Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Məşhur Məmmədov seçicilərlə görüşüb

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat məhələsi çərçivəsində deputatlığa namizəd Məşhur Məmmədovun vətəndaşlarla görüşü davam edir. 

Veteran.gov.az xəbər verir ki, avqustun 12-də Məşhur Məmmədov Masallı rayonunun Mahmudavar kəndində yerləşən “Elçin” şadlıq sarayın həyətində Mahmudavar, Rüdəkənar, Molalan kəndlərinin seçiciləri ilə görüş keçirib.

Deputatlığa namizəd çıxışında Yeni Azərbaycan Partiyasının hər zaman xalqın inam və etimadını layiqincə doğrultduğunu, xalqın rifah halının yaxşılaşmasına, dövlətin inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.

Məşhur Məmmədov ənənəsinə sadiq qalaraq kəndin şəhid ailələri və müharibə iştirakçılarına da baş çəkib.

Seymur ƏLİYEV

 

2024-08-12 21:43:17
665 baxış

Digər xəbərlər

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.   Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi haqqında qərar mənasız qərardır

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) səmərəli, sosial əhəmiyyətli fəaliyyəti fonunda Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı mənasız qərar təsiri bağışlayır. Bu qərar üçün rəsmi əsas ÜAK Nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması elan edilib. Bu, qeyri-məntiqi və qondarma qərardır. ÜAK Nizamnaməsini Rusiya qanunvericiliyinə uyğunlaşdırmaq üçün bir neçə saat peşəkar hüquqi iş kifayətdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, istefada olan polkovnik Cəlil Xəlilov söyləyib. C.Xəlilov qeyd edib ki, 2001-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlılar Konqresi yaradılıb. ÜAK Rusiya ərazisində 2 milyondan çox azərbaycanlını əhatə edən ictimai təşkilatları öz sıralarında birləşdirib. Konqres bu illər ərzində Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına kömək edib, həmvətənlərimizin Rusiya mədəniyyətinə, ənənələrinə və qanunlarına uyğunlaşmaşına fəal yardım göstərib, Rusiya azərbaycanlılarının təhsili, hüquqlarının və etnomədəni maraqlarının müdafiəsi məsələlərinə diqqət yetirib. Azərbaycanda rus dilinə, rus mədəniyyətinə, Rusiya ilə tarixi əlaqələrə qayğı ilə yanaşırlar. Bu baxımdan Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rusiya Federasiyası Ali Məhkəməsinin “hüquqi” addımını Azərbaycan ilə Rusiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin sarsıdılması, ölkələrimizin xalqlarının bir-birindən uzaqlaşması üçün ermənipərəst dairələr tərəfindən provokasiya məqsədi ilə törədilən siyasi təxribat hesab edir. Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib və biz çox ümid bəsləyirik ki, Rusiya Federasiyasının ictimaiyyəti, hökuməti və Prezidenti kənarda durmayacaq və öz kəsərli sözlərini deyəcəklər.

Hamısını oxu
С днем победы!

Hamısını oxu
TUMİB iftar süfrəsi təşkil edib

Tədbirdə şəhid ailələri də iştirak ediblər Veteran.gov.az xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 28-də - Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib. İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil ataşesi Nihat Büyükbaş Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev cənab nazir Fərid Qayıbov adından məzunları və şəhid ailələrini salamlayıblar. Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb. Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Səlcuk Karakılıç , doktor Vaqif Qələndər və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.  

Hamısını oxu