Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanla təhdid dili ilə danışmaq mənasızdır.

İran ölkəmizə qarşı təxribatlara son qoymalı, beynəlxalq hüquqa hörmət etməlidir. İranın davranışları iki ölkə arasındakı qonşuluq münasibətlərinə zidd olmaqla yanaşı, beynəlxalq qanunlara da ziddir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. “Məlum olduğu kimi, bu ilin martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub ki, bu da Azərbaycana qarşı açıq təxribat, əzələ nümayişi deməkdir. Xatırladım ki, İran bundan əvvəl də ölkəmizə qarşı təxribat xarakterli addımlar atıb, qeyri-dost mövqe nümayiş etdirib. Lakin Azərbaycan, demək olar ki, hər dəfə İranın bu davranışına səbirlə yanaşıb, bütün bu təxribatlara özünəməxsus müdriklik və soyuqqanlılıqla cavab verib. Fəqət İranın 11 mart tarixli təxribatı rəsmi Tehranın ölkəmizə qarşı düşmənçilik münasibətinə son qoymaq istəmədiyini göstərir. Bu isə Azərbaycanı cavab tədbirləri görmək məcburiyyəti qarşısında qoyur. İran anlamalıdır ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona təzyiq göstərməyə cəhd etmək mənasızdır. Bu günə qədər heç bir dövlət bu yolla nəyəsə nail ola, Azərbaycanın iradəsinə təsir göstərə bilməyib. İran da bu dövlətlərin arasında istisna təşkil etmir. Azərbaycanın hər cür təzyiq və təxribata lazımınca cavab verəcək gücü var və 44 günlük Vətən müharibəsi bunun ən bariz isbatıdır”, - deyə polkovnik Cəlil Xəlilov bildirib.

2023-03-13 01:03:00
902 baxış

Digər xəbərlər

“Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan təxribatlarından əl çəkməsə, Azərbaycan anti-terror əməliyyatına start verə bilər”   “Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”.   Bunu Veteran.gov.az-a açıqlamasında Mühatibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər göstərir ki, rəsmi İrəvan hələ də 44 günlük Vətən müharibəsində Ermənistanın yaşadığı rüsvayçı məğlubiyyətdən nəticə çıxarmaq istəmir:   “Təbii ki, Ermənistanın son günlər ordumuzun mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutması, təmas xəttində tez-tez gərginliklər yaratması heç də təsadüfi və məqsədsiz deyil. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan 44 günlük Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən lazımi nəticə çıxarmaq istəmir. Halbuki, bu müharibə zamanı Ermənistan ordusunun hərbi potensialının 80%-dən çoxunun tamamilə sıradan çıxarıldığı, Ermənistanın baş nazirinin müharibəni dayandırmaq üçün dünyanın aparıcı dövlətlərinin liderlərinə günlərlə yalvardığı, nəhayət, 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya sazişini imzaladığı hər kəsə məlumdur. 44 gün ərzində darmadağın edilən, meyidlərini, yaralılarını döyüş meydanında atıb qaçan Ermənistanın indi yenidən qarşıdurmaya can atması, müxtəlif təxribatlar törətməsi erməni siyasi hakimiyyətinin avantürist niyyətlərindən xəbər verir. Bu, həm də onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzsə də, hələ də Ermənistanda faşizm ideyaları yaşamaqda, təbliğ olunmaqdadır.   Şübhəsiz, rəsmi İrəvan təxribatlarından əl çəkməsə, bu, Azərbaycanın anti-terror əməliyyatına start verməsi ilə nəticələnə bilər. Çünki Azərbaycanın sonsuza qədər erməni təxribatları qarşısında səbr nümayiş etdirməsi, bu təxribatlara sonsuza qədər təmkinlə yanaşması mümkün deyil. Azərbycanın belə bir məcburiyyəti də yoxdur. Onu da unutmaq olmaz ki, Ermənistanın bu təxribatları bütövlükdə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır.  Yəni bu təxribatlar sadəcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Buna görə də sadəcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də erməni təxribatlarına sərt reaksiya verməsi, onu sülhə, əməkdaşlğa səsləməsi vacibdir.   Bir sözlə, Ermənistanın sabahı, onun gələcəyi atacağı addımlardan, Azərbaycanın sülh çağırışına verəcəyi cavabdan, bu çağırışa sərgiləyəcəyi səmimi münasibətdən asılı olacaq. Əgər Ermənistan Azərbaycanın humanist və sülhpərvər mövqeyinə bundan sonra da təxribatlarla cavab verərsə, bu, Ermənistanın özü üçün ağır nəticələrə, yeni və daha sarsıdıcı məğlubiyyətə səbəb olacaq”. Seymur ƏLİYEV

Hamısını oxu
ABŞ-dan Vətən Müharibəsinə gələn çavuş

Sentyabr ayında Vətən Müharibəsində könüllü iştirak etmək üçün ABŞ-dan Azərbaycana yollanan Hüseyn Məmmədov yaşadığı Nyu-York şəhərinə geri qayıdıb. Qəhrəman hərbçini ailəsi və yaxın dostları Nyu-Yorkun Kennedi hava limanında qarşılayıblar. O, bir neçə ildir ailəsi ilə bərabər ABŞ-ın Nyu-York şəhərində yaşayır. Vətən Müharibəsinin ilk günlərində o, ailəsinə “İstanbula istirahətə gedirəm” deyərək birbaşa cəbhəyə yollanır.   H.Məmmədov orduda məxfi hissənin sürücüsü vəzifəsində, kiçik çavuş olaraq xidmət edib. O, Şuşa şəhərinin işğaldan azad olunmasında yaxından iştirakı ilə tanınıb. H.Məmmədov bildirir ki, müharibədə ona ən yaxın yol yoldaşı olan ayaqqabılarını da ABŞ-a gətirib: “Böyük fəxr hissi keçirirəm. O qədər qürurluyam ki, hisslərimi ifadə etməkdə acizəm. Hətta o çəkmələrimi də özümlə gətirmişəm. O torpaqlarda gəzdiyim çəkmələrim indi mənim ən dəyərli əşyamdır”.

Hamısını oxu
lham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Axar.az xəbər verir ki, bununla əlaqədar olaraq dekabrın 12-də Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Hamısını oxu
İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub

Hamısını oxu