Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon  bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibəti İlə tədbir keçirib.

Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı,  onun məktəbli  gənclərin vətənpərvər ruhda tərbiyəsində  göstərdiyi müstəsna  xidmətlərini xüsusilə vurğuladı.  O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov,  əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif  Həsənov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan müharibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər.

Birinci Qarabağ savaşının iştirakçısı olmuş Maşalla Əliyev yubiley tədbirini təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Sonda xatirə şəkilləri çəkildi.

 

2024-04-19 08:44:43
3535 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Zakir Yusifov: İgid ölər adı qalar

Qəhrəmanlıq salnaməsini Qarabağda yaradan, Şərqi Zəngəzurun Şəhidlərindən biri kimi xatirələrdə qalan Milli Qəhrəman Zakir Yusifovun adı gələndə hər kəs qürurla danışır. Qubadlıda, Səfiyanda, Bərgüşad və Həkəri çaylarının qoynunda Aleksey Meresyev kimi Vətən yolunda tarana gedən aviator xatırlanır. Qubadlının Milli Qəhrəmanı Əliyar Əliyev kimi adı ehtiramla çəkilir.Birinci Qarabağ Savaşında milli aviator kadrlar demək olar ki, barmaqla sayılırdı. Yağı düşmən isə Vətən torpaqlarını odda, atəşdə yandırardı. Belə bir ərəfədə Mülki Aviasiyanın peşəkar aviatorları könüllü olaraq səngərlərə yollanırdı. Onların sırasında Yavər Əliyev, Zakir Yusifov, Zakir Məmmədov, Xanlar Səmədov, Faiq Məmmədov, Firuz Cəlilov kimi qəhrəmanlar var idi. Milli Ordu quruculuğuna töhfələr verən, səfərbərlik çağırışı olmadan belə düşmən üzərinə “Şahin kimi şığıyan” igidlər səmamızın Cahangirinə döndülər. Vətən, Torpaq naminə arxa cəbhəni ön cəbhəyə dəyişdilər. Zakir Tofiq oğlu Yusifov Şəhidlik zirvəsinə ucalanda 36 yaşı var idi. O, 1956-cı il sentyabrın 29-da Bakıda anadan olmuşdu. 1974-cü ildə 194 saylı orta məktəbi, 1977-ci ildə isə Sosovski adına Milli Təyyarəçilik Məktəbini bitirmişdi. Təhsilini başa vurandan sonra Yevlax Aviabirliyində fəaliyyətə başlamışdı. Peşəkarlığına, yüksək şəxsi keyfiyyətinə görə elə ilk gündən rəhbərliyin diqqətini üzərinə çəkmişdi. Qısa zaman kəsiyində təşkilatçılıq məharətinə, idarəçilik keyfiyyətlərinə, peşəkar aviator kimi xüsusiyyətlərinə görə AN-2 təyyarəsinə komandir təyin edilmişdi. Yüksək ali təhsili, hərtərəfli biliyi, hüquqşünas kimi hazırlığı Mülki Təyyarəçilik Məktəbinin və Bakı Dövlət Universitetinin məzununu ölkənin nüfuzlu aviatorlarından birinə çevirmişdi.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda hər gün Qarabağda onlarla şəhid verilir, evlər, kəndlər, qəsəbələr, şəhərlər dağıdılır, insanlar məhv edilirdi. Vətən naminə səfərbər olanların önündə isə Mülki Aviasiyanın şahinləri – aviatorlar gedirdi.Milli Qəhrəman Yavər Əliyevin rəhbərliyi ilə qurulan Azərbaycan Respublikasının ilk Hərbi Helikopter Eskadrilyasının aparıcı simalarından, əsas mütəxəssislərindən olan Zakir Yusifovun ilk uğurlu uçuşu 1992-ci il aprelin 11-də Füzuli-Xocavənd rayonları istiqamətində gedən ağır döyüşlərdə oldu. Döyüş tapşırıqlarını uğurla yerinə yetirən, hərbi əməliyyatların təşkilində xüsusi rol oynayan Zakir Yusifov Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşa kənd uğrunda gedən savaşlarda yüzdən artıq uçuş edərək erməni yaraqlılarına ağır zərbələr endirdi.1992-ci il oktyabrın 11-də Qubadlının igid, qəhrəman oğulları, milli özünü müdafiə batalyonlarının komandirləri - Əliyar Əliyevin, Adil Həşimovun uğurlu hərbi əməliyyatları, partizan hərəkatının önündə geən Həsənqulu Qorxmaz kimi igidlərin şücaəti sayəsində Ermənistan silahlı qüvvələrinin Qubadlı rayonu və Səfiyan kəndi yaxınlığında məhv edilməsi, quru qoşunlarına kömək məqsədi ilə Hərbi Helikopter Eskadriliyasının helikopterlərinin cəlb edilməsi düşmənə sarsıdıcı zərbə olmuşdu. Qəhrəmanlıq tarixini qorxmazlığı, igidliyi, vətənpərvərliyi ilə yazan Milli Qəhrəman Zakir Yusifovun helikopteri öndə uçur, düşmənə ağılagəlməz zərbələr endirirdi. Milli Qəhrəman Hərbi Helikopter Eskadrilyasının komandiri Yavər Əliyevin təlimatı, Zakir Yusifovun şəxsi istəyi ilə onun helikopteri düzülüşün önündə uçmalı, birdəfəyə atəş açaraq geri dönməli idi. Bu qeyri-bərabər döyüşdə bütün ekipajlar tapşırığı yüksək səviyyədə yerinə yetirir. Zakir Yusifovun “Gedirik!” əmri döyüş bölgəsində vəziyyəti Milli Ordumuzun xeyrinə dəyişir. Qrup açıq səmada, alçaq hündürlükdə dərə boyu Fərcan, Mahmudlu, Qəzyan, Xanlıq yolu istiqamətlərində, Həkəri və Bərgüşad çayları üzərində geri dönür. Ağcabədi Aviabirliyində - aerodromda iki helikopter eniş enir. Radardan itən helikopterin kapitanı Zakir Yusifov idi. Ekipaj üzvləri ilə birlikdə şəhid olmuşdu. Radardan çıxan, gözdən itən helikopteri axtarış üçün havaya qalxan Mİ-2 helikopterinin pilotları dəhşətlə üzləşirlər. Ensiklopedik biliyi, döyüş məharəti, Vətən sevgisi ilə bütün eskadriya və ekipaj üzvlərinə nümunə olan Zakir Yusifovun idarə etdiyi helikopter Qubadlı rayonuna gedən yolda, Səfiyan kəndində, cəbhə xəttindən uzaqda, təpədə parçalanıb dağılmşdı. Dağıdılmış helikopterin, ekipaj üzvlərinin məhv edilməsi yerli sakinləri dəhşətə gətirmişdi. Zakir Yusifovun adı onlar üçün Milli qəhrəmanları Əliyar Əliyev, Adil Həşimov, Həsənqulu Qorxmaz kimi doğma idi, əziz idi.Əraziyə keçirilən baxış zamanı məlum oldu ki, “alətlər hidravlik sistemdə maye çatışmazlığını görənə qədər ekipaj zədələri hiss etməyib”. Zakir Yusifovu tanıyanlar isə bir həqiqəti söyləyirdi: “Helikopterdə zədələri bilsəydi belə, Zakir son ana qədər savaşacaq, düşmənin məhv olması üçün qanı, canı bahasına olsa da mübarizə aparacaqdı”...Zakir Yusifov helikopterin uçuş heyəti ilə 1992-ci il oktyabrın 11-də Şəhidliyə qovuşanda 36 yaşı var idi. Ondan iki övladına var-dövlət, sərvət qalmadı. Cəsarət, ləyaqət, məğrurluq və sonsuz Vətən sevgisi ilə bağlı ömür kitabı, bükülüb gəldiyi Azərbaycan Bayrağı, bir də Milli Qəhrəman adı qaldı. O, bu adı ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə almışdı.30 illik intizardan sonra Milli Qəhrəman Zakir Tofiq oğlu Yusifovun qanı tökülən torpaqlar işğaldan azad edildi. Yolunda canından, qanından keçdiyi Qarabağda, Şərqi Zəngəzurda indi Azərbaycan Bayrağı dalğalanır.Övladları, nəvələri, millətinə, dövlətinə əmanət etdikləri Fəxri Xiyabanda ziyarətinə yollandıqca, adını daşıyan məktəbin önündəki büstünü seyr etdikcə, xatirəsini əbədiləşdirən küçədən keçdikcə: “Şəhidlər ölməz, Vətən bölünməz”, “İgid ölər adı qalar!” deyib, qürur hissi keçirirlər.  

Hamısını oxu
“AzerGold”un birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC cari ilin birinci rübündə 12 284 unsiya qızıl, 22 053 unsiya gümüşün beynəlxalq və yerli bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib. “AzerGold”dan Veteran.gov.az-a verilən məlumata görə, qeyd edilən dövr ərzində əldə edilən gəlirlərin 91,1 milyon manatdan çoxu ixrac əməliyyatlarının, 11,3 milyon manatdan çox hissəsi isə yerli bazarda pərakəndə satışın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri (72,5 milyon manat) 26%, pərakəndə satış gəlirləri isə (5,6 milyon manat) 102% artıb. Beləliklə, dövlət şirkəti fəaliyyət dövrü ərzində ümumilikdə 572, 3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 2,04 milyard manat vəsait cəlb edib. Fəaliyyət dövrü ərzində “AzerGold” QSC tərəfindən dövlət büdcəsinə ümumilikdə 281 milyon manat vəsait ödənilib. Bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşür. Milli dağ-mədən şirkəti 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi arasında 20-ci yerdə qərarlaşıb. “AzerGold” QSC əhəmiyyətli vergi ödənişləri ilə yanaşı, fəaliyyət göstərdiyi regionda məşğulluğun genişləndirilməsində də mühüm rol oynayıb. Ötən rübdə Cəmiyyət və onun törəmə müəssisələrində çalışan əməkdaşların sayı 1152 nəfərə çatıb. Hazırda dövlət şirkətinin fəaliyyəti nəticəsində Gəncə-Daşkəsən iqtisadi rayonunda podratçı təşkilatlar da daxil olmaqla, 2595 nəfər daimi işlə təmin edilib. “AzerGold” QSC cari ilin birinci rübündə əldə etdiyi maliyyə göstəriciləri, ixrac və satış həcmlərində müşahidə olunan artım, dövlət büdcəsinə ödənişlər , məşğulluğun genişləndirilməsi, cümlədən yerli icmalara yönəlmiş təşəbbüslərin icrası istiqamətindəki fəaliyyəti ilə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyə davam edir.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, 23 iyul 2024-cü il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.  İclası açıq elan edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov iclas iştirakçılarını müzakirə ediləcək məsələlər haqqında məlumatlandırıb, onlara görülən işlər və qarşıda duran planlar haqqında ətraflı məlumat verib. İclasda gələn iş baş tutacaq faşizm üzərində qələbənin 80, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaranmasının 40 illik yubileyləri, o cümlədən cari ilin sentyabr ayında keçiriləcək parlament seçkiləri müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Polkovnik Cəlil Xəlilov veteranların ölkənin ictimai-siyasi həyatında hər zaman aktiv rol oynadığını bildirib. O, veteranların qarşıdakı parlament seçkilərində də ciddi aktivlik sərgiləyəcəyinə inandığını vurğulayıb. Məlumat üçün qeyd edək ki, cari ilin 1 sentyabr tarixli növbədənkənar parlament seçkilərinə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 700 nəfərlik müşahidəçi ilə qatılacaq.  

Hamısını oxu
“AQTA-nın keçirdiyi yoxlamalar vətəndaşlarımızın sağlamlığının qorunması baxımından mühüm önəm kəsb edir”

Adil Qeybulla: “İctimai iaşə müəssisələrinin nəzarətdə saxlanılması vacibdir, çünki...” Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxt restoranlarında sistemli yoxlamalar həyata keçirməkdə, bəzi restoranlarda ciddi nöqsanlar aşkarlamaqdadır. Buna nümunə olaraq “Xarı bülbül”, “Otdıx”, “Vətən”, “Top Qapı” restoranlarında aşkar edilən nöqsanları göstərmək olar. AQTA tərəfindən keçirilən reydlər, bu reydlər nəticəsində aşkar edilən nöqsanların ortadan qaldırılması xəstəlik və zəhərlənmələrin qarşısının alınması baxımından nə dərəcədə əhəmiyyətlidir? Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən professor Adil Qeybulla, ictimai iaşə müəssisələrində bu cür reydlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Bu bir həqiqətdir ki, qida təhlükəsizliyi ilə bağlı bütün dünyada problemlər var. Zaman-zaman bu problemlərin ortaya çıxmasına, ictimailəşməsinə şahid oluruq. Məsələ bundadır ki, istənilən qidanın hazırlanmasının texnologiyası var. Qüvvədə olan texniki standartlara, normativ-hüquqi aktlara hər kəs əməl etməlidir. AQTA də məhsulun istehsal prosesini qeydiyyata alarkən bu təlimatı mütləq nəzərə alır. Əgər bu təlimat pozulubsa, bu, hüquqi məsuliyyət yaradır. Qidanın ilkin inqridiyentləri, xammalın keyfiyyət parametrləri, hazırlanma prosesi, saxlanma şəraiti və s. standartlardan kənara çıxırsa, burada hansısa problemlər aşkarlanırsa, o zaman bu, son məhsul halında da  insanların sağlamlığı üçün risk yaradır. Belə olan halda onların hüquqi məsuliyyətə cəlb edilməsi vacibdir. Bu baxımdan AQTA tərəfindən mütəmadi yoxlamaların keçirilməsi, ictimai iaşə müəssisələrini nəzarətdə saxlaması olduqca önəmlidir. Bu, vətəndaşların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV  

Hamısını oxu