Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb

Fevralın 19-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və həkim heyəti ilə görüşüb. Görüş əsnasında Bakı Sağlamlıq Mərkəzinin həkim kollektivinə veteranlara göstərdikləri qayğı və diqqətə görə öz təşəkkürünü bildirən polkovnik Cəlil Xəlilov, onların əməyini yüksək qiymətləndirib: “Bakı Sağlamlıq Mərkəzi ölkəmizin nümunəvi tibb mərkəzlərindən biridir. Hər il yüzlərlə veteran Bakı Sağlamlıq Mərkəzində müalicə alır, həkimlərimizin səyi ilə öz sağlamlıqlarını bərpa edirlər. Mən veteranlara göstərilən qayğı və diqqətə görə Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyinə, eyni zamanda bütün tibbi heyətə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından öz təşəkkürümü bildirirəm. İnanıram ki, həkimlərimiz bundan sonra da bütün vətəndaşlarımıza, o cümlədən veteranlara vicdanla xidmət etməkdə davam edəcək, öz fədakarlıqları ilə hər kəsə örnək olacaqlar”. Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov rəhbərlik etdiyi kollektivin veteranların sağlamlığının keşiyində durmaqdan məmnun olduqlarını bildirib: “Bakı Sağlamlıq Mərkəzi olaraq veteranlarımızın sağlamlığının keşiyində durmaqdan məmnunuq və hər zaman olduğu kimi bundan sonra da həssas kateqriyadan olan vətəndaşlarımıza ikiqat həssaslıqla yanaşacağıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi, veteranlar bizim qızıl fondumuzdur. Onlara qayğı ilə yanaşmaq, veteranların sağlamlığının keşiyində dayanmaq mənəvi borcumuzdur və Bakı Sağlamlıq Mərəzinin kollektivi gələcəkdə də bu borca sadiqlik sərgiləyəcək”. Görüşün sonunda Bakı Sağlamalıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və bir qrup həkim Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərfindən medal və Fəxri Fərmanla təltif olunub.

 
 
 

2024-02-19 16:41:21
4379 baxış

Digər xəbərlər

Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib

Şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğıya görə Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinin Cəlilabad filialı tərəfindən Fəxri Fərmanla təltif  olunub.  Bu münasibətlə keçirilən görüşdə "Qayğı"  İctimai birliyin rəsmisi, Qarabağ qazisi Asəf İsmayılov Fəxri Fərmanı Ədalət müəllimə təqdim edib. Rayon Veteranlar Təşkilatının sədri Ə. Salmanov öz çıxışında qeyd edib ki, mənə verilən bu ödülü bizim təşkilatımızın fəaliyyətinə verilən dəyər kimi qiymətləndiririk və buna görə Qarabağ Əlillərinin "Qayğı" İctimai Birliyinə təşəkkür edirik.  

Hamısını oxu
Yolun davamı

Hamısını oxu
“ Aprel döyüşləri Şanlı qələbəmizin başlanğıcıdır” mövzusunda tədbir keçirilib

Müharibə, Əmək və Silahli Qüvvələr Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları-şöbə müdiri ehtiyatda olan  polkovnik  Adil Haqverdiyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 04 aprel  2023-ci ildə    Bakı şəhəri Suraxanı rayonunda tədbir təşkil ediblər. Tədbir  Aslan Muradov adına  84 saylı tam orta məktəbdə baş tutub. 2016-cı il Aprel döyüşləri ilə əlaqədar “Aprel döyüşləri -Şanlı qələbəmizin başlanğıcıdır”adlı tədbirdə  Suraxanı rayon Veteranlar Təşkilatının sədri Eldar Rüstəmov, müavini müharibə veteranı Cavanşir Abdullayev, məktəbin direktoru Röya İslamova , hərbi hazırlıq müəllimi  müharibə veteranı ehtiyatda olan mayor Zöhrab Muradov, şagird və müəllim kollektivi iştirak ediblər. Tədbiri məktəbin direktoru Röya İsmayılova açıb. O,qonaqları tədbir iştirakçılarına təqdim edib. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad olunub.  Çıxış üçün ilk söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev  öncə Aprel  döyüşləri  haqqında ətraflı danışıb. Adil Haqverdiyev iki müharibənin - Əfqanıstan və Qarabağ müharibəsinin  iştirakçısı  kimi  müharibənin çətinliyindən əsgər və zabitlərimizin torpaqlarımız  ugrunda necə əzimlə döyüşməklərindən, şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan  qürurla  bəhs edib. Bildirib ki, biz  sülhsevər xalqıq. Hər zaman bu istəyimizi subut etmişik.  Ali Baş Komandan İlham Əliyev dəfələrlə düşmənə hümanistlik göstərmişdir. Əsirlərin qaytarılması, xəstə əsirlərin müalicə olunması, torpaqlarımızdan çıxmaları üçün möhlət hüququnun verilməsi və s. buna sübutdur. Adil Haqverdiyev çıxışının sonunda  Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza cansağlığı arzuladı. Tədbirin sonunda xatirə şəkli çəkilib.                                               

Hamısını oxu
“Bu təxribat bir daha göstərdi ki, Ermənistan regionda sülhün bərqərar olmasında maraqlı deyil”

Arzu Nağıyev: “Rəsmi İrəvanın bu kimi təxribatlarla nəyəsə nail olması mümkünsüzdür” Sentyabrın 12-də erməni hərbçilərinin sərhəddimizdə törətdiyi irimiqyaslı təxribat cəhdi bir daha göstərdi ki,  Ermənistan regionda sülhün bərqərar olmasında maraqlı deyil və vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışır”. Veteran.gov.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasıdna millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki,  44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan bu kimi təxribatlarla nələrəsə nail olmağa çalışır ki, bu da məntiq və mövcud reallıqdan tamamilə uzaqdır: “44 günlük Vətən müharibəsində darmadağın edilən və öz hərbi potensialının 80%-ni itirən Ermənistan ordusu 30 il işğal altıdna saxladığı torpaqlardan qovulsa da, erməni hərbi-siyasi rəhbərliyi, eləcə də erməni cəmiyyətindəki revanşist qüvvələr məğlubiyyətlə barışmaq, yeni status-kvonu qəbul etmək istəmir. Məhz bu səbəbdən də post-müharibə dönəmində çoxlu sayda təxribatlara əl atan erməni ordusu, bu gün də təxribatlarından əl çəkmir, bununla hansısa məqsədlərinə nail olmağa cəhd edir. Lakin rəsmi İrəvanın bu kimi təxribatlarla nəyəsə nail olması mümkünsüzdür. Əksinə, Ermənistan belə təxribatlarla öz vəziyyətini daha da mürəkkəbləşdirir və özünü daha çıxılmaz vəziyyətə salır. Azərbaycan ordusu hər cür təhdid və təxribatın qarşısını almağa hazırdır və öz missiyasını çox böyük müvəffəqiyyətlə həyata keçirir. Ermənilərin sentyabrın 12-də törətdiyi təxribata ordumuzun verdiyi qətiyyətli cavab buna nümunədir. Dövlət başçısının hər zaman söylədiyi kimi, “Dəmir yumruq” yerindədir və Azərbaycan lazım gələrsə, növbəti dəfə bu yumruğun əzəmətini göstərəcəkdir”. Seymur ƏLİYEV

Hamısını oxu