Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi "Instagram" səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir. Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib. Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub. Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir. Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram. Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər. Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir. Əziz həmvətənlər! Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!".

2020-10-11 00:00:00
3291 baxış

Digər xəbərlər

Ветерану Великой Отечественной Войны Сметанину Георгий Петровичу

Hamısını oxu
Nəsirov Cahangir Əmir oğlu

Azərbaycan veteran ictimaiyyətinə ağır itki üz vermişdir. Hüquq-mühafizə orqanları və əmək veteranı, baş ədliyyə müşaviri, prokurorluq orqanlarının fəxri işçisi Nəsirov Cahangir Əmir oğlu 12 noyabr 2018-ci ildə, 83 yaşında vəfat etmişdir. Cahangir Nəsirov 19 dekabr 1935-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. 1957-ci ildə Xaçmaz şəhər orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1963-cü ildə ali təhsilini başa vuraraq, elə həmin il Quba-Xaçmaz Birləşmiş rayonlararası Komsomol Komitəsinin katibi seçilmişdir. 1964-1967-ci illərdə Qazax rayon prokurorluğunun baş müstəntiqi, 1967-1975-ci illərdə Azərbaycan SSR Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, 1975-1991-ci illərdə isə Yevlax, Qazax və Bakı şəhərinin indiki Səbail, Xəzər rayonlarında prokuror vəzifəsində işləmişdir. C.Nəsirovun xidmətləri nəzərə alınaraq, 1982-ci ildə Əmək veteranı medalı, 1983-cü ildə prokurorluq orqanlarının fəxri işçisi döş nişanı ilə təltif edilib. Təcrübəli əməkdaş olan C.Nəsirov 1992-1997-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaqa Nəzarət İdarəsində prokuror vəzifəsində işləmişdir. O, 10 aprel 1997-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi. Cahangir Nəsirovun ictimai-siyasi fəallığı, təşkilatçılıq qabilyyəti və peşəkarlığı yüksək qiymətləndirilərək 2015-ci il mart ayının 2-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nəzarət-təftiş Komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. Ailəli idi, 5 övladı var. Nəsirov Cahangir Əmir oğlu Sumqayıt şəhərində dəfn olunmuşdur. Allah rəhmət eləsin.   Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti

Hamısını oxu
“Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib

Veteran.gov.az BAK-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərovanin təşəbbüsü və təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş “Azərbaycan XX əsrdə: deportasiyalar, soyqırımlar, qırğınlar” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının Beynəlxalq  Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin Filologiya üzrə  Fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva da iştirak edib. Konfrans Azərbaycan və Niderland himni ilə öz işinə başladı. Sonrahər iki Qarabağ müharibəsində, deportasiya və soyqırımlar zamanı həyatlarını itirən hər kəsin xatirəsini bir dəqiqəlik sükutla yad edilərək ruhlarına dualar oxunub. Konfransın əsas məqsədi barədə məlumat verən Sima Cəfərova, sözü Həqiqət Hacıyevaya verib. O, XX əsrdən başlayaraq Xalqımızın başına gətirilən müsibət, soyqırımların səbəb və nəticələrinin ətraflı  təhlil edib.Təəssüf ki, belə bir tarixi ədalətsizliyin hələ də davam etməsini  və bunu törədənlərin hüquqı baxımdan cəzasız qaldığını söyləyib.   Həqiqət Haciyeva nitqində xalqımızın Ali Baş Komandanımız İlham Əliyevin ətrafında birləşərək, nəinki torpaqlarımızın geri alınmasında, həmçinin, dünyanın siyasi və iqtisadi arenasında güclü dövlət və xalq kimi özünü təsdiq edildiyini bildirib.  Həmçinin, 44 günlük müharibədə qəhrəmanlıq göstərən Şanlı Ordumuzun qələbəsi, qürbətdə yaşayan həmyerlilərimizin başı dik, qaməti şux yeriməsinə səbəb olduğunu vurğulayıb. İnternet bağlantısı ilə tədbirə qatılan Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanlıları İcmasının sədri, millət vəkili Əziz Ələkbərli də çıxış edərək Qərbi Azərbaycanda baş verən deportasiya və qırğınlar haqqında  məlumat verib.  O, öz çıxışında himayədarlarının köməyi ilə torpaqlarımızı işğal edərək viran qoyan, uşaq , yaşlı bilməyərək soydaşlarımızı qətlə yetirən erməni daşnaklarının qurduqları hiyləgər planlardan danışıb. Əziz Ələkbərli ermənilər tərəfindən viran qoyulmuş mədəni irsimiz, memarlıq inciləri, dəyişdirilmiş və erməniləşdirilmiş toponimlərimiz haqda ürək ağrısı ilə danışıb. Əziz Ələkbərlinin çıxışından sonra söz Niderland Türk Azərbaycan Kültür dərnəyinin başqanı İlhan Aşkına verilib.  O, əslən Qərbi Azərbaycanlı olub sonra İğdıra deportasiya olunan ailəsi barədə danışıb. İlhan Aşkın baş vermiş qırğın və deportasiyalardan nəticə çıxarıb düşmənlə layiqli siyasət yürütməyimiz və tariximizin qanlı  səhifəsi olan soyqırımları unutmamağı  arzulayıb.   Həqiqət Hacıyeva, konfransın təşkilinə görə Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti və Şimali Hollandiya Azərbaycanlıları İttifaqının sədri Sima Cəfərovaya öz təşəkkürünü və hədiyyələrini təqdim edib. Eləcə də, bu işdə əməyi olan BAK üzvləri də hədiyyə ilə təltif olunublar. Öz növbəsində Sima Cəfərova BAK və Şimali Hollandiya Azərbaycanlıları İttifaqı adından iştirakına və konfransın təşkilinə görə Həqiqət Hacıyevaya təşəkkür edərək hədiyyə təqdim edib. Daha sonra, konfrans iştirakçıları tərəfindən fikir mübadiləsi aparılıb.   Konfransdan sonra Niderlandda məskunlaşmış Qərbi Azərbaycanlıları  nümayəndələri BAK mətbuat xidmətinə müsahibə verərək deportasiya zamanı yaşadıqları sarsıntı və problemlərdən urək ağrısı ilə danışıblar. Niderlandda və konfransda qonaq qismində iştirak edən II Qarabağ müharibəsi qazisindən də müsahibə götürüldü.  

Hamısını oxu
İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi.  Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub

Hamısını oxu