Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov: Azərbaycanın sülh səylərini dəstəkləmək Ermənistanı yeni məğlubiyyətdən və böhrandan xilas edə bilər

Bakı, 17 iyul, AZƏRTAC

Vətən müharibəsindən dörd ildən çox müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsi imzalamaq istəmir. Son bir ildə bu sahədə müəyyən irəliləyişlər baş versə də, ortada ciddi nəticə yoxdur. Əksinə, biz 44 günlük Vətən müharibəsindən sonra qonşu ölkənin sürətlə silahlandığını, hərbi potensialını genişləndirməyə çalışdığını görürük. Fransa, Hindistan və digər ölkələrdən xeyli miqdarda silah-sursat alan Ermənistan xarici ölkələrin hərbi təlimatçıları hesabına ordusunu yenidən formalaşdırmağa çalışır. Belə bir dönəmdə Ermənistan ilə hansısa dövlətin birgə hərbi təlim keçirməsi xoş mərama xidmət etmir. Hazırkı situasiyada bu cür təlimlər Ermənistanın siyasi-psixoloji baxımdan sülh prosesindən uzaqlaşmasına xidmət edir.

Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a açıqlamasında bildirib.

Polkovnik qeyd edib ki, sülh üçün cəhd göstərməyən Ermənistanda kənar qüvvələrin iştirakı ilə hansısa hərbi təlimin keçirilməsi onların xoş məqsəddən və məramdan uzaq olduğunu göstərir. ABŞ-la Ermənistan arasında keçirilən və hələ də davam edən təlimlər regiondakı sülh prosesinə yaxşı heç nə vəd etmir: “Ümumiyyətlə, sülhdən danışan Ermənistanın kənar güclərlə birgə hərbi təlimlərə böyük maraq göstərməsi rəsmi İrəvanın xoş olmayan niyyətindən xəbər verir. Bu fakt bir daha göstərir ki, Ermənistanda revanşizm əhvali-ruhiyyəsi hələ də davam edir və bəzi qüvvələr 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan status-kvonun yenidən dəyişə biləcəyinə ümid edir. Lakin bu ümidlər xam xəyaldan başqa bir şey deyil. Azərbaycan xalqı Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərlə yeni reallıq yaradıb və heç bir qüvvə onu dəyişə bilməz”.

Militarizm siyasətinin və revanşist düşüncə tərzinin Ermənistana fəlakətdən başqa heç nə vəd etmədiyini vurğulayan polkovnik deyib: “Yaxşı olar ki, rəsmi İrəvan avantürist xəyallardan əl çəkərək Azərbaycanın sülh səylərini dəstəkləsin. Yalnız bu addım Ermənistanı yeni məğlubiyyətlər, iqtisadi kataklizm və sosial böhrandan xilas edə bilər”.

2024-07-17 19:47:27
4319 baxış

Digər xəbərlər

Cəlilabad rayon Veteranlar Təşkilatı faşizm üzərində Qələbə Gününü qeyd edib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı 9 May - alman faşistləri üzərində qələbə günü münasibəti ilə İkinci Dünya müharibəsində həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış “Ana” abidəsi önünə gülqoyma mərasimi keçirib, onların xatirəsi böyük ehtiramla yad edilib. Tədbirdə rayon Veteranlar Təşkilatının üzvləri ilə yanaşı, vitse-spiker Fəzail İbrahimlinin köməkçisi Faiq Ağayev, "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Maşallah Əliyev, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin rəhbəri Asəf İsmayılov, iş adamı, xeyriyyəçi Rafiq Abışov, bələdiyyə sədrləri, əmək və müharibə veteranları iştirak ediblər. Tədbirdən sonra Veteranlar Təşkilatının üzvləri rayonun Astanlı kəndinə gedib İkinci Dünya Müharibəsi veteranı Əbiş Zamanovla evində görüşərək onu 9 May Qələbə günü münasibətilə təbrik ediblər. 100 yaşlı müharibə veteranı Əbiş Zamanov şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığını bildirib. Qeyd edək ki, Zamanov Əbiş İbiş oğlu İkinci Dünya Müharibəsinin Cəlilabadda sağ qalan yeganə veteranıdır.  

Hamısını oxu
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi

Tovuz döyüşlərində şəhid olan mayor Namiq Əhmədovun yaşamış olduğu ev təmir olunub. Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.   Bildirilib ki, sözügeən ev Prezident İlham Əliyevin tapşırığı ilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təmir olunub. Artıq təmiri başa çatdırılmış ev şəhidin ailəsinə təhvil verilib.

Hamısını oxu
Təzə Alvadı ərazisində səyyar-görüş qəbulu

Veteran.gov.az azadmedia.az-a istinadən xəbər verir ki, 09 mart 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov Təzə Alvadı kənd ərazisinin Əhmədli kəndində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.İlk öncə Ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Cəfərov Aslan Ələsgər oğlu, İsmayılov Eldar İsmayıl oğlu, Fətullayev Ərzulla Xeybər oğlu, Əliyev Zülfüqar Müzəffər oğlu, Məmmədov Rafiq Davud oğlu, Həsənov Ülfət Məhərrəm oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu və başqaları Əhmədli kəndində mərkəzi yola asfalt çəkilməsi, kənd təsərrüfatı əkinlərinin məhsullarının sığortalanması, qaz xəttinin çəkilməsi, Tatyançay çayının Əhmədli ərazisində keçən hissəsinin təmizlənməsi, Əhmədli kəndində tibb məntəqəsinin tikilməsi, Təzə Alvadı kəndində mərkəzi yola asfalt vurulması, Meşəkənarı kəndinə telefon və internet xəttinin çəkilməsi və s məsələlər barədə müraciət etmişlər.Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Hamısını oxu
Vətən müharibəsi qəhrəmanının ailəsi ziyarət olunub

Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, "Qarabağ qaziləri" İctimai Birliyi rayon filialının sədri Maşalla Əliyev, sədr müavini  Marifət Səmədli, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov  və müharibə iştirakçısı Kamran Abdullayev  Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan  Rəşad Abdullayevin ailəsi ilə  görüşüblər. Onlar rayonun Göytəpə qəsəbəsində doğulub boya-başa çatmış qəhrəman şəhidin ev-muzeyini də ziyarət ediblər. Ziyarətçilər, həm də qəhrəman kapitanımız Rəşad Abdullayevin atası Arif Abdullayevi 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edib ona  xoş  arzu və istəklərini çatdırıblar.  Vətənpərvərlik ruhunda  Rəşad kimi qəhrəman övlad böyütdüyünə görə Arif dayıya öz təşəkkürlərini də bildiriblər.

Hamısını oxu