Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar “ Heydər Əliyev müasir Azərbaycan Ordusunun banisidir” mövzusunda tədbir keçirilib.

Veteran.gov.az xəbər verir ki,Müharibə ,Əmək  və Silahlı qüvvələr Veteranları  Təşkilatının    Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları-şöbə müdiri  ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  21.06. 2023-cü ildə tədbir təşkil ediblər.Tədbir   Bakı şəhəri Xətai  rayonunda yerləşən  2 saylı ASAN xidmət mərkəzində baş tutub.

      Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar  “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” adlı  tədbirdə Bakı şəhəri Xətai  rayon  2 saylı ASAN xidmət mərkəzinin direktoru Labidə Batıyeva,konüllülər üzrə məsul şəxs Nərgiz Mirzəyeva və könüllülər iştirak etdilər.

 

Ümummillli Lider Heydər Əliyevin 100 illiyinə həsir edilmiş tədbiri mərkəzin direktoru Labidə Batıyeva açdi.O,qonaqları tədbir iştirakçılarına təqdim etdi..

 

Çıxış üçün ilk söz  ehtiyatda olan polkovnik Adil Haqverdiyəvə verildi.

 

Adil Haqverdiyev ilk öncə RVT-nın sədri Fatma xanım Səttarovanın  və müavini e/o polkovnik  Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Azərbayçan dövlət himni səsləndirildi.Heydər Əliyevin və vətən uğrunda həlak olan şəhidlərimizin ruhları  bir dəqiqəlik sükutla yad edildi.

 

Müasir Azərbaycan Ordusunun yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Hələ Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci Katibi seçildiyi dövürdən Azərbaycan Ordusu haqqında düşünmüş və çətinliklərə baxmayaraq C.Naxçıvaniski adına hərbi liseyin yaradılmasına nail olmüşdur.Onun ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə  qayıdışı çöx çətin bir dövrə düşmüşdür, torpaqlarımızın  mənfur qonşular tərəfindən işğal olunan bir dövrə təsadüf etmişdir.Ulu Öndər Heydər Əliyev müasir Azərbayçan Ordusunun təməlini qoydu.Bugün Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev Heydər Əliyevin qoyduğu dövlət siyasətini uğrla yerinə yetirir.Azərbaycan Ordusu cəmi 44 gün ərzində  düşmənin tuduğu mövqeylərini darmadağın etdi və torrpaqlarımızı   işğaldan azad etdi.Biz bir yumruq olaraq Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib dovlətimizin dahada güclənməsinə çalışmalıyıq .

 Sonra Nəbi Hacıyev çıxış etdi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

2023-06-22 12:21:10
3260 baxış

Digər xəbərlər

“Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”

Cəlil Xəlilov: “Xalqımız və dövlətimiz öz qardaşlarını tək buraxmayacaq” “Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır”.   Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadları şərh edərkən bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan və Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birlərinin yanında olub, bir –birlərinə sevgi və dəstək nümayiş etdiriblər:   “Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlər tarixidir və biz bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən dar, ən məşəqqətli gündə belə bir-birlərinin yanında olub, bir-birlərinə dəstək nümayiş etdiriblər.   Bu gün qardaş Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar Azərbaycanda ciddi təəssüf və hədsiz həyəcana səbəb olub. Şübhəsiz, Türkiyə dövlətinin gücü,  türk xalqının mübarizə əzmi, həmrəylik ruhu ona bu çətinlikdən də çıxmağa kömək edəcək. Artıq Türkiyənin bütün əlaqədar dövlət qurumları zəlzələ bölgəsində genişmiqyaslı iş aparmaqda, insanlara operativ şəkildə köməklik göstərməkdədir. Lakin bu çətin anda hər kəsin -  sadəcə türk-İslam dövlətlərinin deyil, bütün sivil dünyanın borcu Türkiyənin yanında olmaq, ona dəstək verməkdir.   Zəlzələnin ilk anından etibarən Azərbaycan Türkiyənin yanında olduğunu bildirib, onunla birlik və həmrəylik sərgiləyib. Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyədə fəaliyyətdədir. Türkiyəyə ilkin yardımla bağlı fasiləsiz olaraq zəruri vasitələr - tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr tədarük edilir. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, Azərbaycan xalqı hərtərəfli yardımlarını davam etdirəcək.     Ölkəmiz zəlzələnin fəsadları tam olaraq ortadan qaldırılana qədər qardaş Türkiyəyə dəstəyini davam etdirəcək, bunun üçün əlindən gələni əsirgəməyəcək”.

Hamısını oxu
ASCO sədrindən nümunəvi addım: Vətən müharibəsi qazisinin təhsil xərcini öz üzərinə götürdü

İvan Levşaya ASCO tərəfindən xüsusi təqaüd də veriləcək  Veteran.gov.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev yüksək bal toplayan tələblələrlə görüşüb. Görüş əsnasında Rauf Vəliyev bu il  Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına qoşulan, akademiyanın “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası seçən 44 günlük Vətən müharibəsi qazisi, Prezident İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə təltif olunan İvan Levşanın təhsil haqqının ASCO tərəfindən ödəniləcəyini bəyan edib. Həmçinin, bildirilib ki, Vətən mmüharibəsi qazisinə ASCO tərfindən xüsusi təqaüd də veriləcək. Məlumat üçün qeyd edək ki, bu, ASCO tərəfindən müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə bağlı yeganə fakt deyil. Belə ki, son iki ildə ASCO mütəmadi surətdə müharibə iştirakçıları ilə bağlı məsələlərə xüsusi diqqət sərgiləyib ki, bu da cəmiyyətdə mənunluqla qarşılanıb. Vətən müharibəsi qazisinin təhsil haqqının ASCO tərəfindən ödənilməsi ilə bağlı qərar da ictimaiyyət tərəfindən təqdirlə qarşılanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi Gəncə SOS Uşaq kəndini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və bir sıra əməkdaşlar Gəncə SOS Uşaq kəndini ziyarət ediblər Ziyarət zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Gəncə SOS Uşaq kəndininin direktoru Nəsimi Ələkbərli ilə birgə gəzinti zamanı burada yaradılmış şəraitlə yaxından tanış oldu və uşaqların qayğıları ilə maraqlandı. Bildirildi ki, uşaq kəndinin sakinləri üçün bütün təminatlar və hüquqlar ən yüksək səviyyədə qurulmuş və onların gələcək həyata hazırlıqları məqsədilə təhsil sahəsinə xüsusi diqqət yetirilir. Ziyarət zamanı uşaqların idmana böyük marağının olduğunu nəzərə alaraq, uşaqların fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Baş İdarə tərəfindən bir sıra idman tədbirlərinin burada keçirilməsi istiqamətində işlərin görüləcəyi qeyd edildi. Sonda uşaqlarla birgə kollektiv xatirə şəkli çəkdirildi.

Hamısını oxu
“Azərbaycanda veteranlara və şəhid ailələrinə olan qayğı, bütün dünyaya nümunədir”

Fatma Səttarova: “İnanıram ki, yaxın gələcəkdə dövlətimizin bu sahədəki təcrübəsinin öyrənilməsinə beynəlxalq aləmdə maraq kifayət qədər artacaq”   Dövlətimizin erməni faşizminə qarşı uğurlu mübarizəsində xalqımızın hər bir kəsiminin, o cümlədən veteramlarımızın yaxından iştirak etdiyi, ordumuzu, Ali Baş Komandanımızı qətiyyətlə dəstəklədiyi birmənalıdır.   Veteran.gov.az saytı olaraq “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, İkinci Dünya Müharibəsi İştirakçısı Fatma Səttarova ilə söhbətimizdə, bir sıra məqamlarla yanaşı, rəhbəri olduğu qurumun gələcək fəaliyyətinə dair plan və düşüncələrini öyrənməyə, dövlətimizin veteranlarla bağlı siyasətini dəyərləndirməyə çalışdıq.   -Fatma xanım, Respublika Veteranlar Təşkilatının sədri kimi qısa müddətdir ki, fəaliyyətə başlamağınıza baxmayaraq, rəhbəri olduğunuz təşkilatın fəaliyyətində artıq ciddi yeniliklər hiss edilməkdədir. Maraqlıdır, yaxın gələcəklə bağlı hansı planlarınız var?   -Respublika Veteranlar Təşkilatı veteran hərəkatında özünməxsus yeri və rolu olan bir təşkilatdır. Təşkilatımzıda yalnız müharibə deyil, həm də Əmək və Silahlı Qüvvələr veteranları da təmsil olunur. Təbii ki, təşkilat olaraq qarşımızda duran bir sıra hədəflər var ki, onlardan biri təşkilatın fəaliyyətini daha da genişləndirmək, onun fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək, veteranlarla işi daha çevik və operativ şəkildə təmin etməkdir. Sözügedən prosesdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət təşkilatlarının, ictimai birliklərin, təhsil müəssisələrinin daha geniş tərkibdə iştirakına nail olmaq da Respublika Veteranlar Təşkilatı olaraq qarşımızda duran əsas vəzifələrdəndir. Bu baxımdan 2021-ci ilin fəaliyyət planına uyğun olaraq paytaxtımızda və bölgələrdə çoxsaylı tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu tədbirlər cəmiyyətimizin bütün təbəqələri, xüsusilə də gənc və yeniyetmələrimizin maariflənməsi, vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi, qəhrəmanlarımızın cəmiyyətə tanıdılması və s. baxımınmdan faydalı olacaq. Hansı ki, biz bu tədbirlərin hər biri haqqında ayrı-ayrılıqda ictimaiyyətə məlumat verəcəyik.   -44 gün davam edən Vətən müharibəsi və ordumuzun düşmən üzərində əldə etdiyi parlaq qələbənin sadəcə milli tariximizdə deyil, həm də dünya hərb tarixində özünəməxsus yer tutduğu birmənalıdır. Vətən müharibəsi, bu müharibə zamanı ordumuzun göstərdiyi qəhrəmanlıqlar, veteranlarımızın, şəhdilərimizin tanıdılması, onların döyüş yolunun təbliği və s. baxımından hansı addımların atılması nəzərdə tutulur?   -Məlum olduğu kimi, Vətən müharibəsi və bu müharibə zamanı Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi rəşadət, əldə etdiyi tarixi zəfər bu gün də dünyanın aparıcı dövlətləri, ali hərbi institutları tərəfindən araşdırılmaqda, təhlil edilməkdədir. Bu gün dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri belə Azərbaycan ordusunun 44 günlük müharibə zamanı sərgilədiyi cəsarət və qəhrəmanlıq qarşısında öz heyranlığını gizlədə bilmir, əsgərlərimizin cəsurluğundan, səriştəsindən heyrətlə söz açırlar. Bu, bizdə haqlı olaraq sevinc və qürur hissi doğurur. Çünki sadəcə işğalçı Ermənistan və onun havadarları deyil, bütün dünya 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun gücünü, onun əsgər və zabitlərinin mübarizə və qalibiyyət əzmini gördü. Bu baxımdan Vətən müharibəsi tarixi ilə yanaşı, həm də öz qəhrəmanlığı ilə tarix yazan şəhdilərimizi, hərbçilərimizi, sərkərdələrimizi gənc nəslə tanıtmaq, onların məhz bu ruhda yetişdirilməsinə dəstək vermək təşkilatımızın qarşıdakı fəaliyyəti dönəmində diqqət mərkəzində saxlayacağı əsas məsələlərdən biridir. Bunun üçün istər orta, istər də ali məktəblərdə veteranlarımızın iştirakı ilə görüşlərin keçirilməsi, onların Vətən müharibəsinin canlı şahidləri kimi yeniyetmələr və gənclər qarşısında çıxışlarının təşkil edilməsi, onların cəmiyyətə tanıdılması və s. kimi tədbirlərin keçirilməsi planlaşdırılır.   Onu da qeyd edim ki, Respublika Veteranlar Təşkilatı hər zaman veteranlarla yanaşı, yeniyetmə və gənclərlə işə də mühüm əhəmiyyət verib, bu yöndə müvafiq dövlət qurumları ilə geniş əməkdaşlıq edib. Bu əməkdaşlıq bundan sonra da davam və inkişaf etdiriləcək.   -Bildiyiniz kimi, ölkəmizdə veteranlar, şəhid ailələri dövlətin hərtərəfli diqqət və qayğı ilə əhatə edilib. Sizcə Azərbaycanda veteran və şəhid ailələrinə olan bu qayğı dünyanın digər dövlətləri üçün də nümunə hesab edilə bilərmi?   -Şübhəsiz! Azərbaycan dövləti hər zaman möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bütün imkan və resurslarını şəhid ailələrinin, müharibə əlillərinin, veteranların qayğılarının ortadan qaldırılmasına, onların sosial rifahının yüksəldilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına sərf edib. Bu gün ölkəmizdə “YAŞAT” Fondu kimi unikal bir fondun mövcudluğu faktının özü dövlətimizin veteranlara, qazilərə olan diqqət və qayğısının göstəricisidir. Bu baxımdan, təbii ki, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi istənilən ölkə üçün faydalı olar.   İnanıram ki, yaxın gələcəkdə dövlətimizin bu sahədəki təcrübəsinin öyrənilməsinə beynəlxalq aləmdə maraq kifayət qədər artacaq, Azərbaycan öz müsbət təcürbəsini daha geniş spektirdə digər dövlətlərlə bölüşəcəkdir.   Mən şəhid ailələrinə, veteranlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçımıza təşəkkür edir, təşkilatımız adından minnətdarlığımı bildirirəm. Biz veteranlar hər zaman olduğu kimi bundan sonra da ölkə başçımızı, onun müdrik siyasətini qətiyyətlə dəstəkləməkdə davam edəcək,  bundan sonra da onun rəhbərliyi altında milli marqalarımızın qorunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.   Seymur ƏLİYEV

Hamısını oxu