Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı ilə görüş keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialı ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə görüş keçirdi. Universitetin Akt zalında təşkil olunan tədbirdə əmək və müharibə veteranları, müəllim və tələbələr iştirak edirdi.

Tədbirdən öncə dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Rayon Veteranlar Təşkilatının şöbə müdiri Xeyrulla Şahbazov tədbiri giriş nitqi ilə açdıqdan sonra çıxış etmək üçün sözü təşkilatın sədri Ədalət Salmana verdi. O, çıxış edərək sarsılmaz  Xalq-Ordu-Dövlət birliyi sayəsində qazanılan möhtəşəm qələbədən danışdı,   Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətini xüsusi vurğuladı.   Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, veteran müəllim-şair Əfrahim Abbas, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, universitetin baş müəllimləri Şöhrət Namazova, Nadir Babayev, Qarabağ qazisi, yazıçı Qurban Əhməd və başqaları çıxış edib Vətən müharibəsində igid oğulların  şücaətindən danışdılar, Qəzənfər kimi qəhrəmanlarla fəxr etdiklərini söylədilər və müharibə iştirakçılarına göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər.

Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin çıxışı maraqla qarşılandı. O, ön cəbhədə döyüş yoldaşları ilə birgə düşmənə qarşı apardıqları mübarizədən danışdı və tələbələrin suallarını cavablandırdı.

Sonda qəhraman döyüşçü ilə xatirə şəkilləri çəkildi.

2022-12-26 10:32:00
1066 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Əsrə Bərabər Ömür: Nəbi Nuriyev

Səssiz-səmirsiz bir kəndin köhnə həyətində bir zamanlar dərin düşüncələrə qərq olmuş ağsaçlı bir kişi oturardı. Baxışları uzaqlara dikilərdi və sanki keçmişin tozlu yollarında, döyüş səngərlərində, itirilmiş yurd yerlərində gəzirdi. O, müharibənin od-alovundan keçmiş, taleyin sərt sınaqlarından alnıaçıq çıxmış bir Azərbaycan övladı Nəbi Nuriyev idi. Nəbi Nuriyev bu dünyadan köçsə də, onun qürur dolu ömrü, yaddaşlarda iz qoyan xatirələri, yaşadığı həyat və qoyub getdiyi irs yaşamaqdadır. O,  bir dövrün canlı siması, bir xalqın hekayəsi, bir millətin şəxsiyyət salnaməsi idi. Nəbi Nuriyev Qərbi Azərbaycanın Vedi rayonunda anadan olmuşdu. 1942-ci ildə Qarabağlar rayon hərbi komissarlığından cəbhəyə yola düşmüş və 130-cu atıcı alayın tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaət və fədakarlığa görə ona çavuş rütbəsi verilmiş, daha sonra isə bölmə komandiri vəzifəsinə yüksəlmişdir. Nəbi Nuriyev təkcə Almaniyaya qarşı gedən döyüşlərdə deyil, həm də Sovet-Yapon müharibəsindəki ağır döyüşlərdə iştirak etmişdir. Xüsusilə Kvantun ordusunun darmadağın edilməsində onun da mühüm rolu olmuşdur. Yaponiyanın Vadlin şəhərinədək uzanan döyüş yolu keçən Nəbi Nuriyev Kvantun ordusunun təslim olması əməliyyatında qəhrəmanlığı ilə fərqlənmişdir. Yaponiya üzərində qələbəyə görə, həmçinin Qələbənin 20, 40, 50, 60, 65, 70 və 75 illik yubiley medalları ilə təltif olunmuş, II dərəcəli "Vətən Müharibəsi Veteranı" medalı və SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley ordeninə layiq görülmüşdür. 2000-ci ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə "1941–1945-ci illər müharibəsi veteranı" nişanı ilə də təltif olunmuşdur. Lakin Nəbi Nuriyevin mübarizəsi bununla bitmədi. Vətənə döndükdən sonra qarşılaşdığı həyat döyüş meydanlarından heç də daha asan deyildi. Gəncliyini səngərlərdə qoymuşdu, amma ümidini yox. 1946-cı ilin dekabrında yurduna qayıtdı, ailə qurdu. Lakin 1949-cu ilin sərt qışında həyat onu yenidən sınağa çəkdi. İki yaşlı oğlu, 40 günlük körpəsi və həyat yoldaşı ilə birlikdə doğma elindən deportasiya edildi. İmişlinin Qaralar kəndinə köçürüldü. Burada kənd ağsaqqalı Qurban kişi ona sığınacaq verdi. Kolxoz sədri Mirəli kişinin dəstəyi ilə taxılçılıq sahəsində briqadir təyin olundu. Həyatın acı-şirin günlərini görən Nəbi kişi bir buğda dənəsinin belə itkiyə getməsinə imkan verməzdi. Kolxoz rəhbərliyi onun təhsil almasına şərait yaratdı. Ağdamdakı kənd təsərrüfatı kadrlarının ixtisasartırma məktəbində təhsil aldı. Təqaüdə çıxanadək müxtəlif vəzifələrdə çalışdı. Müharibə və əmək veteranı kimi el-obada və rayonda hörmət qazandı. Birinci Qarabağ müharibəsi və 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı da igidlərimizə xeyir-dua verənlərdən biri məhz o olmuşdu. Çünki müharibənin nə demək olduğunu o, səngərlərdə, barıt qoxulu gecələrdə, itkilərin ağrısında yaşamışdı. Bu savaş artıq uzaqlarda deyil, doğma Qarabağ torpağında baş verirdi. Cəbhəyə yollanan igidlər arasında onun doğmaları da var idi. Ailəsi arasında şəhid olanlar, yaralananlar oldu. Nəvəsi Rövşən Binnətov Vətən müharibəsinin könüllü iştirakçısı kimi cəbhəyə yollanmış, bir sıra ərazilərimizin azad olunmasında iştirak etmiş, “İgidliyə görə” medalı ilə təltif olunmuş və zabit rütbəsi almışdır. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə təkcə bu günün nəsli üçün bir dərs deyil, Nəbi Nuriyev kimi igidlərin, əsgər babaların illərlə qəlblərində daşıdıqları müqəddəs arzu və amalın gerçəkləşməsi üçün bir addım idi. Nəbi Nuriyev düz 100 il yaşadı və şərəfli, qürurlu və ləyaqətli bir ömür sürdü. Bu ömürdə müharibə, deportasiya, zəhmət, ailə sədaqəti, zəfər və Vətən sevgisi vardı. Böyük Vətən Müharibəsinin 80 illik yubileyinin qeyd olunması da məhz Nəbi Nuriyev kimi fədakar insanların sayəsində mümkün olmuşdur. O, bu yubileyin mənəvi daşıyıcısı olmaqla yanaşı, tariximizin canlı şahidlərindən biri kimi yaddaşlarda qalacaqdır. Ona təqdim edilən medallar və təşəkkürnamələr Azərbaycan xalqının öz qəhrəman övladına göstərdiyi dərin ehtiram və minnətdarlığın parlaq ifadəsidir. Nəbi Nuriyev həm döyüş, həm əmək meydanlarında xidmət etmiş, dövlətə və Vətənə sədaqətlə bağlı olan nadir şəxsiyyətlərdən biri idi. Nə qədər ki, Azərbaycan dövləti və bu torpaq var, xalqımız yaşayır Nəbi Nuriyevin adı və əziz xatirəsi də əbədi yaşayacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Bir qrup hərbçi “İgidliyə görə” medalı ilə təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “İgidliyə görə” medalı ilə təltif edilsinlər: Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.  

Hamısını oxu
Millət vəkili Anım Günündə şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli Yevlax və Mingəçevir şəhərlərində Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhid ailələri və yaxınları ilə görüşüb. Görüşdə şəhdilərimizin ölümsüz xatirəsi qürur hissi ilə yad edilib, onların qəhrəmanlığından iftixarla bəhs olunub.   Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 2 dekabr 2020 tarixli sərəncamına əsasən,Vətən müharibəsində qəhrəmancasına döyüşmüş,ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, 27 Sentyabr Anım Günü kimi təsis edilib.   Seymur ƏLİYEV  

Hamısını oxu
Под Ростовом открылся народный военно-исторический музей

В Ростовской области открыли народный военно-исторический музей "Самбекские высоты". Он создан по инициативе ветеранов и поисковиков. video 

Hamısını oxu