti ilə təbrik etdikdən sonra qəzetin  gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində göstərdiyi fəaliyyətə görə baş redaktor Ədalət Salmanı Fəxri Fərmanla təltif edib. Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin sədri İlkin Qubadov,  Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Əlizadə Nuri, Gülbala Teymur, Mirhəbib Sadiq, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Zülfi Vellidağ, Qurban Əhməd, Rahim Buravarlı, Regiontv.az saytının rəhbəri Murad Hüseynov, Əmək və Müharibə veteranları Mirzəbala Hüseynov, Rasif Həsənov, Sakit İsayev, "Dəmir yumruq" ictimai birliyinin sədri Rəfael Şükürov və tanınmış muğam ustası Akif Babayev  çıxış edərək qəzetin müntəzəm işıq üzü görməsində xidməti olanları yubiley münasibəti ilə təbrik edib, səmimi ürək sözlərini bildirib və onlara yeni nailiyyətlər arzulayıblar. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.  

Hamısını oxu
Bu gün şəhid Axundov Mirzə Musa oğlunun doğum günüdür

Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam  rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda   yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb . Azərbaycan Ordusunun Hərbi Dəniz qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri   tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi   zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub, Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra”Vətən uğrunda “ medalı ilə təltif olunub. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı  ilə təltif edilib.  

Hamısını oxu