Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Abşeronda hüquqi dəstək adlı tədbir keçirib

Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib

“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir”
Layihəsi çərçivəsində Abşeron rayonu Heydər Əliyev Mərkəzində “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək” adlı tədbir keçirib.

Tədbirdə Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, Millət vəkili Jalə Əhmədova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Millət vəkili Müşfiq Məmmədli, Abşeron Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Müasir İnternet Resursların İnkişafı” İctimai Birliyinin sədri, layihə rəhbəri Zamin Zeynal, Birliyin sədr müavini Sərvaz Hüseynoğlu, Hüquq departamentinin rəhbəri Nicat Cəfərov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun rəhbəri Orxan Mahmudov, vəkil Elşad Daşdəmirov, vəkil Namiq Məmmədov tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edərək çıxış ediblər.

Çıxış edənlər şəhid ailələri və müharibə iştirakçıları arasında dövlətin sosial siyasətinə ictimai dəstək yönümündə
belə bir hüquqi maarifləndirmə işi aparmağın ictimai, hüquqi əhəmiyyətindən danışıblar.
Qeyd ediblər ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanın Əliyeva tərəfindən daima ölkəmizin həssas qrupuna daxil olan şəhid ailələri və müharibə iştirakçılarına hər cür diqqət və qayğı göstərilir.
Bu baxımdan vətəndaş cəmiyyəti olaraq
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin hüquqi dəstək təşəbbüsü təqdirəlayiqdir.

Millixəbər. az-ın məlumatına görə tədbirlə bağlı “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında bildirib ki, “Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir” layihəsini gerçəkləşdirməkdə əsas məqsəd Şəhid ailələrinin və müharibə iştirakçılarına hüquqi dəstək göstərməklə yanaşı Dövlət Başçısı cənab İlham Əliyevin sosial siyasət kursuna vətəndaş cəmiyyəti dəstəyi göstərməkdir.
Birlik sədri onu da deyib ki, şəhid ailələrinin və müharibə iştirakçılarına narahat edən sosial, hüquqi məsələlərə kömək olmaq üçün ölkəmizin 3 regionunda Abşeron, İmişli, Binəqədi rayonlarında vəkillərin iştirakıyla bu sayaq hüquqi maarifləndirmə tədbirləri keçiriləcək.

MİRİİB sədri xüsusi olaraq vurğulayıb ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə MİRİİB tərəfindən uğurla realllaşdırılan layihənin icra planına uyğun olaraq “Şəhid ailələri və müharibə iştirakçılarına hüquqi dəstək adlı kitabça çap edilib. Bu kitabça vasitəsilə ölkəmizin həssas təbəqəsində hüquq bilgi və məlumatlandırmanın effektivliyini təmin etmək üçün şəhid ailələri və müharibə iştirakçılarına təqdim edilib.

 

2023-04-14 21:54:52
2836 baxış

Digər xəbərlər

II Dünya müharibəsi veteranı əlil arabası ilə təmin edilib

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun tapşırığı ilə Ağdaş rayon sakini II Dünya müharibəsi veteranı İslam Həsənov Həsənbala oğlu əlil arabası ilə təmin edilib. Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Ağdaş rayon Veteranlar Təşkilatının sədri Elton Hacıyev, rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qalib Həsənov,  rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev,“Ağdaş” qəzetinin redaktoru Tofiq İsayevin iştirakı ilə əlil arabası II Dünya müharibəsi veteranına təhvil verilib. 6 ildir ki, yataq xəstəsi olan qocaman veteran İslam Həsənov və ailə üzvləri ona göstərilən diqqət və qayğıya görə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynova minnətdarlığını bildirib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Veteran.gov.az-a daxil olan təbrik məktubunda deyilir: “Hörmətli  xanımlar! Sizi 8 Mart Beynəlxalq Qadınlar Günü  münasibətilə təbrik edirəm. Bu gün biz müstəqil Azərbaycan dövlətinin vətəndaşı olaraq tariximizin hər səhifəsinə diqqət yetirir, hörmət və ehtiramla yanaşırıq. Siz Azərbaycan qadınları  xalqın gücü və ruhunun yenilməz olduğunu sübut etmiş, cəsarət simvolu olaraq qəlbimizdə dərin yer tutmusunuz. Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, xalqımızın milli əxlaqi dəyərlərinin qorunmasında qadınların müstəsna rolunu hər zaman yüksək qiymətləndiriblər. Bu gün də qadınlarımız ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında aktiv iştirak edir ki, bu da hər birimizdə qürur doğurur. Sizi bir daha Beynəlxalq Qadınlar Günü  münasibətilə təbrik edir, sizə xoşbəxtlik, cansağlığı, uzun ömür arzulayiram”.  

Hamısını oxu
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.

Hamısını oxu
“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir”

Məşhur Məmmədov: “Bu, həm də ölkəmizin “yaşıl enerji” potensialından xəbər verir” Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası (SES) tikiləcək. Məlum yenilik “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da yer alıb. Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan təbiətin qorunmasına, ekoloji mühitin yaxşılaşmasına həssaslıqla yanaşır, bunun üçün hər imkandan maksimum istifadə edir. Bu mənada, işğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisini alqışlayır, dövlətimizə uğurlar arzulayıram. Bundan başqa, bu fakt həm də ölkəmizin nəhəng “yaşıl enerji” potensialından xəbər verir. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərimizdə böyük hidroenerji potensialı mövcuddur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində bu potensialdan istifadə imkanı yaranıb ki, dövlətimiz bu imkandan səmərəli şəkildə yararlanmaqdadır. İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi başa çatandan sonra ölkəmizin elektrik enerjisi imkanları da əhəmiyyətli dərəcədə yaxşılaşacaq, habelə, su təsərrufatının daha ağıllı və məqsədyönlü şəkildə idarəsi imkanları genişlənəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu