Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbində “Gələcəyimizə çıraq ol” layihəsi gerçəkləşib

Xalqımızın Ümummilli lideri, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu və bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətdə uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, məcburi köçkün ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur və bu gün müstəqil Azərbaycanın uşaqları dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı ilə tam əhatə olunmuşdur. Müəllim Jalə Qurbanlı və Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Aygül Qurbanova tərəfindən təşkil olunmuş “Gələcəyimizə Çıraq ol” layihəsinin təşkil olunduğu növbəti ünvan Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbi olmuşdur. 05 mart 2023-cü il tarixdə həmin məktəbdə 70-dən yuxarı aşağı sinif şagirdləri üçün müxtəlif master-klasslar həyata keçirilməklə təşkil olunmuş layihənin məqsədi məktəblilərin yaddaşlarında xoş iz buraxmaq, onların asudə vaxtının səmərəli keçirilməsi, kiçik motorik bacarıqlarının inkişaf etdirilməsi, estetik zövqünün formalaşması, yaradıcılıq qabiliyyətlərinin inkişafına az da olsa, yardım etmək olmuşdur. Belə ki, “AzeRobot Education” Robototexnika tədris mərkəzinin rəhbəri İmamir Mirzoyevanın yaxından dəstəyi ilə həmin tədris mərkəzinin mentorları Murad Hüseynov və İbrahim İbrahimlinin təşkil etdiyi robototexnika master klassları uşaqların istedadlarının üzə çıxarılması və təlim zamanı yiyələndikləri bacarıqların praktiki tətbiq edilməsi sayəsində uşaqlar müxtəlif robotlar hazırlayaraq və həmin robotlarla yarışaraq səmərəli zaman keçirmişlər. Bundan başqa, Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor əvəzi Nailə Məmməd-zadə və Akademiyanın orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayevin dəstəyi ilə BXA-nın bir qrup müəllimi və tələbələri Nihad Hüseynzadə, Səma Əzməmmədzadə rəqsin incəliklərini uşaqlara öyrədərək, estetik zövqlərinin formalaşmasına köməklik göstərmişdir. Eyni zamanda, Teatral Studiya Uşaq Aktyorluq Akademiyasının bədii rəhbəri Səbinə Məmmədzadənin dəstəyi ilə Teatral Studiya aktyorları uşaqlara maraqlı səhnəciklər və eləcə də, aktyorluq sənətinə dair master klass təşkil etmişdirlər. Layihədə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilmişdir.

2023-03-06 02:03:00
1562 baxış

Digər xəbərlər

“Araz” supermarketlər şəbəkəsindən qazilərlə bağlı nümunəvi addım

5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi Veteran.gov.az xəbər verir ki, “Araz” supermarketlər şəbəkəsi qazilərlə bağlı nümunəvi addıma imza atıb. Belə ki, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələnib ki, bu da onların yeni həyata uyğunlaşması, məşğulluq probleminin həlli baxımından mühüm əhəmiyyətə malikdir. “Araz” supermarketlər şəbəkəsinin sosial şəbəkədəki rəsmi hesabında da bu barədə məlumat verilib. Məlumatda deyilir: “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 5 qazimiz İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi! Fəxr hissi ilə bildiririk ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov, Vüsal Həsənov və Fərid Əlirzayev Böyük Britanyanın Maliyyə Menecerləri Assosiyasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikat əldə ediblər. Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərində də iştirak edərək müvafiq biliklərə yiyələniblər. “Araz” supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov qazilərlə görüşərək onlara sertifikatlarını təqdim edib. Səmimi keçən görüşdə qazilərin döyüş yolu, gələcək hədəfləri, müzakirə olunub. Layihənin növbəti mərhələsi olaraq qazilər “Araz” supermarketlər şəbəkəsinin HR komandasında təcrübə proqramı keçəcəklər. Vaxtaşırı sosial layihələrlə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin bu layihəni icra etməkdə məqsədi 44 günlük Vətən müharibəsinin ardından qazilərin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır. Belə bir layihənin bir parçası olmaqdan qürur duyuruq! Siz harada, “Araz” orada”. Seymur ƏLİYEV

Hamısını oxu
DSX sərhədlərimizin etibarlı mühafizəsinin qarantı, xalqımızın şərəf mənbəyidir

  Heydər Əliyev: “Azərbaycanın Sərhəd Qoşunlarında xidmət edən hər bir şəxs öz  vəzifəsinin nə qədər məsuliyyətli   olduğunu dərk edir” Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhədinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan böyük bir quruma çevrilmişdir. Bu gün Dövlət Sərhəd Xidmətində gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm işlər görülür. Müstəqil  Azərbaycanın tarixində  şanlı iz buraxmış Sərhəd qoşunlarının yaranmasının  103-cü  il dönümünün ərəfəsindəyik.Jurnalist  olmasamda ildə bir dəfə Dövlət Sərhəd Xidməti haqqınada yazmağı özümə borc bilirəm. Sözsüz ki, Sərhəd Qoşunlarının formalaşmasında Heydər Əliyevin rolu müstəsna olmuşdur. Məhz onun rəhbərliyi altında Azərbaycanda Sərhəd Qoşunları formalaşdı, gücləndi və bu gün ölkəmizin milli maraqlarını çox ləyaqətlə qorumağa başladılar. Xalqımızın ümummilli liderinin qərarı ilə Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyətə başladıqdan sonra bu istiqamətdə çox böyük müsbət dəyişikliklər baş verdi.DSX-nin Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıq və şücaət nümunələri Azərbaycanın tarixinə   salnamə kimi   yazıldı.  Bu gün Azərbaycan Sərhəd Qoşunları bütün yüksək standartlara cavab verir və ölkəmizin sərhədləri etibarlı şəkildə qoruyur. DSX-nın tarixi çox qədimdir. DSX müxtəlif dönəmlərdə müxtəlif mərhələlərdən keçib. Bu gün DSX güclü maddi-texniki bazaya malikdir. Şəxsi heyətin keyfiyyətli xidmətini təmin etmək, habelə, onların asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb. Ehtiyatda olan zabit kimi, təhsil işçisi kimi DSX-ya məxsus hərbi hissələrdə oluram. Həm Qazax istiqamətində, həm Cəbrayıl və Zəngilan istqiamətlərində, həm də işğaldan azad edilən digər ərazilərəimizdə  yerləşən hərbi hissələrdə olan zaman şəxsi heyətə yardılan şəraitlə tanış olmuşam. Bu səfərlər zamanı şahid olmuşam ki, hərbi hissələrin maddi-texniki bazası, şəxsi heyət üçün yaradılan şərait müasir tələblər səviyyəsindədir. DSX rəhbərliyi bu gün də məlum işğaldan azad olunmuş ərazilərdə  mühüm addımlar atmaqda, görülən işləri daha da genişləndirməkdədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında DSX mühüm yeniliklərə imza atır və görülən bu işlər heç şübhəsiz təqdirəlayiqdir. 44 günlük Vətən Müharibəsində tarixi zəfərin əldə edilməsində DSX-nın mühüm rolu olub. Cəbrayıl, Zəngilan və digər yaşayış məntəqlərləimizin düşmən işğalından azad edilməsində sərhədçilər mühüm rol oynayıb, böyük qəhrəmanlıqlar göstərib. DSX-nın bir çox hərbi qulluqçusu Ali Baş Komandan tərəfindən “Vətən Müharibəsi qəhrəmanı” adı, “Rəşadət” ordeni, “Qarabağ” ordeni, habelə digər orden və medallarla təltif olunub. DSX-nın şəxsi heyəti müharibənin ilk günündən əzmkarlıqla döyüşüb, böyük igidiliklər göstəriblər. DSX-nın Çevik Hərəkət Qüvvələri bizim xüsusi təyinatlılarla birlikdə işğaldakı torpaqlaırn azad edilməsi uğrundakı döyüşlərin ön səfində yer alıb, zəfər bayrağımızı işğaldan azad edilən torpaqlarda qaldırıb. Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan ordusu biabırçı şəkildə geri çəkildi, öz silah-sursatını ataraq qaçdı. Hansı ki, onların da həmin ərazilərdə sərhəd zastavaları var idi. Bu zastavalardakı düşmən hərbçiləri də öz postlarını qoyaraq qaçmağa başladılar. DSX-nın bir sıra zastavaları məhz Ermənistan hərbçilərinin qoyub qaçdığı zastavaların yerində qurulub. Ali Baş Komandan da bu zastavaların açılışında  şəxsən  iştirak etdi, görülən işləri yüksək qiymətləndirdi. Bu gün   Dövlət Sərhəd Xidmətinin rəisi   general-polkovnik Elçin Quliyevin  rəhbərliyi altında Dövlət Sərhəd Xidməti  dünyanın ən modernləşmiş hərbi qürumlar  sırasındadır. Məhz, general polkovnik Elçin Quliyev  ulu öndər Heydər Əliyev tərəfindən sərhəd qoşunları komandanı  təyin olunmasından bu günədək Azərbaycan sərhədçilərimizin  keçdiyi inkişaf yolu göz qabağındadır. Fəxrlə   söyləmək olar ki, Dövlət Sərhəd Xidmətinin  bir çox  dövlətlərin sərhəd xidməti  qurumları ilə faydalı, qarşılıqlı əlaqələrin qurulmasında  və   möhkəmləndirilməsində, böyük innovativ başlanğıclara  imza edərək , bu sahədə uğurlu nəticələr və müsbət göstəricilərə   nail olmuşdur. Dövlət Sərhəd Xidmətinin şəxsi  heyəti   ilbəil öz professional bilik və bacarıqlarını artıraraq bu gündə Vətənimizin sərhədlərinin mühafizəsini  yüksək mətinlik və şərəf hissi ilə həyata keçirirlər.Vətənimizin  həmsərhəd ərazilərində  hərbi qulluqçularımızın sərhəd mühafizəsini yüksək döyüş və mənəvi-psixoloji ruh yüksəkliyində  aparılması üçün   müasir  infrastruktur, texniki avadanlıqlar yaradılmışdır.Sərhədçilərimiz  erməni ordusu ilə üzbə-üz duraraq vəzifə borclarını layiqincə yerinə yetirirlər.Bu onu göstərir ki,Dövlət Sərhəd Xidmətinin  rəisi general polkovnik Elçin Quliyevin bacarıqlı və səriştəli  rəhbərliyi  altında sərhədçilərimiz istənilən döyüş tapşırıqlarını yerinə yetirmək iqtidarındadır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışından sitat  gətirmək istəyirəm:”Sərhəd qoşunlarında Vətənpərvərlik ruhu çox yüksəkdir. Bu da çox önəmlidir. Mən hər dəfə sərhədçilərlə görüşəndə, vəziyyətlə tanış olanda bunları görürəm. Bilin ki, mən bundan sonra da Azərbaycanın Sərhəd Qoşunlarının inkişafına öz töhfəmi verəcəyəm, bu məsələlərə daim böyük diqqətlə, qayğı ilə yanaşacağam. Biz hamımız Azərbaycanda Sərhəd Qoşunlarının daha da inkişafına çalışmalıyıq.” Yazının   sonunda   Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyətini  DSX-nin rəisi general –polkovnik Elçin Quliyev  başda  olmaqla   səmimi qəlbdən təbrik edirəm və sərhədlərimizin etibarlı mühafizəsində  uğurlar  və müvəffəqiyyətlər    arzulayıram. Mürsəl Qurbanov

Hamısını oxu
Nərimanov rayon gəncləri Tokio-2020 Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyevanı böyük coşqu ilə qarşılayıb

Veteran.gov.az xəbər verir ki, 7 sentyabr 2021-ci il tarixində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinin, əməkdaşlarının və rayonun fəal könüllülərinin iştirakı ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl və gümüş medalçısı Azərbaycan para-atleti Lamiyə Vəliyeva yaşadığı evinin qabağında böyük coşqu qarşılanıb.   Qeyd edək ki, Lamiyə Vəliyeva 2021 -ci ildə Tokiodakı Yay Paralimpiya Oyunlarında Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55.00 saniyəyə qaçaraq və Paralimpiya rekordunu qıraraq finalda birinci olub. Eyni oyunlarda Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda İspaniyalı atletdən 0,03 saniyə geridə qalaraq gümüş medal qazanıb.   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə, Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alınıb ki, XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçilərinin təltif olunanları sırasında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli Lamiyə Rövşən qızı Vəliyeva da vardır.  

Hamısını oxu
Mehriban Əliyeva: Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!".

Hamısını oxu