Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

14 iyun 2023-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

 Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Daha sonra tədbiri açıq elan edən Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov Milli Qurtuluş Gününün dövlətlilik tariximiz baxımından önəmi ilə bağlı geniş məruzə ilə çıxış edib, 1993-cü ilin 15 iyun tarixinin Azərbaycan tarixində yeni, mütərəqqi bir dönəmin əsasını qoyduğunu vurğulayıb:

 “1993-cü ilin 15 iyun tarixində Ulu öndərin siyasi hakimiyyətə qayıdışı birmənalı şəkildə Azərbaycanın dövlətçiliyinin, onun müstəqilliyinin xilası kimi qiymətləndirilməlidir. Çünki həmin tarixə qədər respublikamızın vəziyyətinin hərtərəfli mürəkkəbliyi, müstəqilliyimiz və təhlükəsizliyimizlə bağlı açıq təhdidlərin mövcudluğu göz önündə idi. Bir tərəfdən genişlənməkdə olan erməni işğalı, sayı yüz minlərlə ölçülən məcburi köçkün problemi, digər tərəfdən ölkə daxilində  çoxsaylı qanunsuz silahlı dəstələrin mövcudluğu, siyasi hakimiyyət uğrunda müxtəlif qruplar arasında aparılan mübarizə Azərbaycanın gələcəyi ilə bağlı vəziyyəti ümidsiz edirdi. Məhz belə bir mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda xalqımızın və dövlətimizin həyatında ciddi dönüşə nail oldu. Ulu öndərin səyi nəticəsində daxildəki bütün qarşıdurmalara, xaos və özbaşınalığa son qoyuldu. Nizami ordunun formalaşması, siyasi müstəqilliyimizin möhkəmlənməsi, iqtsiadiyyatımızn güclənməsi istiqamətində qəti və ardıcıl addımlar atıldı. Ümummilli liderin əzmi və fədakarlığı sayəsində Azərbaycan xalqı onun müstəqilliyini, birliyini, gələcəyini təhdid edən təhlükələrdən xilas oldu. Məhz bu səbəbdən də Azərbaycan xalqı haqlı olaraq 15 iyun tarixini Milli Qurtuluş Günü adlandırır, Ulu öndəri hər zaman böyük sevgi və ehtiram hissi ilə anır”.

 Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Heydər Əliyev faktoruna diqqət yetirməklə yanaşı, Ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkib:

 “Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və əbədi lideridir. Məhz onun siyasi səriştəsi, cəsarəti və əzmi sayəsində dövlətimiz bütün təbəddülatlardan uğurla çıxmağa nail oldu. Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni işğalçılarını torpaqlaırmızdan qovaraq ərazi bütövlüyümüzü təmin etdi. Bu böyük zəfər bir daha sübut etdi ki, Heydər Əliyev ideyaları bu gün də yaşamaqdadır və Azərbaycan xalqı bu ideyalara sadiqdir”.

 “SOS” MMC-nin direktoru Anar Məmmədov da çıxışında Ümummilli liderin siyasi fəaliyətinə diqqət çəkib, bu fəaliyyətin Azərbaycanın yüksəlişi baxımından mühüm rol oynadığını vurğulayıb:

“Ulu öndərin Azərbaycan xalqının və dövlətinin həyatında həlledici rol oynadığı, ölkəmizin tərəqqisi və təhlükəsizliyi baxımından mühüm uğurlara imza atdığı şübhəsizdir. Məhz Heydər Əliyev dühası sayəsində ölkəmiz XX əsrin sonlarında bir çox fəlakətlərdən xilas oldu, erməni işğalçıları ilə mübarizə fonunda öz müstəqilliyini daha da möhkəmləndirdi, dünya birliyinə inteqrasiya istiqamətində mühüm addımlar atdı. Heydər Əliyev ideyasına sadiq qalan gənclərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etməklə bütün dünyaya sübut etdilər ki, Azərbaycan güclü dövlətdir və öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadirdir”.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, Təşkilatın əməkdaşı Rasim Mirzəyev, Nərimanov Rayon Təşkilatının sədri polkovnik Elşad Şabanov çıxış edərək Heydər Əliyevlə bağlı düşüncələrini dilə gətirib, Milli Qurtuluş Gününün tarixi önəminə qeyd ediblər.

Tədbirin sonunda bir qrup 44 günlük Vətən müharibəsi veteranına üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkli çəkilib.

 Seymur ƏLİYEV

 

Hey

2023-06-14 13:27:46
3778 baxış

Digər xəbərlər

Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Hamısını oxu
100 yaşlı Fatma nənə: “Azərbaycanı xoşbəxt gələcəyə aparacaq insana səs verdim”

alakən rayonunun ən yaşlı seçicilərindən olan 100 yaşlı Fatma Abdulrəhman qızı İbrahimova növbədənkənar prezident seçkisində səs verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 110 saylı Balakən seçki dairəsinin 3 saylı məntəqəsində qeydiyyatda olan Fatma nənə əvvəlki seçkilərdə olduğu kimi, budəfəki prezident seçkisində də iştirak edib. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün məntəqə seçki komissiyasına ərizə ilə müraciət edib. Fatma nənənin müraciəti nəzərə alınaraq, səsvermə günü onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. Fatma nənə nəvəsinin köməyi ilə seçki bülletenini doldurub. “Ürəyimdə tutduğum namizədə - Azərbaycanın xoşbəxt gələcəyini təmin edəcək insana səs verdim. Qoy, ölkəmizdə həmişə əmin-amanlıq olsun. Hamıya uzun ömür arzulayıram”, - F.İbrahimova deyib. 1924-cü il təvəllüdlü Fatma İbrahimovanın bir övladı, dörd nəvəsi, iki nəticəsi var. O, bütün seçkidə səsvermə prosesində şəxsən iştirak edib. Lakin son illər səhhətində yaranan problemlər səbəbindən seçki məntəqəsinə gedə bilmir.  

Hamısını oxu
Qəhrəmanlar unudulmur!

Milli Qəhrəman Şükür Həmidov – Vətənə həsr olunmuş bir ömür   Tarix boyu Azərbaycan torpağı qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların adı dastanlara çevrilib, nəsildən-nəslə ötürülüb, Vətən sevgisinin, qeyrətin və ləyaqətin rəmzi olub. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyən igidlərin yolu heç vaxt yarımçıq qalmayıb. Bu yol şəhidlik zirvəsinə aparan, şərəfli və müqəddəs bir yoldur. Azərbaycan xalqı bu zirvəyə ucalan oğullarını heç vaxt unutmayıb və unutmayacaq. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi yad etmək, onların döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid məzarı olmasın. Hər məzar bir qəhrəmanlıq dastanı, hər ad bir tarixdir. O adlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovdur. Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində, müəllim ailəsində dünyaya göz açıb. Ailədə on uşaqdan biri olan Şükür hələ uşaqlıq illərindən mərdliyi, cəsarəti və iradəsi ilə seçilirdi. Doğma torpağına, Vətəninə bağlılıq onun xarakterinin əsas cizgilərindən idi. O, orta təhsilini Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb, 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada formalaşan hərbi düşüncə, nizam-intizam və vətənpərvərlik ruhu onun gələcək taleyini müəyyənləşdirdi. Sonradan Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan Şükür Həmidov hərbi xidmətə leytenant rütbəsi ilə başlayıb. Naxçıvanda xidmət etdiyi ilk gündən etibarən o, tabeçiliyində olan şəxsi heyət üçün əsl komandir, örnək zabit olub. Şükür Həmidov yalnız əmr verən deyil, döyüşün önündə gedən, əsgərləri ilə bir cərgədə dayanan komandir idi. O, xidmət etdiyi illər ərzində tağım komandiri, bölük komandiri, tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi müxtəlif məsul vəzifələrdə çalışıb. 2016-cı ilin Aprel döyüşləri Şükür Həmidovun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Məhz bu döyüşlərdə nümayiş etdirdiyi rəşadətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və vaxtından əvvəl polkovnik hərbi rütbəsi aldı. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, milli ruhunun təntənəsi oldu. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılan igidlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Bu müqəddəs savaşda polkovnik Şükür Həmidov da ön cəbhədə idi. O, Cənub istiqamətində  Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərin idarə olunmasında fəal iştirak etdi, düşmənin darmadağın edilməsində mühüm rol oynadı.  22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı polkovnik Şükür Həmidov Vətən qarşısında ən ali vəzifəsini yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. O, bir zabit kimi deyil, bir Vətən oğlu kimi tarixə düşdü. Qəhrəman Milli Qəhrəman 23 oktyabrda II Fəxri Xiyabanda böyük ehtiram və dərin hörmətlə torpağa tapşırıldı. Polkovnik Şükür Həmidovun qəhrəmanlığı ölümündən sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, Azərbaycanın hərb tarixində şərəf və rəşadət rəmzi olan “Zəfər” ordeni, “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. Bu təltiflər təkcə mükafat deyil, bir ömrün Vətənə sədaqətinin rəsmi təsdiqidir. Şəhid polkovnik ailəli idi. Onun övladları Əzizə və Nurlan bu gün atasının adını qürurla daşıyır, onun qoyub getdiyi mənəvi irsi yaşadırlar. Onlar üçün Şükür Həmidov yalnız Azərbaycanın Milli Qəhrəmanı deyil, həm də Vətən uğrunda canından keçməyi bacaran, mərdlik məktəbi yaradan bir atadır. Bu gün Qubadlı azaddır. Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şükür Həmidovun doğulduğu və uğrunda şəhid olduğu torpaqlarda əzəmətlə dalğalanır. Hər dalğalanan bayraq onun və onun kimi minlərlə şəhidimizin qanı, canı və iradəsi bahasına yüksəlmiş Zəfərin nişanəsidir. Azərbaycan xalqı öz şəhidlərini daim uca tutur, onların xatirəsini qəlbində, yaddaşında və tarixində yaşadır. Şükür Həmidov kimi qəhrəmanlar olduqca bu Vətən sarsılmazdır, bu torpaq əbədidir. Çünki qəhrəmanların yazdığı tarix zamanın fövqündə dayanır və heç vaxt unudulmur.   Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik              

Hamısını oxu
Veteranlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər

Azərbaycanda veteranlara diqqət və qayğı siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı ərəfəsində az qala unudulmaqda olan 9 May – Qələbə Gününün yenidən dövlət bayramları sırasına daxil edilməsi, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi, o cümlədən onlara dövlət hesabına mənzil və xüsusi nəqliyyat vasitəsinin verilməsi təmin olunub. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı “Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Əlamətdar gün münasibətilə iyunun 28-də Respublika Veteranlar Təşkilatının rəhbərliyi və üzvləri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn veteranlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun da xatirəsi dərin ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub. Respublika Veteranlar Təşkilatının inzibati binasında keçirilən tədbirdə bu qurumun sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada bütün sahələrdə olduğu kimi, veteranlar təşkilatının fəaliyyətində də canlanma yaranıb. Qeyd olunub ki, 1987-ci il mayın 6-da Respublika Veteranlar Təşkilatı yaradıldı. Həmin vaxt təşkilata general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Ancaq sonrakı mərhələdə, xüsusilə 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, veteranlara münasibət dəyişib, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılıb. Ulu Öndərin imzaladığı ilk sənədlərdən biri də məhz “Veteranlar haqqında” Qanun olub. Bununla da veteranlara dövlət qayğısı tam bərpa edilib, onlara münasibət yüksək səviyyəyə qaldırılıb. D.Rzayev vurğulayıb ki, Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası məhz həmin vaxtdan etibarən qoyulub. Bu siyasət sonrakı mərhələdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Bu qayğının ən son  nümunəsi kimi Respublika Veteranlar Təşkilatına ayrılan və müasir standartlara cavab verən inzibati binanı, 1941-  1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və  pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını, onlara digər yardımların göstərilməsini qeyd etmək olar. Sədr bu baxımdan Respublika Veteranlar Təşkilatına 500 min manat məbləğində vəsaitin ayrılmasının önəmini xüsusi vurğulayıb, buna görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbirdə, eyni zamanda, veteranlar və ictimai təşkilatların nümayəndələri çıxış edib, onlara göstərilən qayğının ilbəil artırılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar. Çıxış edənlər Azərbaycanda veteran gününün təsis edilməsinin məqsədəuyğun olduğunu bildiriblər.    Sonda ictimai təşkilatların nümayəndələrinə və bir qrup veterana Respublika Veteranlar Təşkilatının yubiley medalları təqdim edilib.                      

Hamısını oxu