Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi veteranı Şükür Məstəliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı, Yardımlı rayonundan olan 1926-cı il təvəllüdlü Məstəliyev Şükür Fətulla oğlu vəfat edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Şükür Məstəliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına dərin hüzünlə başsağlığı verir.

Məlumat üçün qeyd edək ki, Şükür Məstəliyev 1944-1945-ci illərdə 402-ci Azərbaycan atıcı diviziysının 64-cü alayının tərkibində faşist ordusuna qarşı döyüşlərdə fəal iştirak edib, hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara görə komandanlıq tərəfindən dəfələrlə təltif olunub.

 

 

2023-01-05 11:26:00
1265 baxış

Digər xəbərlər

Поздравительное письмо

Hamısını oxu
Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlandı

Azərbaycanda dövlət qeydiyyatına alınan mətbu orqanların və QHT-lərin sayı açıqlanıb. Milli.Az bildirir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında qeyd olunub. Bildirilib ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4 624, mətbu nəşrlərin sayı isə 5 343 təşkil edir.   Milli.Az

Hamısını oxu
Bu gün şəhid Həsənov Emil Eldəniz oğlunun doğum günüdür

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Həsənov Emil Eldəniz oğludur.   Emil Həsənov 2 mart,1999-cu ildə Goranboy rayonu Tatarlı kəndində anadan olub. O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 22 oktyabrda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Emil Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə" medalı, "Suqovuşanın azad olunmasına görə" , “Vətən uğrunda” medalları ilə təltif edilib.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub

24 iyun 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunub. Tədbirdə müxtəlif kateqoriyadan olan veteranlar, Müdafiə Nazirliyinin nümayəndələri, Həzi Aslanov adına Ordu, İdeoloji və Mədəniyyət Mərkəzinin  kollektivi, gənclər və s. iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, eləcə də, dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin əhəmiyyətindən danışıb, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunmasında ordumuzun üzərinə düşən şərəfli missiyadan söz açıb: “Öncə hər kəsi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, ordumuza, onun hər bir nümayəndəsinə xidməti fəaliyyətində uğurlar arzulayıram. Hörmətli tədbir iştirakçıları, bu gün müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın milli birliyinin və ordumuzun yenilməz döyüş ruhunun təcəssümü olan Silahlı Qüvvələr Gününü böyük qürur və iftixar hissi ilə qeyd edirik. Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti nəticəsində formalaşmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənərək regionun ən qüdrətli ordularından birinə çevrilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yüksək peşəkarlığa, möhkəm nizam - intizama və müasir hərbi texnologiyalara əsaslanan güclü hərbi qüvvə kimi formalaşmışdır. Ordumuzun şəxsi heyəti vətənpərvərlik ruhu, döyüş hazırlığı və yüksək mənəvi dəyərləri ilə seçilir. Şanlı Ordumuz Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk olunmuş şərəfli bir tarix yazmışdır. Bu əlamətdar gündə Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə, müharibə iştirakçılarına və bütün hərbi qulluqçularımıza minnətdarlığımızı bildiririk. Təşkilatımıza üzvlüyə qəbul olunanlar, sizi təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Əminik ki, siz veteran təcrübəsinin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və milli həmrəyliyin gücləndirilməsinə töhfə verəcəksiniz”. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim olunub, təşkilatın inzibati binasında səliqə-səhmanın qorunmasında, abadlıq işlərinin aparılmasında bizə dəstək verdiklərinə görə Nərimanov rayon Mənzil kommunal təsərrüfat birliyinin bir qrup əməkdaşı Fəxri Fərmanla təltif olunublar. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri Vladimir Timoşenko, İmran Əbilov, o cümlədən, 44 günlük Vətən müharibəsi veteranı Ramin Şirinov Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, Azərbaycan Silahlı Qüvvələrinə uğurlar arzulayıblar. Tədbir konsert proqramı ilə davam edib. Seymur ƏLİYEV

Hamısını oxu