Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Lokal antiterror tədbiri mövzusunda şagidlərlə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə  Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş  mütəxəssis Nəbi Hacıyev  25 oktyabr 2023-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir Nəsimi rayonunda  yerləşən Samir Hacıyev adına 5 № tam orta məktəbdə baş tutub.

Lokal antiterror tədbirlərinin uğurla  başa çatmasına həsr olunmuş tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən müharibəsi iştirakçıları Elçin Əhmədov, Xəyyam Quluyev, məktəbin direktoru  Nərminə Gündüzlü,tarix müəllimi  Mehparə Sadıqova,təşkilatçı  Zabitə Şirinova , şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbiri məktəbin direktoru Nərminə Gündüzlü açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.

Daha sonra Dövlət Himni səsləndirilib, torpaqlarımızın düşmən tapdağından azad olunmağı yolunda canlarından keçmiş şəhidlərimiz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib.

O, ilk öncə Təşkilatın sədri Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev daha sonra lokal antiterror tədbirlərini zəruri edən amillərə diqqət çəkib:

“19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli  Bəyanatın şərtlərinə əməl olunmadığına görə “Dəmir yumruq “işə düşdü. Ali Baş Komandan İlham Əliyevin əmrini Azərbaycan Ordusunun əsgər və zabit heyəti uğurla yerinə yetirdi.  Tapşırığa və beynəlxalq qanunvericiliyə uyğun olaraq yalnız düşmənin tutduğu hərbi hissələrin mövqeyləri  məhv edildi. Yüksək peşəkarlıq nümayiş etdirən ordumuz dinc əhaliyə və infrastruktura zərər vermədir. Ali Baş Komandan  hər zaman olduğu kimi öz humanistliyini göstərərək Qarabağda yaşayan ermənilərin ölkənin vətəndaşları saydı. Qarabağdakı sadə ermənilərə seçim şansı verildi. Qalan qaldı, gedənlər sərbəst getdilər. Dövlətimizin içərisində dövlət qurmaq xülyasında olanlarsa bu gün müttəhimlər kürsüsündə oturublar”.

Adil haqverdiyev çıxışının sonunda şəhidlərə rəhmət diləyib, onların qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğulayıb.

Sonra  Mehparə Sadıqova, Zabitə Şirinova, Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

2023-10-26 14:24:24
3432 baxış

Digər xəbərlər

Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Veteran.gov.az xəbər verir ki, Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 32-ci ildönümü dərin ehtiramla yad edilib. Xırdalan səhərində şəhidlərin əziz xatirəsinə inşa edilmiş Şəhidlər Abidə Kompleksinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib.   Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.   Mərasimdə şəhidlərin ruhuna dualar oxunub.   Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.   Rayon rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.   Allah şəhidlərimizi rəhmət eləsin.  

Hamısını oxu
“Respublika Veteranlar Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi”nə həsr edilən tədbir keçirilib

22 oktyabr 2021-ci il, saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Respublika Veteranlar Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi”nə həsr edilən tədbir keçirilib.   Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb. Onun təklifi ilə Mustafa Nəsirovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra çıxış edən təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov general Mustafa Nəsirovun xidmətləri haqqında ətraflı məlumat verib. Mustafa Nəsirovun hər zaman nümunəvi xidməti ilə diqqət çəkdiyini vurğulayan Cəlil Xəlilov qeyd edib ki, sovet dönəmində ali hərbi rəhbərlik onun təcrübəsini öyrənməyi bütün SSRİ sərhədçilərinə tövsiyə etmişdir.   Polkovnik bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra onun sərhədlərinin bərpası ən aktual məsələ kimi meydana çıxmış və Mustafa Nəsirov bu problemin həllində də yaxından iştirak etmişdir. Məhz onun səyləri nəticəsində sərhədlərimizin möhkəmləndiyinə diqqət çəkən sədr müavini, Mustafa Nəsirovun xatirəsinin əsrlər sonra da Azərbaycan xalqı tərəfindən yaşadılacağını bildirib.   Polkovnik Cəlil Xəlilovun çıxışından sonra Mustafa Nəsirovin 100 illiyinə həsr olunmuş “Sərhəd fədaisi” filmi əsasında hazırlanmış fraqmentlər təqdim olunub.   Daha sonra çıxış edən general-mayor Abbasəli Novruzov, general-mayor Vladimir Vasilyeviç Timoşenko, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanov, general-mayor Akif Şəfiyev, rejissor Zəfər Murtuzov Mustafa Nəsirovla bağlı xatirələrini dilə gətirib, onun peşəkar hərbçi kimi xidmətlərindən bəhs edib.   Tədbirdə  çıxış edən Mustafa Nəsirovun oğlu, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Elşad Nəsirov tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.  

Hamısını oxu
Faşizm üzərində qələbə günü ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq

Bu il Faşizm üzərində qələbə günü (mayın 9-u) ilə əlaqədar 3 gün ardıcıl qeyri-iş günü olacaq.APA xəbər verir ki, bu il mayın 9-u şənbə gününə təsadüf edir.Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.Mayın 10-u bazar gününə təsadüf etdiyinə görə, 11 may qeyri-iş günü olacaq.Beləliklə, bu il 9, 10 və 11 mayda ardıcıl iş olmayacaq.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub. Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir. Əziz həmvətənlər! Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!".

Hamısını oxu