Digər xəbərlər
Veteran.gov.az Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan xalqının mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı ərəfəsində Şirvan şəhərində şəhid ailələri və müharibə iştirakçıları ziyarət olunur. 17 mart 2022-ci il tarixdə xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Şirvan şəhər Komitəsinin dəstəyi ilə şəhər ərazisində yaşayan bir qrup şəhid ailəsi ziyarət olunub, onlara bayram sovqatı verilib və gündəlik qayğıları ilə maraqlanılıb. Şəhid ailələri ilə görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qeyd olunub ki, bu sahədə dövlət səviyyəsində həyata keçirilən tədbirlər Şirvan şəhərində də davam etdirilir. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov və Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz İbrahimli ilə görüş keçirilib. Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova görüşdə qonaqlara təşkilat haqqında məlumat verib. Veteran hərəkatının bayraqdarı olan Respublika Veteranlar Təşkilatının gördüyü işlər, xüsusən gənclərin vətənpərvərlik tərbiyəsində fəaliyyət, veteranların ictimai-sosial vəziyyətinin diqqət mərkəzində saxlanılması, tariximizin və qəhrəmanlarımızın tanıdılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlər haqqında danışıb. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteran hərəkatına göstərdikləri misilsiz xidmətləri sayəsində Azərbaycanın bu sahədə dünyanın öndə gələn ölkələrdən biri olduğunu deyib. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsinə ümummilli lider Heydər Əliyev tərəfindən başlanıldığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb. Görüşdə çıxış edən Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının veteran hərəkatının həyata keçirilməsində xüsusi yeri və rolu olduğunu, eləcə də Azərbaycan veteranlarını tarixin hər bir mərhələsində xalqımızın pasionar qüvvəsi kimi qeyd edib. 1941-1945-ci illər İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının və tarixi qələbəni bizə bəxş edən 44 günlük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət tərəfindən həyata keçirilən əsas prioritet məsələlərdən biri olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir. Veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. A.Kərimov görüşdəki fikir mübadiləsinin xüsusi önəm daşıdığını, Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlər planının respublikamızda veteran hərəkatına xüsusi töhfə verəcəyini diqqətə çatdırıb. Qısa zamanda Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlərin birlikdə fəaliyyətin müsbət nəticələr verəcəyinə inamını ifadə edib.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları- şöbə müdiri polkovnik Adil Haqverdiyev, baş mütəxəssis Nəbi Hacıyev 14 aprel 2023-cü ildə Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir təşkil ediblər. Tədbir Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində baş tutub. Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ”Heydər Əliyev Milli Ordumuzun Memarıdı” adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, Heydər Əliyev mərkəzinin direktor müavini Nigar Hüseynova, Bakı şəhəri bir və iki saylı tibb kollecinin tələbələri və müəllimləri iştirak etdilər. Tədbiri Heydər Əliyev mərkəzinin direktor müavini Nigar Hüseynova açıb. Qonaqları tədbir iştirakçılarına təqdim etmək üçün söz Yasamal rayon VT-nın sədri Vaqif Məmmədova verilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə çıxış edən polkovnin Adil Haqverdiyev ə verildi. öncə Təşkilatın sədri Fatma xanım Səttarovanın və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Eyni zamanda, Ulu öndərin ordu quruculuğundakı xidmətlərinə diqqət çəkib: “Heydər Əliyevin ən böyük xidmətlərindən biri, deyərdim ki ,birincisi ordu quruculuğudur. Onun uzaqgörən siyasəti nəticəsində SSRİ kimi nəhəng bir ölkənin tərkibində olan Azərbaycan Respublikasında 1971-ci ildə Naxçıvaniski adına hərbi internat məktəbini yaradıldı və bununla da müasir Azərbaycan Ordusunun əsasını qoydu. Sonralar bu məktəbin məzunları SSRİ-nin mərkəzi şəhərlərində ali hərbi məktəbləri bitirib, zabit kimi xidmətə başlayıblar.Vətənimizin dar günündə onlar torpaqlarımızı düşmənlərdən qorumaq üçün vətənə qayıdıblar. Həmin illərin acı həqiqətlərini unutmaq mümkün deyil. Qeyd etmək lazımdır kİ, Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Sonralar Heydər Əliyevin davamçısı Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu məharətlə davam etdirdi və düşmən üzərində qələbəni təmin etdi”. Daha sonra Nəbi Hacıyev və Vaqiv Məmmədqov çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli şəkilib.
Hamısını oxu