Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ağdamda Milli Qəhrəman Yelmar Edilovla bağlı tədbir keçirilib

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Edilov Yelmar Şahmar oglunun şəhadətə yüksəldiyinin 30-cu ildönümü Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı tərəfindən qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatı, qəhrəmanımızın ailə üzvüləri, vətədnaş cəmiyyəti institutları, təhsil müəssələrinin nümayədnələri, Ağdam Rayon İqtisadiyyat Kollecinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib. 

Ağdamda Qəhrəmanlar abidəsinin qarşısında keçirilən tədbirdə Ulu öndərimizin, qəhrəmanımızın və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə  qəhrəmanımız haqqında Ağdam Rayon İcra Hakimiyətinin birinci müavini Allahverən Əliyev, Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov və digər natiqlər xatirələrini bölüşüblər.

Qəhrəmanımızın şəhid oldugu yer döyüş yoldaşları,veteranlar tərəfindən ziyarət olundu.Sözügedən məkanda qəhrəmanımızın böyüdülmüş şəkli, bayraq dirəyi basdırılıb. Qəhrəmanımızın ruhuna Quran oxunub, dualar edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatıın sədri Elşən Zeynalov tədbirin keçirilməsinə dəstək verən əlaqədar qurum və şəxslərə - Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Ağdam Rayon İqtisadiyyat Kollecinin drektoru Natiq Cavadova və direktor müavini Məhəmməd müəllimə təşəkkür edib, minnətdarlığını bildirib.

 

2024-04-15 11:21:47
3568 baxış

Digər xəbərlər

Mehriban Əliyevadan Milli Musiqi Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib.  O, fikirlərini rəsmi “Instagram” hesabında bölüşüb:   “Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!” 

Hamısını oxu
Operativ Qərargah: Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur; • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür; • restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla); Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda, xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Eyni zamanda, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə: • muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur; • 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir. Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: • yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; • bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması; • “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; • toy məclislərinin təşkilinin qadağan olunması; • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; • muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılması; • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • masaj və hamam xidmətlərinin göstərilməsi. Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan, COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Hamısını oxu
“Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib

Moderator.az xəbər verir ki, “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirilib.   Təqdimatı giriş sözü ilə açan Yazgül Abdıyeva ‘Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırıb. Təqdimatda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, kitabın müəllifi Vahid Aslan, professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, Dossent Rəşid Mahmudov, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, tanınmış yazıçı Elçin Hüseynbəyli, əməkdar artist Nuriyyə Hüseynova, Qazilər Süleyman Abdulla, Baycan Abdullayev, Məzahir Hüseynov, Əmrah Cabbarlı, Elşad İsmayılov, Rusiyada yaşayan həmvətənlərimiz Ülvi Hüseyn, Rizvan Cəfərli , Arif Cəfərov ,Habil Alısoy və digər ziyalılar çıxış etdilər. Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, bundan öncə təqdimatı keçirilmiş “Gədəbəydə doğulan şairlər” kitabı kimi “Gədəbəy Rayonunun Şəhidləri” kitabı da elimizə-obamıza olan mənəvi borcun timsalında yazılıb və çap olunub.   Kitabın ərsəyə gəlməsində böyük əmək sərf edən Vahid Aslana da mnnətdarlıq ifadə olunub.  

Hamısını oxu
Nəsimi rayonu 111 sayli tam orta məktəbdə Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Veteran .gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 19 fevral 2025-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub. Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva və müavini, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jaiə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni sələndirilib. Xocalı soyqırımının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən şerlər yer alıb. Daha sonra çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, ilk öncə Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Bildirib ki,1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstəsi SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edərək XX əsin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədib: “İşğalçılar  uşaqlara, qocalara, qadınlara aman verməmiş, hətta şəhid  olanların meyitlərini təhqir etmişlər. Uzun sürən həsrətdən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında erməni faşistlərinı torpaqlarımınzdan qovaraq haqq-ədaləti bərpa ediblər. İndi soydaşlarımız öz doğma ocaqlarına, yurd –yuvalarına  qayıdıblar .Artıq Xocalıya da dönüş başlayıb. Mən çıxışımın sonunda uca Tanrıdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzulayıram”. Daha sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər.   Tədbirin sonunda xatirə şəkli çəkilib.  

Hamısını oxu