Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir"

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir".

 Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”.

Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir.

Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir.

“Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.

 

2023-10-16 11:01:44
3349 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov və Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 12 sentyabr 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva şəhid mayor Elxan Nəcəfinin ailəsini ziyarət ediblər. Bütün şəhidlərimiz kimi Elxan Nəcəfinin də heç vaxt unudulmayacağına, Azərbaycan xalqının qəlbində, eləcə də qəhrəmanlıq tariximizdə hər zaman yaşayacağını bildirən polkovnik Cəlil Xəlilov, şəhid ailəsinin qayğıları ilə maraqlanıb. Cəlil Xəlilov qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər bir şəhid ailəsinin, hər bir veteranın yanındadır və bu kateqoriyadan olan vətəndaşlara Təşkilatın imkanları daxilində hər cür dəstəyi verməyə hazırdır. Zərifə Quliyeva da şəhid Elxan Nəcəfinin anası Afət Nəcəfinin arzu və istəkləri ilə maraqlanıb, əldə etdiyimiz şanlı qələbəyə görə xalq olaraq ilk növbədə şəhidlərimizə minnətdar olduğumuzu xatırladıb. Şəhidin anası Afət Nəcəfi ona göstərdikləri diqqətə görə Cəlil Xəlilov və Zərifə Quliyevaya təşəkkür edib. O, şəhid ailəsi olaraq hər zaman dövlətin diqqət və qayğısını üzərində hiss etdiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Xatırladaq ki, Elxan Şükür oğlu Nəcəfi 1986-cı il aprelin 14-də Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərində iştirak edib. Elxan Nəcəfi 2023-cü il sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində gedən döyüşlərdə şəhid olub, İkinci Fəxri Xiyabanda dəfn edilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Baş verənlər göstərdi ki, Ermənistan sülh deyil, terror haqqında fikirləşir

Martın 5-də ermənilərin Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat rəsmi İrəvanın sülh niyyətindən uzaq olduğunu göstərir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, məlum insident bütün qanunsuz silahlı dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasının nə qədər vacib olduğunu bir daha göstərdi. Martın 5-də öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkirli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir və rəsmi Bakının bu günə qədərki narahatlığı heç də əbəs olmayıb. Bundan başqa, bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur, imzaladığı Bəyanatın şərtlərini yerinə yetirməkdən nümayişkaranə surətdə imtina edir. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Polkovnik qeyd edib ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməli, erməni təxribatlarına qarşı sərt mövqe nümayiş etdirməlidir. “5 mart təxribatı bölgədəki Rusiya sülhməramlılarının da məsuliyyətini artırır. Çünki 10 noyabr Bəyanatına görə erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasını məhz Rusiya sülhməramlıları təmin etməlidir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmalı, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoymalıdır. Bu baş verməsə, dövlətimiz erməni təxribatlarının qarşısını almaq, bölgədə təhlükəsizliyi təmin etmək üçün bütün gərəkli addımları atacaq, erməni faşizminin başını bir daha əzəcək”, - deyə Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Cəlilabadda İkinci Dünya müharibəsində həlak olanların xatirəsi anılıb

Bu gün Cəlilabad Rayon Veteranlar Təşkilatı 9 May - Alman faşizmi üzərində qələbənin 81 illiyi münasibəti ilə tədbir keçirib. Əmək və müharibə veteranları, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri İkinci Dünya Müharibəsində həlak olmuş qəhrəmanların əziz xatirəsinə ucaldılmış Ana abidəsi önünə gül dəstələri qoyublar və onların əziz xatirəsini böyük  ehtiramla yad ediblər. Tədbirdə bəşəriyyəti müharibə alovuna bürüyən alman faşistləri üzərində qələbənin qazanılmasında azərbaycanlı igidlərin göstərdikləri şücaətlərdən danışılıb, azərbaycan xalqının ön cəbhəyə göndərdiyi yardımlarla bağlı maraqlı faktlar söylənilib. Qeyd olunub ki, müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Çıxış edənlər bildiriblər ki, İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Qeyd edək ki, bu gün ölkəmizdə İkinci Dünya Müharibəsi veteranlarından 13 nəfəri sağdır. Onlardan biri 102 yaşlı  Zamanov Əbiş İbiş oğlu Cəlilabad rayonunun Astanlı kəndində  yaşayır.

Hamısını oxu
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.   Belə ki, bölgü zamanı ərazidə olan tikililərdən biri Azərbaycan sərhədləri daxilində qaldığı üçün orada olan Ermənistan bayrağı götürülüb. Maraqlıdır ki, sərhədlərin bölgüsündə iştirak edən əsgərlərimiz həmin bayrağı məhz erməni əsgərinin özünə endirtdiriblər. Sözügedən videonu təqdim edirik:

Hamısını oxu