Поздравительное письмо


Müharibə, Əmək və Silahli Qüvvələr Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 04 aprel 2023-ci ildə Bakı şəhəri Suraxanı rayonunda tədbir təşkil ediblər. Tədbir Aslan Muradov adına 84 saylı tam orta məktəbdə baş tutub. 2016-cı il Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri -Şanlı qələbəmizin başlanğıcıdır”adlı tədbirdə Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, müavini müharibə veteranı Cavanşir Abdullayev, məktəbin direktoru Röya İslamova , hərbi hazırlıq müəllimi müharibə veteranı ehtiyatda olan mayor Zöhrab Muradov, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Röya İsmayılova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub. Çıxış üçün ilk söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev öncə Aprel döyüşləri haqqında ətraflı danışıb. Adil Haqverdiyev iki müharibənin - Əfqanıstan və Qarabağ müharibəsinin iştirakçısı kimi müharibənin çətinliyindən əsgər və zabitlərimizin torpaqlarımız ugrunda necə əzimlə döyüşməklərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan qürurla bəhs edib. Bildirib ki, biz sülhsevər xalqıq. Hər zaman bu istəyimizi subut etmişik. Ali Baş Komandan İlham Əliyev dəfələrlə düşmənə hümanistlik göstərmişdir. Əsirlərin qaytarılması, xəstə əsirlərin müalicə olunması, torpaqlarımızdan çıxmaları üçün möhlət hüququnun verilməsi və s. buna sübutdur. Adil Haqverdiyev çıxışının sonunda Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzuladı. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 12 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Bayrağa Sarılan Qəhrəman” adlı anım tədbiri keçirilib. Tədbir şəhid Əli Məmmədzadənin ömür yoluna və şərəfli döyüş fəaliyyətinə həsr olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid və veteranlarımızın rəşadəti sayəsində 8 Noyabr zəfərinin təmn edildiyini bildirib. Tədbirin moderatoru Gülnarə Hüseynova çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbədən, xalq–ordu birliyinin əhəmiyyətindən bəhs edib, şəhid Əli Məmmədzadənin həyat və şərəfli döyüş yolu haqqında geniş məlumat verib. O, qəhrəman şəhidimizin Vətənə sədaqətini, göstərdiyi igidliyi və gənc nəsil üçün örnək olan vətənpərvərlik ruhunu xüsusi vurğulayıb. Daha sonra tədbir iştirakçıları və fəxri qonaqlar təqdim edilib. Tədbirdə çıxış edənlər arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov və millət vəkili, ictimai-siyasi xadim Vüqar İskəndərov yer alıblar. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi xüsusi qeyd olunub. Tədbirin bədii hissəsində məktəblilərin hazırladığı kompozisiya təqdim olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Şəhid ailələri ilə işin təşkili şöbəsinin rəhbəri Elmar Hüseyn, YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev və 65 nömrəli tam orta məktəbin direktoru Qamət Tağıyev də iştirak ediblər. Tədbir çərçivəsində şəhid Əli Məmmədzadəyə həsr olunmuş videoçarx nümayiş etdirilib, onun həyat yolu, döyüş xatirələri və ailəsinin fikirləri tədbir iştirakçılarına təqdim olunub. Sinif rəhbəri Günay Xasayeva, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları Təşkilatının Zəngilan rayon Təşkilatının rəhbəri Ənvər Qarayev və Şəhid Ailələrinin Hüquq Müdafiəsi İB-nin üzvü, qazi Ramin Şirinov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın borcu olduğunu vurğulayıb. Tədbir yüksək təşkilatçılıq şəraitində, böyük ehtiram və vətənpərvərlik ruhunda baş tutub. Tədbirin sonunda vətənpərvərlik mahnıları ifa olunub, xatirə şəkli çəkilib.
Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib. Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir: "Hörmətli KİV nümayəndələri! Əziz dostlar! Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"
Hamısını oxu
Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir”Layihəsi çərçivəsində Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib. Tədbirdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, Millət vəkili Jalə Əhmədova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Müasir İnternet Resursların İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, vəkil Namiq Məmmədov tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər. Çıxış edənlər şəhid ailələri və müharibə iştirakçıları arasında dövlətin sosial siyasətinə ictimai dəstək yönümündəbelə bir hüquqi maarifləndirmə işi aparmağın ictimai, hüquqi əhəmiyyətindən danışıblar.Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən daima ölkəmizin həssas qrupuna daxil olan şəhid ailələri və müharibə iştirakçılarına hər cür diqqət və qayğı göstərilir.Bu baxımdan vətəndaş cəmiyyəti olaraq“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin hüquqi dəstək təşəbbüsü təqdirəlayiqdir. Millixəbər. az-ın məlumatına görə tədbirlə bağlı “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini gerçəkləşdirməkdə əsas məqsəd Şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək göstərməklə yanaşı Dövlət Başçısı cənab İlham Əliyevin sosial siyasət kursuna vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir.Birlik sədri onu da deyib ki, şəhid ailələrinin və müharibə iştirakçılarına narahat edən sosial, hüquqi məsələlərə kömək olmaq üçün ölkəmizin 3 regionunda Abşeron, İmişli, Binəqədi rayonlarında vəkillərin iştirakıyla bu sayaq hüquqi maarifləndirmə tədbirləri keçiriləcək. MİRİİB sədri xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə MİRİİB tərəfindən uğurla realllaşdırılan layihənin icra planına uyğun olaraq “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib. Bu kitabça vasitəsilə ölkəmizin həssas təbəqəsində hüquq bilgi və məlumatlandırmanın effektivliyini təmin etmək üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.
Hamısını oxu