Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonu 111 sayli tam orta məktəbdə Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 22 fevral 2024-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda yerləşən 111 saylı tam orta məktəbdə baş tutub.

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirdə  Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, əmək veteranı, Xocalı soyqırımının şahidi Taryel Eyvazov, məktəbin direktoru Jalə Hacıyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri məktəbin direktoru Jalə Hacıyeva açıb. O, qonaqları tədbir iştirakçılarına təqdim edib.

Sonra Dövlət Himni səslənib. Xocalı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şagirdlərin çıxışlarında Xocalı faciəsini, şəhidləri, vətənimizi tərənnüm edən mahnılar, şerlər dinlənilib.

Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Adil Haqverdiyev ilk öncəTəşkilatın sədri Fatma Xanım Səttarovanın və sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb:

“Erməni cəlladları Aərbaycan xalqının uşaqlarına, qocalarına, qadınlarına  qarşı işgəncələr verərək qırğınlar törətmişlər. Onların  dinc soydaşlarımıza qarşı  törətdikləri qırğının layiqli  cavabını Azərbaycanın Müzəffər Ordusu  döyüş meydanında verdi. 

Artıq Qarabağda quruculuq işləri gedir. Tezliklə Xocalıyada dönüş başlayacaq. Mənim siz şagirdlərə tövsiyəm odur ki, müəllimlərinizin verdiyi tapşırıqları yerinə yetirib ən yüksək  elm ocaqlarında oxuyub, Azərbaycanın daha da uğurla irəliləməsinə  kömək edəsiniz”.

Daha sonra Taryel Eyvazov, Nəbi Hacıyev və Validə Vəliyeva çıxış ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

                                     

2024-02-28 08:20:14
3271 baxış

Digər xəbərlər

Veteranlar general Mustafa Nəsirovun məzarını ziyarət edib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları sözügedən qurumun sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında anadan olmasının 100 illiyi münasibəti ilə mərhum general Mustafa Nəsirovun məzarını ziyarət edib, onun məzarı üzərinə gül dəstələri və əkil qoyub.   Mərasim zamanı çıxış edən polkovnik Cəlil Xəlilov Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun Azərbaycan xalqı tərəfindən hər zaman dərin hörmət və ehtiramla xatırlanacağını, onun xidmətlərinin əsla unudulmayacağını bildirib.   Daha sonra Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri general Mustafa Nəsirovun 100 illik yubileyi münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında keçirilən tədbirə qatılıb.   Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Firuz Şirinzadə Mustafa Nəsirovun xidmət yolu haqqında geniş məlumat verib, onun sərhədçi peşəsinə gətirdiyi yeniliklərdən bəhs edib.   Polkovnik Cəlil Xəlilov isə öz növbəsində Mustafa Nəsirov məktəbinin hər bir sərhədçiyə örnək olduğunu, hər bir sərhədçinin bu məktəbdən faydalanmasının zəruriliyini vurğulayıb.   Tədbirdə çıxış edən İnayət Xəlilov, digər zabit və kursantlar da Mustafa Nəsirovdan ehtiramla söz açıb, onu sadəcə peşəkar hərbçi kimi deyil, həm də ictimai xadim, alicənab insan kimi dəyərləndirib.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Iclasda 2022-ci ildə görülən işlərlə bağlı hesabat dinlənilib, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər müzakirə edilib. Maraqlı müzakirə şəraitində keçən tədbirdə Rəyasət Heyətinin üzvləri tərəfindən müxtəlif təkliflər səsləndirilib. Tədbirin sonunda bütün təkliflər nəzərə alınmaqla bir sıra qərarlar qəbul edilib. Həmçinin, “Heydər Əliyev İli” ilə bağlı görüləcək işlərlərlə bağlı tədbirlər planının yerli təşkilatlara göndərilməsi, keçiriləcək tədbirlərdə onların da geniş tərkibdə iştirakının təmin edilməsi qərara alınıb. İclas başa çatandan sonra Ulu öndərin büstü qarşısında xatirə şəkli çəkilib.  

Hamısını oxu
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı özbək dilində sənədli film hazırlanıb

Veteran.gov.az xəbər verir ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin Özbəkistan ictimaiyyətinə daha yaxından çatdırılması məqsədilə özbək dilində sənədli film hazırlanaraq, bu ölkənin ən populyar Kun.uz xəbər portalının “Youtube” kanalında izləyiçilərə təqdim olunub.   “Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmdə Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edildiyi bildirilir. Bundan başqa, faciənin başvermə səbəbi kimi Ermənistanın tarixən Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək, torpaqlarımızı işğal etmək və soydaşlarımıza qarşı soyqırımı törətmək siyasəti yürütməsi göstərilib. Qeyd edilir ki, Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edib, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan Xocalı şəhərində və digər torpaqlarda Azərbaycanın Dövlət bayrağını dalğalandırıb. Sənədli filmdə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiyi, Xocalı soyqırımının XX əsrin sonlarında yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi tarixə düşdüyü qeyd olunur. Bildirilir ki, 7 min əhalisi olan Xocalı o gecə yerlə yeksan olundu, qocaları, qadınları, uşaqları nəzərə almadan hamını qırdılar. Faciə zamanı amansızlıqla öldürülənlər, yaralananlar, itkin düşənlər haqqında məlumat verilir, vurğulanır ki, bu qırğında 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gün 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur. Ermənistan ordusunun və keçmiş SSRİ-nin 366-cı alayının Xocalını hədəf seçməkdə məqsədlərindən biri də şəhərin strateji mövqeyi, tarixi-mədəni və sosial əhəmiyyəti idi. Xocalının məhvi, əhaliyə qarşı soyqırımın törədilməsi əvvəlcədən planlaşdırılan işğalçılıq siyasəti olub. Qeyd edilir ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət!” adı altında möhtəşəm, genişmiqyaslı beynəlxalq informasiya kampaniyası aparılır. “Xocalı soyqırımı-bəşər tarixinin qanlı səhifəsidir” adlı filmlə aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=kx62tH1bBgE&rco=1

Hamısını oxu
Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar

Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.   Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.  

Hamısını oxu