Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidlər ölməz!

Oktyabrın ayının 18-i Nehrəm qəsəbə şəhidliyində  keçirilən anım tədbirində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, 44 günlük Vətən müharibəsi şəhidi leytenant Ümid Fərman oğlu Məmmədovun xatirəsi ehtiramla yad edilib.

Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nehrəm qəsəbə Bələdiyyəsinin nümayəndələri, iş adamı Səfər Əlirzayev, Babək rayon YAP-nın sədri İsa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin əməkdaşları, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri, dini icmanın nümayəndələri, şəhid ailələri, qəsəbə sakinləri, qazilər, Vətən müharibəsi iştirakçıları, gənclər, qəsəbə məktəbliləri və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət ediblər.

Anım mərasimində şəhidin məzarına əklillər qoyulub önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub, xatirələri yad edilib.

Allah rəhmət eləsin!

 

2023-10-18 22:48:52
774 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti həlak olan hərbi qulluqçularla bağlı başsağlığı verib

Məlum olduğu kimi, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "MAZ" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.    Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti həlak olan hərbi qulluqçularla bağlı onların ailə üzvlərinə, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığa dərin hüzünlə başsağlığı verir, həlak olan hərbçilərimizə Allahdan rəhmət diləyir.

Hamısını oxu
“Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının təqdimatı keçirilib

Son 4  ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında  keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki,  kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir.      Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən  məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”.  Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü  Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı.  Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın  Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Qeyd edək ki,  tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.    

Hamısını oxu
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Çin Xalq Respublikasının bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərini, ölkənizin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və beynəlxalq arenada nüfuzunun gündən-günə artmasını daim məmnunluqla izləyirik. Biz qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşir. Şübhəsiz ki, bu sıx əməkdaşlıq müəllifi olduğunuz "Kəmər və yol" layihəsi çərçivəsində də uğurla davam edəcəkdir. Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ilk günlərindən ölkələrimizin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstək ikitərəfli əlaqələrimizin möhkəm təməl üzərində qurulduğunu bir daha isbat etdi. Fürsətdən istifadə edərək koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Çin Xalq Respublikası tərəfindən ölkəmizə göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Çin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". Milli.Az

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Tovuz döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhəri rayonlarının təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tovuz döyüşlərinin ildönümü münasibəti ilə bu döyüşlərin döyüşlərinin Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib, düşmənə həmin döyüşlər zaman ciddi zərbələrin endirildiyini vurğulayıb.   Daha sonra Tovuz döyüşlərinin hərb tariximiz baxımından önəmi, böyük qələbənin əldə edilməsində rolu və s. kimi məsələlər müzakirə olunub, bir-birindən maraqlı çıxışlar səslənib.     Tədbirin sonunda çıxış edən təşkilat sədri Fatma Səttarova Tovuz döyüşləri ilə Azərbaycan xalqının qəhrəman övladlarının şanlı bir tarix yazdığını, bu tarixin hər zaman böyük fəxrlə xatırlanacağını vurğulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu