Digər xəbərlər
Ceyhun Məmmədov: “Xocalı soyqırımının təbliği milli ruha malik gəncliyin formalaşdırılması baxımından vacibdir” Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Üstündən 30 illik tarixi müddət keçsə də, Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etmək, bu qətliamın mahiyyəti və dəhşətli nəticələri haqqında uşaqları, yeniyetmə və gəncləri məlumatlandırmaq, Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaq bu gün də qarşıda duran əsas vəzifələrdən biridir. Məlumat üçün qeyd edək ki, soyqırımın 30 illiyi münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçiirilmiş, müsabiqədə fərqlənən şagirdlər adıçəkilən dövlət qurumu tərəfindən Fəxri Fərman və medallarla təltif edilmişdir. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, gənc nəslin erməni vəhşilikləri haqqında məlumatlandırılması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği, uşaq və yeniyetmələrin milli ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsi baxımıdnan mühüm əhəmiyyət kəsab edir. Üstündən 30 il keçməsinə baxmayaraq, xalqımızın Xocalı qətliamının qurbanlarının xatirəsini ağrı hissi ilə anır, erməni vəhşiliyini lənətləyir. Ermənilər zaman-zaman Azərbaycan xalqının başına bir çox müsibətlər gətirib. Bu müsibətlərdən biri də Xocalıdır. Ermənilər Xocalıda soyqırım törətməklə insnalarımızın mübarizə əzmini qırmağa çalışırdı. Amma Azərbaycan öz mübarizə əzmini qoruyub saxladı, düşmənə müqavimət göstərməkdə davam etdi. Nəhayətdə, 44 günlük Vətən müharibəsində Azərbaycan erməni faşizmi üzərində tarixi qələbə əldə etdi, ərazi bütövlüyünü təmin etdi. Azərbaycan xalqı qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaqdır. Bu gün cənab Prezidentin, eləcə də Mehriban xanımın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində bu istiqamətdə geniş təbliğat işi aparılır. Azərbaycan həqiqətlərinin təbliği üçün silsilə tədbirlər həyata keçirilir. Hesab edirəm ki, dövlət qurumları tərəfindən bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və bu, milli ruha malik, milli tarixə yaxından bələd olan gəncliyin formalaşdırılması baxımından olduqca önəmlidir”. Seymur ƏLİYEV
Hamısını oxu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb. Publika.az xəbər verir ki, fərmanda bildirilir: Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə bir sıra şəxslər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşlər. Fərmana əsasən, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 2000 (iki min) manat müəyyən olunub. Müəyyən edilib ki, təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir: - dul arvadına (ərinə), valideynlərinə; - 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alanlara isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; - birinci növbədən digər qohumları olmayan baba və nənələrinə; - dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2021-ci il yanvarın 1-dən qüvvəyə minir
Hamısını oxu14 yanvar 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bir qrup 44 günlük Vətən müharibəsi veteranı ilə görüşüb. Görüşdə veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlıqdan danışıb. Təşkilat sədri qeyd edib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin cəsarəti və peşəkarlığı, xalqımızın həmrəyliyi, Prezident İlham Əliyevin sərkərdəlik dühası ölkəmizi bu tarixi sınaqdan qalib çıxarıb, işğaldakı torpaqlar erməni faşistlərindən azad edilib. Veteranlara Vətən müharibəsində göstərdikləri qəhrəmanlığa görə təşəkkür edən polkovnik Cəlil Xəlilov, bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyini vurğulayıb. Polkovnik qeyd edib ki, hazırkı post-müharibə dövründə xalqımızın öz birliyini qoruyub saxlaması, dövlət başçısının hər bir çağırışını dəstəkləməsi gələcək uğurların əsas təminatçısı və qarantıdır. Görüşdən sonra veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə ətraflı tanış olub, Ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev guşələrini ziyarət ediblər. Təşkilata üzv olan veteranlara üzvlük vəsiqələri təqdim edilib.
Hamısını oxu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüşdə milli maraqlarımız konteksində görülən və görülməsi gərəkən işlərə toxunan dövlət başçısı, Qərbi Azərbaycana qayıdışla da bağlı mühüm fikirlər səsləndirib. Veteran.gov.az xəbər verir ki, bununla bağlı Azərtac-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Prezidentin məlum çıxışının xalq tərəfindən rəğbətlə qarşılandığnı bildirib: “Prezidentin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə söhbətində səsləndirdiyi fikirlər, İrəvan və digər tarixi torpaqqlarımıza qayıdışla bağlı sərgilədiyi əzm hər bir azərbaycanlı tərfindən təqdirlə qarşılanmaqda, alqışlanmaqdadır. Prezidentin məlum çıxışı göstərdi ki, Azərbaycan öz haqqını sona qədər bərpa etməkdə qərarlıdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın cari ilin sentyabr ayında Ermənistanla sərhəddə həyata keçirdiyi hərbi əməliyyatlar da bunu təsdiq etdi. Bu fakt bir daha göstərdi ki, Azərbaycan təhlükəsizlik və ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək niyyətində deyil. Prezidentin də qeyd etdiyi kimi, biz bu ilin sentyabr ayında həyata keçirdiyimiz hərbi əməliyyatlar sayəsində öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edəcək mövqelərə yiyələndik. Bu mövqelər bizə imkan verir ki, nəinki öz təhlükəsizliyimizi təmçin edək, həm də qarşı tərəfin mövqelərini, onun hər bir hərəkətini diqətdə saxlayaq. Bu baxımdan ordumuzun sadəcə Vətən müahribəsindəki deyil, ondan sonrakı əməliyatları da olduqca əhəmiyyətlidir”. Professor qeyd edib ki, dövlət başçısının çıxışı dünyadakı mövcud reallıqlar və bu reallıqlara hazır olmaq baxımından da əhəmiyyətlidir: “Prezident İlham Əliyev məlum çıxışında onu da bildirdi ki, işğal dönəmində onda dünyada ədalətin olmadığı ilə bağlı fikir formalaşmışdı. Lakin Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu dünyadan gözlədiyi bu ədaləti özü yaratdı. Şəhidlərimizin, qazilərimizin, xalqımızın və dövlətimizin fədakarlığı sayəsində Azərbaycan erməni faşizmini məğlub edərək ərazi bütövlüyünü təmin etdi. Bununla bütün dünyaya göstərdi ki, o, öz haqlı mübarizəsindən imtina etmək fikrində deyil və öz haqqını nəyin bahasına olursa-olsun qoruyacaqdır”. Polkovnik Azərbaycanın bundan sonra da hər cür təhdid və təzyiqə hazır olduğunu vurğuladı: “Vətən müharibəsindən sonra Ermənistanda revanşist qüvvələrin aktivliyi müşahidə olunmaqdadır. Dövlət başçısı da qeyd etdi ki, Ermənistanda həm iqtidar, həm də müxalifət arasında bu cür qüvvələr mövcuddur. Lakin Ermənistan və onun xaricdəki havadarları bilməlidirlər ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkünsüzdür və bu danışıq ritorikası heçş vaxt səmərə verməyəcək. Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyib və bundan sonra da deməyə hazırdır. Erməni faşizminin hər cür təzahürü bundan sonra da qətiyyətlə məhv ediləcək. Azərbaycanın güclü ordusu, güclü sərkərdəsi var. Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və öz vətənini qorumaq üçün hər cür fədakarlığa hazırdır”.
Hamısını oxu